Bilgam

Bilgam – B qrupu vitaminləri kompleksidir. Sinir sistemində  mielin qişanın sintezində, həmçinin zülalların, yağların və karbohidratların metabolizmində iştirak edir, immun sistemi gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Jul 3, 2024 - 15:29
Jul 3, 2024 - 15:51
 0
Bilgam
Bilgam

Bilgam preparatı haqqında                   

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bilgam tərkibi  1 tabletdə:                          

  • B1 vitamini (Thiamine mononitrate)......................5 mq      
  • B2 vitamini (Riboflavine).......................................6 mq      
  • B3 vitamini (Niacinamide)....................................55 mq 
  • B4 vitamini (Choline bitartrate)............................60 mq
  • B5 vitamini (Calcium pantothenate).....................14 mq
  • B6 vitamini (Pyrdoxine HCl)...................................6 mq    
  • B7 vitamini (Biotin)………………………….......150 mkq
  • B8 vitamini (İnositol)………………………….......100 mq                     
  • B9 vitamini  (Folic acid).....................................400 mkq
  • B10 vitamini (PABA: para-amino benzoic acid)....10 mq
  • B12 vitamini (Cynacobalamine).............................8 mkq     

Farmakoterapevtik qrupu

B qrupu vitaminləri kompleksi

Farmakoloji xüsusiyyətləri

Bilgam nə üçündür?

BİLGAM – B qrupu vitaminləri kompleksidir. Sinir sistemində  mielin qişanın sintezində, həmçinin zülalların, yağların və karbohidratların metabolizmində iştirak edir, immun sistemi gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

B1 vitamini (Tiamin mononitrat) – qanyaranmada iştirak edir, digər B qrupu vitaminlərlə birlikdə MSS normal fəaliyyətində əhəmiyyətli vitamindir. Karbohidrat, zülal və yağ mübadiləsini tənzimləyir, sinapslarda sinir ötürücülüyündə iştirak edir. Defisiti mərkəzi və periferik sinir sisteminin və ürək-damar sisteminin pozğunluğuna səbəb olur.

B2 vitamini (Riboflavin) – hüceyrə tənəffüsünün katalizatorudur, görmə qabiliyyətini yaxşılaşdırır, toxumaların regenerasiyasında iştirak edir. Vitaminlərin, xüsusilə piridoksin, fol turşusu və K vitaminin mənimsənilməsi və aktivləşməsində rolu var. Yağların, kortikosteroidlərin, eritrositlərin və qlikogenin metabolizmi üçün vacibdir. Göz, dəri, ağızın selikli qişasının tamlığını qoruyur, sinir sisteminin fəaliyyətini normallaşdırır.

B3 vitamini  (PP; Niasin) – hüceyrə metabolizmini aktivləşdirir, toxuma tənəffüsünü yaxşılaşdırır, böyrəküstü vəzin, sinir sisteminin fəaliyyətində iştirak edir. Niasinin tiroksin, insulin, kortizon, testesteron, estrogen, progesteron hormonlarının sintezində böyük rolu var. Həmçinin, yağ və karbohidratların enerji sintezində iştirak edir, xolesterini azaldır. Defisiti zamanı pellaqra və ya “3D xəstəliyi” – dermatit, diareya, demensiya meydana çıxır.

B4 vitamini (Xolin bitartrat) - insan orqanizmində qaraciyər və böyrəklərdə yaranır, hüceyrə orqanoidlərində və membranlarında saxlanılır. Baş beynin, qaraciyərin, böyrəklərin, sinir sisteminin, reproduktiv sistemin normal fəaliyyət göstərməsi üçün vacib vitamindir. Beyin funksiyası üçün vacib olan asetilxolin neyromediatorunun sintezini təmin edir. Qaraciyərdə yağların metabolizmini normallaşdırır. Toksiki zədələnmə zamanı qaraciyər hüceyrələrinin bərpasını sürətləndirir. Qanda aşağı sıxlıqlı lipoproteinin və trigliseridlərin konsentrasiyasını azaldır. İnsulin hormonunun səviyyəsinin tənzimlənməsində iştirak edir.

B5 vitamini (Pantoten turşusu) – karbohidrat və yağ turşularının mübadiləsində vacib olan koferment A-nın aktiv hissəsidir. Onsuz heç bir oksidləşmə və biosintez prosesləri getmir. Böyrəküstü vəzin hormonlarının sintezinin stimulyatorudur, anticisim sintezində iştirak edir. Neyrotrop vitamindir.
B6 vitamini (Piridoksin) – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətində vacib rol oynayır. İmmuniteti möhkəmləndirir, qanın laxtalanmasını azaldır, zülal, yağ, karbohidrat mübadiləsində, adrenalin, serotonin, dofamin,  eritrositlərin və hemoqlobinin sintezində iştirak edir, yaddaşı möhkəmləndirir, zehni və əmək fəaliyyətini artırır.
B7 vitamini (H; Biotin) -  maddələr mübadiləsini, qanda qlükozanın səviyyəsini tənzimləyir, metabolizm proseslərini aktivləşdirir. Sinir sisteminin normal fəaliyyətini təmin edir, psixoloji funksiyaları yaxşılaşdırır. Saç, dəri, selikli qişaların sağlamlığını qoruyur.

B8 vitamini (İnozitol) - bir çox fermentlərin tərkib hissəsidir, baş beynin fəaliyyətini, yaddaşı və qan dövranını yaxşılaşdırır, sümük və əzələ toxumasının böyüməsi və inkişafı üçün vacib vitamindir. Xolesterin səviyyəsinin tənzimlənməsində iştirak edir, aterosklerozdan qoruyur.

B9 vitamini  (Fol turşusu) - qanyaradıcı orqanların fəaliyyətini artırır, eritropoezi gücləndirir, immun və həzm orqanlarının funksiyalarını yaxşılaşdırır, dəmirin həzm sistemindən sorulmasını sürətləndirir. Fol turşusu hemopoezdə, hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT-nin sintezində iştirak edir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir, bu da meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının metabolizmində və xolin sintezində iştirak edir. Fol turşusu damara sərtlik verən homosisteini azaltmaqla yanaşı, iflic və  demensiya riskini də azaldır.  

B10 vitamini (PABT: para-amino benzoy turşusu) – qan yaranmada, B9 vitamininin  sintezində, qalxanabənzər vəzinin normal fəaliyyətində mühüm rol oynayır. Orqanizm tərəfindən interferonun sintezini stimulə edir.

B12 vitamini  (Sianokobalamin) -  eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının, metionin, xolinin, sinirlərin mielin qişasının sintezində iştirak edir. MSS-nin fəaliyyətinə müsbət təsir göstərir, beynin işini yaxşılaşdırır, əqli zəifliyin, anemiyanın, erkən qocalmanın qarşısını alır. Fol turşusunun mənimsənilməsi üçün önəmli komponentdir.

İstifadəsinə göstərişləri

  • B qrup vitaminlərinin hipovitaminozu və avitaminozu
  • Müxtəlif mənşəli sinir sistemi xəstəliklərinin simptomatik və patogenetik kompleks müalicəsində: nevritlər, nevralgiyalar, polineyropatiyalar, mialgiyalar, əzələ qıcolmaları, pleksit, lümbaqo, işialgiya, radikulit, parez və ifliclər, periferik sinirlərin travması və ağrıları, onurğanın degenerativ dəyişikliyi zamanı
  • Asteno – nevrotik sindrom, stres, Alsheymer, demensiya, depressiya
  • Oynaq xəstəlikləri: artrit, osteoartroz, revmatizm, revmatoid artrit
  • Dermatoloji xəstəliklərin müalicəsində: neyrodermit, nevrogen xarakterli qaşınma, psoriaz, ekzema, herpes, kəmərləyici dəmrov, yaraların gec sağalması, müxtəlif mənşəli dermatit və dermatozlar
  • Oftalmoloji xəstəliklərin müalicəsində: retrobulbar nevrit, konyuktivit, keratit, katarakta
  • Qastroenteroloji xəstəliklərin müalicəsində: hipovitaminozlar, xora xəstəliyi, qastrit, hepatitlər, malabsorbsiya, disbakterioz, xroniki pankreatit
  • Endokrinoloji xəstəliklərin müalicəsində: diabetik polineyropatiya, hipotireoz, tireotoksikoz
  • Ginekologiyada: anemiya, hamiləlik toksikozu, əl və ayaq barmaqlarının keyiməsi
  • Hematoloji xəstəliklərin müalicəsində: anemiya, hipoplastik anemiya, Fe defisitli anemiya
  • Kardioloji xəstəliklərin müalicəsində: ateroskleroz, miokardiodistrofiyalar, anemiya, koronar qan dövranı pozğunluqları
  • Urologiya: sidik-ifrazat sisteminin infeksion- iltihabi xəstəlikləri, hemodializ
  • Tənəffüs sistemi xəstəliklərinin müalicəsində: bronxit, pnevmoniya, uzun müddət vərəm əleyhinə preparatların istifadəsində
  • Orqanizmin ümumi zəifləməsi halları; Xroniki yorğunluq sindromu

Dozalanması və istifadə qaydası

1 tablet gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.

Bilgam əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri

Nadir hallarda yüngül allergik reaksiyalar müşahidə oluna bilər

Buraxılış forması

30 tablet; 2*15 tablet 

Bilgam qiyməti

Bilgam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bilgam qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan vasitələr
  3. Metabolik pozulmalar zamanı istifadə olunan vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow