Akvadetrim D3 (damcı) istifadə qaydası necədir?
Akvadetrim damcıları, D3 vitamini ilə zənginləşdirilmiş, kalsium və fosfat mübadiləsini tənzimləyən təsirli dərman vasitəsidir.

Akvadetrim damcı haqqında məlumat
- Akvadetrim damcı qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçının adı və ünvanı
- Akvadetrim damcı nə üçündür?
Akvadetrim damcı qiyməti
Akvadetrim damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Akvadetrim qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Akvadetrim D3 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
AKVADETRİM VİTAMİN D3 15 000 BV/ml, daxilə qəbul üçün damcı
AQUADETRIM VITAMIN D3
Beynəlxalq patentləşdirilməmiş adı: Colecalciferol
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun (30 damcı) tərkibində 15 000 BV xolekalsiferol vardır.
Köməkçi maddələr: makroqol qliserilrisinolet, saxaroza, dinatrium fosfat dodekahidrat, limon turşusu monohidrat, cirə aromatizatoru, benzil spirti, təmizlənmiş su.
Təsviri
Rəngsiz, şəffaf və ya azca opalessensiyaedici, cirə iyli mayedir.
Farmakoterapevtik qrupu
Vitamin D və onun analoqları.
ATC kodu: A11CC05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
D vitamininin bioloji aktiv forması bağırsaqda kalsiumun sorulmasını, kalsiumun osteoidə qoşulmasını, və kalsiumun sümük toxumasından azad olmasını stimullaşdırır . O, nazik bağırsaqda kalsiumun ləngimədən və ləng tutulmasını stimullaşdırır. Həmçinin D vitamininin təsiri altında fosforun passiv və aktiv nəqli güclənir. O, böyrəklərdə kalsiumun və fosforun kanalcıq reabsorbsiyasını stimullaşdırmaqla onların orqanizmdən xaric olmasını tormozlayır. Qalxanabənzər ətraf vəzilərdə paratireoid hormonun (PTH) hasil edilməsi D3 vitamininin bioloji aktiv forması tərəfindən birbaşa tormozlanır. PTH-nin sekresiyası həmçinin D vitamininin bioloji aktiv formasının təsiri altında nazik bağırsaqda kalsiumun tutulmasının yüksəlməsi nəticəsində tormozlanır.
Farmakokinetikası
Sorulması
D vitamini mədə-bağırsaq traktında ödün iştirakı ilə yaxşı sorulur, ona görə də preparatın əsas qida qəbulu ilə birlikdə qəbul edilməsi D vitamininin daha tam sorulmasına səbəb ola bilər.
Раylanması və metabolizmi
Qaraciyərdə D vitamini 25-hidroksixolekalsiferola qədər hidroksilləşir və sonradan böyrək-lərdə aktiv metabolit – 1,25-dihidroksixolekalsiferola (kalsitriol) qədər hidroksilləşməyə mə-ruz qalır.
Xaric olması
Qanda dövr edən metabolitlər spesifik α‑qlobulinlə birləşir. D vitamini və onun metabolitləri başlıca olaraq ödlə və nəcislə xaric olur.
Ayrı-ayrı pasiyent populyasiyalarında farmakokinetikası
Böyrək funksiyaları pozulmuş pasiyentlərdə D vitamininin metabolik klirensi sağlam könül-lülərlə müqayisədə 57% aşağıdır.
Malabsorbsiya sindromundan əziyyət çəkən pasiyentlərdə absorbsiyanın azalması və D vitamininin daha intensiv eliminasiyası müşahidə edilir.
Piylənmədən əziyyət çəkən pasiyentlərdə günəş şüalarının təsiri altında D vitamininin sintez prosesi zəifləyir, ona görə də D vitamin çatışmazlığının yerini doldurmaq üçün onlara D vitamininin daha yüksək dozalarının peroral (daxilə) təyin edilməsi tələb oluna bilər.
Farmakokinetika və farmakodinamikanın əlaqəsi
D3 vitamininin sulu məhlulu yağlı məhluluna nisbətən bağırsaqda daha yaxşı sorulur və sulu məhlul şəklində orqanizmə daxil olan D vitamini daha çox qaraciyərdə toplanır (depolaşır).
Uşaqlarda yağlı məhlulun istifadəsi ilə müqayisədə sulu məhlulun istifadəsi zamanı D vita-mininin daha sürətlə zərdaba daxil olması və kalsiumun daha yüksək konsentrasiyalarının əldə edilməsi müşahidə edilir.
İstifadəsinə göstərişlər
- Uşaqlarda və böyüklərdə raxitin və osteomalyasiyanın profilaktikası.
- Vaxtındanəvvəl doğulmuş yenidoğulmuşlarda raxitin profilaktikası.
- Uşaqlarda və risk qrupuna daxil olan böyüklərdə D3 vitamin çatışmazlığının profi-laktikası.
- Uşaqlarda və malabsorbsiya sindromlu böyüklərdə D3 vitamin çatışmazlığının profi-laktikası.
- Uşaqlarda və böyüklərdə raxitin və osteomalyasiyanın müalicəsi.
- Böyüklərdə osteoporoz zamanı dəstəkləyici müalicə.
- Böyüklərdə hipoparatireozun müalicəsi.
Əks göstərişlər
- Təsiredici maddəyə və ya köməçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
- Hiperkalsiemiya və/və ya hiperkalsiuriya.
- Nefrolitiaz və/və ya nefrokalsinoz.
- Böyrək funksiyasının aydın ifadə olunmuş pozulması.
- D hipervitaminоzu.
- Psevdohipoparatireoz. D vitamininə normal həssaslıqla müşayiət olunan xəstəlik dövrlərində D vitamininə tələbat azala bildiyindən, doza həddinin uzunmüddətli aşılması riski mövcuddur. Bu vəziyyətin müalicəsi üçün D vitamininin təsirinə daha yaxşı nəzarət olunan törəmələri vardır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Akvadetrim vitamin D3 preparatından istifadə zamanı aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır:
D3 vitaminini böyrək funksiyası pozulmuş pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Bu zaman qanda kalsiumun və fosforun səviyyəsini izləmək lazımdır. Yumşaq toxumaların mümkün kalsifikasiyası riskini nəzərə almaq lazımdır.
Ürək-damar xəstəliklərinə görə müalicə alan pasiyentlərə ehtiyatla təyin etmək lazımdır (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).
D3 vitamini sarkoidozu olan pasiyentlərə ehtiyatla təyin edilməlidir, belə ki, bu zaman D vitamininin onun aktiv formasına metabolizminin intensivliyinin yüksəlməsi mümkündür. Sarkoidozu olan pasiyentlərdə istifadə zamanı zərdabda və sidikdə kalsiumun səviyyəsini izləmək lazımdır.
D vitamininin ümumi gündəlik dozasını müəyyən edərkən, tərkibində D vitamini olan digər dərman vasitələrinin qəbulunu, D vitamini ilə zənginləşdirilmiş ərzaq məhsullarının (o cümlədən süd) istifadəsini və pasiyentin günəş şüaları altında olmasını nəzərə almaq lazımdır.
D vitamininin qəbulu ilə böyrəklərdə konkrementlərin əmələ gəlməsi arasında birbaşa səbəb-nəticə əlaqəsinin olmasını sübut edən faktlar yoxdur, bununla belə, bu cür riskin mövcudluğu tamamilə mümkündür, xüsusilə yanaşı olaraq əlavə kalsiumun qəbulu edilməsi zamanı. Kalsiumun əlavə qəbulunun zəruriliyini fərdi olaraq hər bir pasiyent üçün müəyyən etmək lazımdır. Kalsiumun əlavə qəbulu ciddi tibbi müşahidə ilə müşayiət olunmalıdır.
D vitamininin gündəlik 1000 BV-dən yüksək dozalarda uzunmüddətli qəbulu zamanı zər-dabda kalsiumun konsentrasiyasını izləmək, həmçininzərdabda kreatininin səviyyəsini təyin etməklə böyrək funksiyasını izləmək lazımdır. Bu cür müşahidə ahıl yaşlı pasiyentlərdə, ürək qlikozidləri ilə və ya diuretiklərlə yanaşı müalicə alan (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”), həmçinin konkrementlərin yaranmasının yüksək riski olan pasiyentlərdə xüsusi əhəmiyyətə malikdir. Hiperkalsiuriya zamanı (300 mq (7,5 mmol)/24 saat-dan yuxarı) və ya böyrək funksiyasının pozulması əlamətləri meydana çıxan zaman dozanı azaltmaq və ya müalicəni dayandırmaq lazımdır.
D vitamininin yüksək dozalarda (ildə 1 dəfə 500 000 BV) peroral istifadəsinin ahıl yaşlı pasiyentlərdə, xüsusilə preparatın qəbulundan sonra ilk 3 ay ərzində sümüklərin sınması riskinin yüksəlməsi ilə müşayiət olunması barədə məlumat verilmişdir.
Bu dərman preparatının tərkibində saxaroza vardır. Fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiya sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı kimi nadir irsi xəstəlikləri olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Bu dərman preparatının tərkibində benzil spirti vardır. Bu, anafilaktik reaksiyaların inkişaf etməsinə səbəb ola bilər.
Yuxarıda göstərilən xəbərdarlıqlar hətta keçmişdə baş verən hallara aid olmuş olsa belə, həkimlə məsləhətləşmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, son zamanlarda qəbul edilən bütün dərman preparatları barədə həkimə məlumat vermək lazımdır.
Qıcolmaəleyhinə preparatların (məsələn, fenitoin) və ya barbituratların (və qaraciyər fermentlərinin aktivliyini induksiyalaşdıran digər dərman vasitələrinin) yanaşı qəbulu zamanı metabolik inaktivləşmə nəticəsində D3 vitamininin effektivliyi azala bilər.
Kalsiumun böyrəklər vasitəsilə xaric olmasını aşağı salan tiazid diuretikləri ilə yanaşı müalicə zamanı zərdabda kalsiumun səviyyəsinin monitorinqini aparmaq tövsiyə olunur.
Qlükokortikosteroidlərlə yanaşı müalicə D vitamininin effektivliyini azalda bilər.
Tərkibində üskükotu qlikozidləri olan preparatlarla və ya digər ürək qlikozidləri ilə müalicə zamanı D vitamininin istifadə edilməsi ürək qlikozidlərinin toksiklik riskini (aritmiyanın inkişaf etməsi) yüksəldə bilər. Zərdabda kalsiumun səviyyəsinin müntəzəm olaraq təyin edil-məsi ilə və lazım gələrsə, EKQ-monitorinqlə yanaşı ciddi tibbi müşahidə aparmaq lazımdır.
Xolestiramin, xolestipol hidroxlorid, orlistat kimi ionmübadilə qətranlarının və ya işlədici vasitələrin, məsələn, vazelin yağının yanaşı istifadəsi mədə-bağırsaq traktında D vitamininin sorulmasını azalda bilər.
Rifampisinlə və ya izoniazidlə yanaşı müalicə D vitamininin effektivliyini azalda bilər.
D vitamini hiperkalsiemiya zamanı təyin olunan kalsitonin, etidronat və pamidronat kimi dərman preparatlarının effektivliyini azalda bilər.
D vitamini ilə tərkibində maqnezium olan antasid vasitələrin birlikdə qəbulu hipermaqnezi-emiya törədə bilər.
D vitamini ilə tərkibində alüminium olan antasid vasitələrin birlikdə qəbulu alüminiumun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər ki, bu da sümük toksikliyi riskinin yüksəlməsi ilə assosiasiya olunmuşdur.
D vitamininin bir neçə analoqunun eyni zamanda istifadəsi doza həddinin aşılması riskinə gətirib çıxarır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Əgər pasiyent qadında D vitamininə tələbatın artması diaqnozlaşdırılmışdırsa, D vitamin preparatlarını tibbi müşahidə altında qəbul etmək lazımdır, belə ki, D vitamininin artıqlığı uşaq üçün zərərli ola bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Akvadetrim vitamin D3 preparatını həkimin tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır. Şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır.
Dozası
Dozalanma rejimi xəstəliyin təbiətindən və ağırlığından asılı olaraq, müalicə həkimi tərəfindən fərdi şəkildə hər bir konkret hal üçün müəyyən edilir.
D3 vitamininin gündəlik 1000 BV-dən yüksək dozalarda uzunmüddətli qəbulu zamanı zərdabda kalsiumun konsentrasiyasını izləmək lazımdır (bax: “Xüsusi göstərişlər”).
Raxitin və osteomalyasiyanın profilaktikası
Uşaq və böyüklərdə: hər gün 1 damcı (500 BV D3 vitamininə ekvivalentdir ).
Vaxtındanəvvəl doğulmuş yenidoğulmuşlarda: 40 həftəlik korrektə olunmuş postkonseptual yaş əldə edilənə qədər hər gün 2 damcı (1000 BV D3 vitamininə ekvivalentdir). Bundan sonra D vitamininin profilaktik dozası azaldılmalıdır. Dozalanma rejimi müalicə həkimi tərəfindən fərdi olaraq təyin edilir.
Uşaqlarda və risk qrupuna daxil olan böyüklərdə D3 vitamin çatışmazlığının profilaktikası
Hər gün 1 damcı (500 BV D3 vitamininə ekvivalentdir).
Uşaqlarda və malabsorbsiya sindromlu böyüklərdə D3 vitamin çatışmazlığının profilaktikası.
Hər gün 6-10 damcı (3000 BV-5000 BV D3vitamininə ekvivalentdir ).
Raxitin müalicəsi
Yenidoğulmuşlarda, həyatlarının birinci ilində olan uşaqlarda və erkən yaşlı uşaqlarda (0 yaşdan 5 yaşa qədər): hər gün 2-4 damcı (1000 BV-2000 BV D3 vitamininə ekvivalentdir).
5 yaşdan böyük uşaqlarda və böyüklərdə: hər gün 4-10 damcı (2000 BV-5000 BV D3 vitamininə ekvivalentdir).
Osteomalyasiyanın müalicəsi
Böyüklərdə: hər gün 2-10 damcı (1000 BV-5000 BV D3 vitamininə ekvivalentdir ).
Osteoporoz zamanı dəstəkləyici müalicə
Hər gün 2 damcı (1000 BV D3 vitamininə ekvivalentdir ).
Hipoparatireozun müalicəsi
Böyüklərdə: tövsiyə olunan doza diapazonu zərdabda kalsiumun səviyyəsindən asılı olaraq, gündə 10 000-dən 200 000 BV-yə qədər D3 vitamini təşkil edir. Əksər pasiyentlərdə D3 vita-mininin hər gün qəbul edilən dozası 10 000 BV (20 000 BV-yə qədər) təşkil edir. Müalicənin əvvəlində hər 4-6 saatdan bir , sonra isə hər 3-6 aydan bir zərdabda kalsiumun səviyyəsini təyin etmək lazımdır.
Müalicənin davametmə müddəti
Raxitin və osteomalyasiyanın profilaktikası
Akvadetrim vitamin D3 yenidoğulmuşlara və həyatının birinci ilində olan uşaqlara həyatlarının 2-ci həftəsindən başlayaraq 1 yaşları tamam olana qədər təyin edilir. Akvadetrim vitamin D3 preparatının istifadəsini uşağın həyatının ikinci ilində, xüsusilə ilin qış aylarında da davam etdirmək tövsiyə olunur.
Raxitin və osteomalyasiyanın müalicəsi
Müalicə müddəti 6 həftə olmalı, sonra profilaktik dozalar təyin edilməlidir. Doza həddinin aşılması riski ilə əlaqədar olaraq, D3 vitamininin 1 il ərzində müalicəvi dozalarda istifadəsi tövsiyə olunmur.
İstifadəsinə bütün digər göstərişlər zamanı
Müalicə müddəti xəstəliyin gedişi ilə müəyyən olunur.
İstifadə qaydası
Preparatın dozasını dəqiq ölçmək üçün, damcıları sayarkən flakonu 45°-li bucaq altında tutmaq lazımdır.
Yenidoğulmuşlarda, həyatlarının birinci ilində olan uşaqlarda və erkən yaşlı (uşaqlarda (0-dan 2 yaşa qədər)
İstifadə etməzdən əvvəl Akvadetrim vitamin D3 preparatının lazım olan miqdarını bir çay qaşığı süddə və ya suda durulaşdırmaq tövsiyə olunur. Damcıları butulkaya və ya içərisində qida olan kiçik boşqaba əlavə edərkən, əmin olmaq lazımdır ki, içərisində Akvadetrim vitamin D3 preparatı olan qidanın hamısı uşaq tərəfindən qəbul edilmişdir, əks təqdirdə bütün dozanın qəbul edilməsinə zəmanət vermək olmaz. Damcıları yalnız hazırlanmış və kifayət qədər soyudulmuş qidaya əlavə etmək lazımdır.
2 yaşdan yuxarı uşaqlarda, yeniyetmələrdə və böyüklərdə
Akvadetrim vitamin D3 az miqdarda maye ilə qəbul edilir.
Akvadetrim vitamin D3 preparatının dozası buraxılarsa
Əgər preparat dəqiq təyin edildiyi vaxtda qəbul edilməzsə, onu mümkün qədər tez qəbul etmək (əgər preparatın növbəti qəbul vaxtına kifayət qədər vaxt qalmışdırsa) və ya preparatın müntəzəm qəbulunu davam etdirmək lazımdır.
Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz.
Əgər preparatdan istifadə zamanı pasiyentə elə gəlirsə ki, preparatın təsiri həddindən artıq güclüdür və ya zəifdir, bu zaman o,həkimə müraciət etməlidir.
Əlavə təsirləri
Hər bir preparat kimi, Akvadetrim vitamin D3 preparatı da əlavə təsirlər törədə bilər, bax-mayaraq ki, bu, hamıda baş verməyə bilər.
Mümkün əlavə təsirlərə aşağıdakılar aid ola bilər:
- iştahanın azalması, bədən kütləsinin azalması, həddindən artıq susama
- əhvalın aşağı düşməsi (depressiya) psixotik pozğunluq
- libidonun azalması
- başağrısı, yuxululuq
- ürək ritminin pozulması, arterial təzyiqin yüksəlməsi
- zökəm, qızdırma
- qanda, sidikdə və toxumalarda kalsiumun miqdarının yüksəlməsi
- qanda sidik cövhərinin və kreatininin miqdarının yüksəlməsi (uremiya)
- böyrəklərdə daşların əmələ gəlməsi (nefrolitiaz)
- sidiyəgetmənin tezliyinin artması
- əzələ və oynaqlarda ağrı, əzələ zəifliyi
- qaraciyər sınaqlarının nəticələrinin yüksəlməsi
- dəridə səpgilər, övrə, qaşınma, tər ifrazının yüksəlməsi
- işığa qarşı həssaslığın yüksəlməsi, gözlərin iltihabı
- mədəaltı vəzinin iltihabı
- qanda xolesterinin səviyyəsinin yüksəlməsi
- ağızda quruluq, ürəkbulanma, qusma, qəbizlik, meteorizm, qarında ağrı və ya diareya.
Bəzi pasiyentlərdə Akvadetrim vitamin D3 preparatı ilə müalicə zamanı digər əlavə təsirlər meydana çıxa bilər. Yuxarıda sadalanan əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Preparatı lazım olduğundan artıq dozalarda istifadə etdikdə dərhal həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Doza həddi aşılmasının simptomları
Erqokalsiferol (vitamin D2) və xolekalsiferol (vitamin D3) nisbətən dar müalicəvi diapazona malikdir. Qalxanabənzər ətraf vəzilərin normal funksiyası olan böyük insanda 1-2 aylıq müddət ərzində qəbul edildiyi zaman D vitamininin hipervitaminoz simptomları törədən gündəlik dozasının son həddi 40 000-dən 100 000 BV-yə qədər dia-pazonda yerləşir. Südəmər uşaqlarda və erkən yaşlı uşaqlarda doza həddi aşılmasının inkişafı əhəmiyyətli dərəcədə aşağı dozaların qəbulu zamanı da mümkündür. Ona görə də D vitamininin tibbi müşahidə olmadan qəbul edilməsi tövsiyə olunmur.
Doza həddinin aşılması zərdabda və sidikdə fosforun miqdarının yüksəlməsinə, həmçinin hiperkalsiemik sindromun inkişafına və nəticədə yumşaq toxumalarda, başlıca olaraq böyrəklərdə (nefrolitiaz, nefrokalsinoz) və damarlarda kalsium qalıqlarının çökməsinə gətirib çıxarır.
Əgər zərdabda kalsiumun səviyyəsi 10,6 mq/dl-dən (2,65 mmol/l) aşağı olarsa və ya kalsiumuriya böyüklərdə 300 mq/24 saat-dan və ya uşaqlarda 4-6 mq/kq/gün-dən yüksək olarsa, D3 vitamininin qəbulunu dayandırmaq lazımdır.
Doza həddinin xronik aşılması hiperkalsiemiya nəticəsində damarların və orqanların kalsiumlaşmasına gətirib çıxara bilər.
İntoksikasiyanın simptomları qeyri-spesifikdir və bu simptomlara ürəkbulanma, qusma, başlanğıc mərhələlərdə diareya, daha gec mərhələlərdə qəbizlik, iştahanın azalması, yorğunluq, başağrısı, əzələ ağrıları, oynaq ağrıları, əzələ zəifliyi, davamlı yuxululuq, azotemiya, polidipsiya, poliuriya və terminal mərhələdə - dehidratasiya aiddir. Xarakterik biokimyəvi dəyişikliklərə hiperkalsiemiya, hiperkalsiuriya, həmçinin zərdabda 25-hidroksi-xolekalsiferolun konsentrasiyasının yüksəlməsi aiddir.
Doza həddi aşılmasının müalicəsi
D vitamini ilə doza həddinin xronik aşılması simptomlarının mövcudluğu sürətləndirilmiş diurezin istifadəsini, həmçinin qlükokortikosteroidlərin və ya kalsitoninin təyin edilməsini tələb edə bilər.
Doza həddinin aşılması bir çox hallarda davamlı olan və müəyyən şəraitlərdə həyat üçün təhlükə daşıyan hiperkalsiemiyanın aradan qaldırılmasına yönəldilmiş tədbirlərin görülməsini tələb edir.
İlk növbədə D vitamininin qəbulunu dayandırmaq lazımdır; D vitamininin doza həddinin aşılması nəticəsində baş verən hiperkalsiemiyanın normallaşdırılması üçün, adətən bir neçə həftə tələb olunur.
Hiperkalsiemiyanın ifadəlilik dərəcəsindən asılı olaraq, görülməli olan tədbirlərə qida ilə kalsiumun istifadəsini məhdudlaşdırılması və ya tam istisna edilməsi, su ilə yüklənmə, furosemid təyin etməklə kalsiumun sidiklə xaric olmasının yüksəldilməsi, həmçinin qlükokortikoid və kalsitonin təyin edilməsi daxil edilə bilər.
Böyrək funksiyalarının saxlanması zamanı kalsiumun səviyyəsini furosemid və bəzi hallarda 15 mq/kq bədən kütləsi/saat natrium edetat əlavə etməklə natrium-xloridin izotonik məhlulunun infuziya edilməsi (24 saat ərzində 3-6 litr) yolu ilə etibarlı şəkildə aşağı salmaq olar. Bu, qanda kasiumun səviyyəsinin fasiləsiz olaraq yoxlanması və EKQ-nin monitorinqi ilə müşayiət olunmalıdır. Oliqoanuriya zamanı, əksinə, hemodializ lazımdır (tərkibində kalsium olmayan dializatdan istifadə etməklə).
Xüsusi antidotu yoxdur.
D vitamininin yüksək dozaları ilə uzunmüddətli müalicə alan pasiyentlərdə intoksikasiya simptomlarını (ürəkbulanma, qusma, başlanğıc mərhələlərdə diareya, daha gec mərhələlərdə - qəbizlik, iştahanın azalması, yorğunluq, başağrısı, əzələ ağrıları, oynaq ağrıları, əzələ zəifliyi, davamlı yuxululuq, azotemiya, polidipsiya, poliuriya) aktiv şəkildə aşkar etmək tövsiyə olunur.
Buraxılış forması
10 ml məhlul, polietilen tıxac-damcıladıcı və “ilk açılışa” zəmanət halqalı burulub açılan qapaqlı tünd şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Açılmış flakon 6 ay ərzində istifadə edilməlidir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçının adı və ünvanı
Medana Farma SC
V.Loketka küç. 10, 98-200 Seradz,
Polşa.
Akvadetrim damcı nə üçündür?
- Osteoporoz zamanı istifadə olunan dərmanlar
- Raxit zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






