XONDROKSİD gel
Xondroksid preparatının istifadəsi qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatların dozasını azaltmağa imkan verir.

XONDROKSİD gel Eyniləşdirmə və təsnifat
Dərman forması
Xaricə istifadə üçün gel
- XONDROKSİD gel Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- XONDROKSİD gel Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- XONDROKSİD gel Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- XONDROKSİD gel İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
Xaricə istifadə üçün 5%-li gel. 20, 25, 30, 35, 40 q gel, alüminium və ya polietilen laminat tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
XONDROKSİD gel Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 50,0 mq xondroitin natrium sulfat vardır.
Köməkçi maddələr: dimetilsulfoksid, propilenqlikol, hidroksietilsellüloza, natrium disulfit, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, portağal ətirləndiricisi, təmizlənmiş su.
Təsviri
Rəngsiz və ya sarımtıl çalarlı, meyvə qoxulu geldir.
Farmakoterapevtik qrupu
Toxumaların reparasiyasının stimulyatoru.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Xondroksid® gel kombinəolunmuş təsirə malikdir:
- osteoartrozun və osteoxondrozun irəliləməsini ləngidir;
- ağrıkəsici təsir göstərir;
- iltihabəleyhinə təsirə malikdir;
- oynaq qığırdağının bərpasını stimullaşdırır;
- oynaqların hərəkətliliyini yaxşılaşdırır;
- oynaqların şişkinliyini azaldır.
Gelin komponentlərinin optimal uyğunluğu sayəsində ağrıkəsici və iltihabəleyhinə təsirlərin qarşılıqlı güclənməsi qeyd olunur. Xondroksid® preparatının istifadəsi qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatların dozasını azaltmağa imkan verir.
Xondroksid® gelinin tərkibində təbii xondroitin sulfat komponenti (yüksəkmolekullu mukopolisaxarid) vardır ki, bu da, qığırdaq toxumasının qurulmasında iştirak edir.
Xondroitin sulfat:
- qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır;
- qığırdaq toxumasını dağıdan fermentlərin aktivliyini azaldır;
- qığırdaq toxumasının degenerasiya (dağılma) proseslərini dayandırır;
- qlükozaminoqlikanların sintezini stimullaşdırır;
- birləşdirici toxumanın kollapsına mane olur.
Bu, zədələnmiş oynaqların ağrılılığının azalmasına və hərəkətliliyinin artmasına səbəb olur.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Xondroksid® geli yaxşı sorulur. Radionişanlı 3Н-xondroitin sulfatdan istifadə etməklə siçanlar üzərində aparılan eksperimental tədqiqatlardan alınmış məlumatlara uyğun olaraq, xondroitin sulfatın sorulma göstəricisi 14% təşkil edir. Dimetilsulfoksid xondroitin sulfatın hüceyrə membranından toxumalara dərin nüfuz etməsinə kömək edir. Xondroksid® geli dəriyə sürtüldükdən sonra, xondroitin sulfat 30 dəqiqədən sonra maksimal konsentrasiyaya çatmaqla və preparatın sonradan qığırdaq toxumasından ikifazalı çıxması ilə oynağa sürətlə və seçici daxil olur. Xaricolmanın sürətli fazasının başa çatması preparatı tətbiq etdikdən 1 saat sonra baş verir. Preparatın toxumada qalma vaxtı 5 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Periferik oynaqların və onurğanın degenerativ-distrofik xəstəlikləri: osteartrozun müalicə və profilaktikası, onurğanın osteoxondrozu.
XONDROKSİD gel Əks göstərişlər
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Preparatın istifadə edildiyi nahiyədə dəri səthinin zədələnməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
- Hamiləlik, laktasiya dövrü, uşaqlar.
- Preparatın selikli qişalara və açıq yaralara düşməsindən çəkinmək lazımdır.
- Dəriyə və ya paltara düşdükdə gel asanlıqla su ilə yuyulur, ləkə saxlamır.
- Uşaqlarda preparatı həkim məsləhəti olmadan istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat, yalnız həkim məsləhəti və ehtiyatla istifadə edilməlidir, müalicənin müddətini həkim müəyyən edir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Xondroksid® gel sedativ təsirə, psixomotor pozğunluqlara səbəb olmur və pasiyentin yüksək diqqət və sürətli psixi və hərəki reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmasına təsir etmir.
XONDROKSİD gel İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Xondroksid geli gündə 2-3 dəfə zədələnmə ocağının üzərinə yaxılır və tam hopanadək 2-3 dəqiqə ərzində yüngül döyəcləməklə sürtülür. Müalicə kursu 2-3 həftədən 2-3 ayadəkdir. Ehtiyac olduqda, müalicə kursu təkrarlanır.
Əlavə təsirləri
Allergik reaksiyalar.
Saxlanma şəraiti
25°С-dan yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






