DUASFER Sirop
DUASFER sirop kombinə olunmuş antianemik preparat olub uşaq və yeniyetmələrdə dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

DUASFER 150 ml - Antianemik vitamin və mineral kompleksi
Buraxılış forması
İçlik vərəqi və ölşü qaşığı ilə karton qutuda qablaşdırılmış 150 ml flakon
DUASFER Sirop Tərkibi
Hər 5 ml-də:
- Dəmir fumarat---------------------121.58 mq
- elementar dəmir------------------------40mq
- Sink sulfat monohidrat-------------27,47mq
- elementar sink ------------------------10 mq
- Vitamin C--------------------------------50mq
- Sianokobalamin----------------------2,5 mkq
- Fol turşusu---------------------------200 mkq
- Köməkçi maddələr: Su, fruktoza, aromatizator, limon turşusu, kalium sorbent.
Farmakoloji xüsusiyyətlər
DUASFER Sirop nə üçündür?
DUASFER kombinə olunmuş antianemik preparat olub uşaq və yeniyetmələrdə dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, fiziki və zehni iş qabiliyyətini, eləcə də, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. DUASFERin tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır. Üçvalentli dəmir molekullarına nisbətən eritrosit sayını və hemoglobinin miqdarını ən azı 2 dəfə sürətlə normallaşdırır və dəmirin orqanizmindəki deposunu bərpa edir.
Sink DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün yeni hüceyrələrin, o cümlədən, eritrositlərin əmələ gəlməsində bilavasitə rol oynayır. Orqanizmdə dəmirin depolanması prosesinə nəzarət edir. Güclü antioksidant effekti sayəsində sərbəst radikalların eritrosit membranına olan dağıdıcı təsirinin qarşısını alır. Bağırsaqlarda su-ion balansını bərpa edərək dəmirin soulmasını asanlaşdırır. Toxumalarda inkişaf və böyümə prosesslərini sürətləndirir, uşaqların fiziki və əqli inkişafına təsir göstərir.
C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
Sianokobalamin (Vitamin B12) eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir. Fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
Fol turşusu dəmirdefisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulə edir. Eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rola malikdir. Fol turşusu immun sistemi gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır.
DUASFER Sirop İstifadə qaydası
- 6 ay-6 yaş.....................2.5 ml gündə 1 dəfə;
- 6-12 yaş...........................5 ml gündə 1 dəfə;
- 12 yaşdan yuxarı .............10 ml gündə 1 dəfə daxilə qəbul edilir.
- İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.
İstifadəsi üçün göstərişlər
-Müxtəlif defisitli anemiyaların müalicəsi və profilaktikası
-Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü -İmmun sistemini gücləndirmək məqsədilə
-İntensiv inkişaf dövrü
-Orqanizmin dəmirə və sinkə tələbatının artdığı digər hallar
DUASFER Sirop Əks göstərişlər
Preparatın tərkibinə qarşı yüksək həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASFER Sirop Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Smart Pharma, Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






