Mezim Forte istifadə qaydası

Mezim Forte istifadə qaydası, tərkibi və fərqli istifadə sahələri haqqında ətraflı məlumat. Həzmi yüksəltmək və mədə narahatlıqlarını azaltmaq üçün istifadə edilir.

Feb 12, 2025 - 12:46
Feb 12, 2025 - 12:55
 0
Mezim Forte istifadə qaydası
Mezim Forte istifadə qaydası

Mezim Forte, mədə-bağırsaq sisteminin normal həzm prosesini dəstəkləmək üçün istifadə olunan ferment preparatıdır. Bu dərman pankreatin maddəsi ehtiva edərək, yağların, karbohidratların və zülalların həzm olunmasına kömək edir. Xüsusilə pankreas funksiyası pozulmuş insanlara tövsiyə edilir. Həzm sistemini rahatladaraq yeməklərin daha asan həzm olunmasını təmin edir.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Mezim Forte istifadə qaydası

Mezim Forte yeməkdən əvvəl və ya yemək vaxtı su ilə tam udulmaqla qəbul edilməlidir.

Dozalanma:

  • Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: Yeməkdən əvvəl 1-2 tablet. Zərurət olduqda doza həkim məsləhəti ilə artırıla bilər.

  • 12 yaşdan kiçik uşaqlar: Həkim məsləhətinə görə qəbul edilməlidir.

Diqqət ediləcək məqamlar:

  • Tabletlər çeynənməməlidir.

  • Qəbul vaxtı bol su ilə udulmalıdır.

  • Həkim məsləhəti olmadan uzun müdət istifadə olunmamalıdır.

Mezim Forte istifadə sahələri

Mezim Forte aşağıdı hallarda istifadə edilə bilər:

  • Həzm sisteminin pozğunluqları

  • Mədə-bağırsaq şikayətləri (meteorizm, şişkinlik, qarında narahatlıq hissi)

  • Pankreas ferment çatışmazlığı

  • Yağ və karbohidratlı qidaların həzmi problemləri

Mezim Forte-nin yan təsirləri

Mezim Forte-nin istifadəsi çox vaxt problem yaratmasa da, bəzi insanlarda aşağıdakı yan təsirlər mümkündür:

  • Allergik reaksiyalar

  • Qarın ağrısı

  • Bulantı, qusma

  • Dızəx problemi

Yan təsirlər hiss edilərsə, istifadə dayandırılmalı və həkimə müraciət edilməlidir.

Tərkibi

1 tabletin tərkibi:

Lipazanın                  3500 Ph. Eur. TV

Amilazanın               4200 Ph. Eur. TV

Proteazanın                 250 Ph. Eur. TV

minimal aktivliyinə malik pankreatin var.

(Ph. Eur. TV- Avropa farmakoterapiyası tərəfindən standartlaşsırılmış təsit vahidi.)

Köməkçi maddələr: Mikrokrastillik sellüloza, karboksimetil nişastanın natrium duzu, yüksək dispersli susuz silisium di-oksid, maqnezium stearate, talk, hipromellaza, simetikon emulsiyası, makroqol 6000, titan di-oksid E171.

Farmakoterapevtik qrupu: Mədəaltı vəzin həzm fermentləri

İstifadə sahələri:

-        Mədəaltı vəzidə həzmin çatışmazlığı ilə müşaiət olunan və məsələn, mədəaltı vəzinin xroniki iltihabı və ya mukovissidoz nəticəsində törənən həzm fermentlərinin əmələ gəlməsinin pozulması və bununla əlaqədar qidanın mənimsənilməsinin pozulması

-        Mədədə köpün olması (meteorizm və Remxeld sindromu), xüsusilə mədə və bağırsaqda aparılan cərrahi əməliyyatdan sonra

-        Qidanın bağırsaqdan keçməsinin funksionla sürətlənməsi (əsəbilik, bağırsağın infeksiyon xəstəlikləri)

-        Qaraciyər-öd yolları sistemində pozuntular,

-        Iştahanın itməsi, gəyirmə, ürəkbulanma və ishalla (dispepsiya) müşaiət olunan həzm pozuntuları

-        Çətin həzm olunan bitki mənşəli, yağlı və adət edilməyən qida qəbulu ilə eyni zamanda istifadəsi

Bundan başqa Mezim forte preparatını təsvirli diaqnostik müayinələrin (renygenoqrafiya, ultrasəsmüayinə ) aparılmasından əvvəl həzmin yuxarıda qeyd olunan pozuntuları nəticəsində yaranan köpmə zamanı (meteorizm) bağırsaqlardan qazların kənar edilməsi üçün istifadə etmək olar.

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq (allergiya) olduqda, həmçinin mədəaltı vəzin kəskin və ya xroniki iltihabının kəskin tutmalarında istifadə etmək əks göstərişdir. Lakin xəstəliyin sakitləşmə dövründə bərpaedici pəhrizli qidalanma zamanı preparatı bəzən mədəaltı vəzinin funksiyalarının məhdudlaşmasının davam etdiyi müddətdə təyin etmək məqsədəuyğundur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Bu zaman preparatın istifadəsindən ehtiyat etməyə ehtiyac yoxdur

Əlavə təsirləri:

Mədəaltı vəzinin funksional pozuntusu zamanı Mezim forte preparatının hətta uzun müddət istifadəsi zamanı əlavə təsirlərdən və fəsadlardan çəkinməyə ehtiyac yoxdur.

Ayrı-ayrı hallarda mədəaltı vəzin tozunun  qəbul edilməsindən sonra orqanizm və həmçinin həzm traktı tərəfindən yüksək həssaslıq reaksiyalarının baş verməsi barədə məlumatlar olmuşdur. Tək-tək hallarda mədəaltı vəzi tozunun yüksək dozalarda qəbulundan sonra mukovissidozdan əziyyət çəkən xəstələrdə bağırsağın aşağı hissələrinin daralmasına səbəb olması barədə məlumat verilmişdir.

Xüsusi göstərişlər:

Mədəaltı vəz tozunun qəbulundan asılı olmayaraq bağırsağın daralması və ya bağırsaq keçməməzliyi mukovissidozu olan xəstələrdə məlum olan fəsadlara aiddir. Müvafiq şikayətlər zamanı bunları nəzərə almaq lazımdır.

Digər dərman maddələri ilə qarşılıqlı təsiri:

Bu vaxta qədər məlum deyil

Dozalanma:

Dozalanma həzm pozuntularının ağırlıq dərəcəsilə müəyyən olunur və onu fərdi qaydada təyin etmək lazımdır. Əgər preparatın qəbulu başqa cür təyin olunmayıbsa, o zaman qida qəbulundan əvvəl 1-2 tablet qəbul olunur.

Qəbul edilən qidanın növündən və həzm pozuntusunun məlum olan ağırlıq dərəcəsindən asılı olaraq  yemək zamanı əlavə olaraq 2-4 tablet qəbul etmək olar.

Tələb olunan doza əhəmiyyətli dərəcədə yüksək də ola bilər.

Fermentlərin bədən kütləsinin hər kq-na 15 000-20 000 lipaza vahidinə bərabər olan gündəlik dozasını aşmq məsləhət görülmür.

Uşaqlar üçün dozalanma həkim tərəfindən müəyyənb olunur.

İstifadə qaydası və müddəti:

Tabletləri çeynəmədən və kifayət qədər maye ilə qəbul etməkm tövsiyə olunur. 

Preparatın uşaqlar və böyüklər üçün uzunmüddətli istifadəsi həkim tərəfindən təyin olunur

Doza həddinin aşılması:

Doza həddinin aşılması simptomları bu vaxta qədər məlum deyil. Mezim fortenin tərkibinə daxil olan komponentlərə istinadən onlardan ehtiyatlanmağa ehtiyac yoxdur.

Saxlanma şəraiti:

30 C0 –dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Yararlılıq müddəti:

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı:

Berlin – Chemie AG

(Menarini Group)

Glienicker Weg 125

12489 Berlin, Almaniya


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow