Amoksisillin suspenziya (Amoksilin)
Amoksisillin suspenziya (Amoksilin) dərman pereparatı haqqında bilmək istədiyiniz hər şey bizim doktorm.az platformasinda.

Amoksisillin suspenziya (Amoksilin) eyniləşdirmə və təsnifat. ATC kodu: J01CA04 Beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin
Dərman forması
Amoksisillin suspenziya (Amoksilin) daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar
Buraxılış forması
250 mq/5 ml daxilə qəbul edilən suspenziya hazırlamaq üçün qranullar.
100 ml amoksilin suspenziya hazırlamaq üçün 40 q qranul, burulan, ilkin açılmaya nəzarət üçün plastik və ya metallik qapaqlı, üzərində xətti olan tünd rəngli şüşə flakonda. Plastik qapağın yuxarı hissəsində flakonun açılma sxemi əks etdirilib. 1 flakon ölçü qaşığı (həcmi 5 ml, 2,5 ml həcm üçün xətti ilə) və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Amoksisillin suspenziya (Amoksilin) tərkibi
Təsiredici maddə: 5 ml suspenziyanın tərkibində 250 mq amoksisillin (amoksisillin trihidrat şəklində) vardır.
Köməkçi maddələr: natrium saxarinat dihidrat, simetikon S 184, quar kitrəsi, natrium benzoat, natrium sitrat dihidrat, saxaroza, passiflora aromatizatoru, moruq aromatizatoru, çiyələk aromatizatoru.
İstifadəsinə göstərişlər
Amoksisillin (Amoksilin) böyüklərdə və uşaqlarda aşağıdakı infeksiyaların müalicəsində göstərişdir:
- kəskin bakterial sinusit;
- kəskin orta otit;
- kəskin streptokokklu tonzillit və faringit;
- xroniki bronxitin kəskinləşməsi;
- xəstəxanadankənar pnevmoniya;
- kəskin sistit;
- hamiləlik zamanı simptomsuz bakteriuriya;
- kəskin pielonefrit;
- yatalaq və paratif;
- yayılmış sellülitlə dental abses;
- protezli oynaqların infeksiyası;
- Helicobacter pylori-nin eradikasiyası;
- Laym xəstəliyi.
- Amoksisillin, eləcə də, endokarditin profilaktikası üçün göstərişdir.
Antibakterial preparatların etibarlı istifadəsi üzrə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.
Amoksisillin suspenziya (Amoksilin) əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, beta-laktam antibiotiklərinə (o cümlədən, digər penisillinlərə, sefalosporinlərə, karbapenemə və s.) qarşı hiperhəssaslıq, atopik dermatit, bronxial astma, pollinoz, infeksion mononukleoz, limfoleykoz, qaraciyər çatışmazlığı, anamnezdə mədə-bağırsaq sisteminin xəstəlikləri (xüsusilə antibiotiklərin istifadəilə əlaqədar kolit), laktasiya dövrü, saxaraza/izomaltaza defisiti, fruktozaya qarşı dözümsüzlük
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Hamiləlik dövrü, böyrək çatışmazlığı, anamnezdə qanaxma, allergik reaksiyalar (o cümlədən, anamnezdə).
İstifadədən əvvəl pasiyentdən anamnezdə penisillinlərə, sefalosporinlərə və ya digər beta-laktam antibiotiklərinə qarşı hiperhəssaslıq reaksiyası barədə sorğu almaq lazımdır. Penisillinlərə qarşı yüksək həssaslığa malik pasiyentlərdə sefalosporinlərə qarşı çarpaz allergik reaksiyaların olması mümkündür.
Penisillinlərin istifadəsi zamanı anafilaktik reaksiyalar, o cümlədən, ölümlə nəticələnən, qeyd edilmişdir. Nadir hallarda anafilaktik şokun və ya digər ağır allergik reaksiyaların inkişafı mümkündür. Belə reaksiyalar, anamnezində beta-laktam antibiotiklərinə yüksək həssaslıq və ya atopiya olan pasiyentlərdə mümkündür. Ağır allergik reaksiyaların inkişafı zamanı amosisillinin ləğv edilməsi və alternativ müalicənin təyin edilməsi tələb olunur.
Böyrək funksiyasının ağır pozulması olan pasiyentlərdə amosisillinin xaric olması, böyrək çatışmazlığının ağırlıq dərəcəsindən asılı olaraq ləngiyə bilər, preparatın dozasının azaldılması tələb oluna bilər (“İstifadə qaydası və dozası” bölməsinə bax). Sürətləndirilmiş diurez amosisillinin eliminasiyasını sürətləndirir və plazma konsentrasiyasını azaldır.
Sidiyin xaric olmasının azalması olan pasiyentlərdə kristalluriya müşahidə edilə bilər, əsasən, amoksisillinin parenteral yeridilməsi zamanı. Amoksilin sidik katetrlərində çökdüyü üçün müntəzəm olaraq katetrlərin keçiriciliyini yoxlamaq vacibdir, maye qəbulunun adekvatlığını və amoksisillinlə assosiasiya olunan kristalluriyanın riskini minimuma endirmək üçün mayenin xaric olmasını izləmək lazımdır.
Amosisillinə həssas olmayan törədicilərin yaratdığı infeksiyaların müalicə üçün preparatı istifadə etmək olmaz, bunu, xüsusilə sidik-cinsiyyət sisteminin və qulağın, burunun və boğazın ağır infeksiyası zamanı nəzərə almaq lazımdır. Amoksisillinə qarşı həssas olmayan mikrofloranın inkişafı hesabına superinfeksiyanın inkişafı mümkündür ki, bu da, antibakterial terapiyanın uyğun dəyişməsini tələb edir.
Preparatı infeksion mononukleozlu pasiyentlərdə istifadə etmək məsləhət görülmür, belə ki, amoksisillin qızılcaya bənzər səpginin yaranmasına səbəb ola bilər. Amoksilin suspenziya (Amoksilin).
Demək olar ki, bütün antibiotiklərin istifadəsi zamanı antibiotiklə assosiasiya olunan kolitin inkişafından həyat üçün təhlükəli olan vəziyyətlərə qədər mümkündür. Bunu, antibiotikoterapiya dövründə və ya terapiya bitdikdən sonra diareyanın yaranması zamanı nəzərə almaq lazımdır. Antibiotiklə assosiasiya olunan kolitin inkişafı zamanı preparatla terapiyanı dərhal dayandırmaq və müvafiq terapiyanın təyin olunması üçün həkimə müraciət etmək lazımdır. Bağırsağın peristaltikasını tormozlayan preparatların istifadəsi əks göstərişdir. (amoksilin)
Preparatın uzun müddət və/və ya yüksək dozada istifadəsi zamanı qanın ümumi analizinə, qaraciyər və böyrəklərin funksiyasına müntəzəm nəzarət etmək lazımdır.
Anamnezində böyrək çatışmazlığı və ya qıcolma, epilepsiya olan (bu səbəblə aparılan müalicə) və beyin qişası zədələnmiş pasiyentlərdə beta-laktam antibiotiklərinin yüksək dozaları ilə terapiya, nadir hallarda qıcolmaya səbəb ola bilər.
Müalicənin əvvəlində pustulyozla müşayiət olunan yayılmış eritemanın yaranması, kəskin yayılmış ekzantematoz pustulyozun simptomları ola bilər. Bu, müalicənin dayandırılmasını tələb edir, sonralar preparatın istifadəsi əks göstərişdir.
Amoksisillinin Laym xəstəliyinin müalicə üçün istifadəsi zamanı Yariş-Gerksheymer reaksiyası müşahidə edilə və birbaşa amosisillinin xəstəliyin törədicisi olan Borrelia burgdorferi spiroxetinə qarşı bakterisid təsirilə əlaqədar ola bilər. Klinik təzahürləri: temperaturun yüksəlməsi, titrətmə, başağrı, mialgiya, eritema ocağı nahiyəsində dəri reaksiyaları. Pasiyentlər yadda saxlamalıdırlar ki, Yariş-Gerksheymer reaksiyasının inkişafı, Laym xəstəliyinin müalicəsinin adi nəticəsidir.
Müalicə, mütləq xəstəliyin klinik əlamətləri itdikdən sonra 48-72 saat ərzində davam etdirilməlidir.
Laborator analizlər: amoksisillinin yüksək konsentrasiyası Benedikt reaktivinin və ya Felinq məhlulunun istifadəsilə sidikdə qlükozanın müəyyən edilməsini təhrif edir. Fermentativ qlükozooksidazalı testlərdən istifadə etmək məsləhət görülür. Amosisillin hamilə qadınların sidiyində estriolun miqdarını azalda bilər.
Şəkərli diabeti olan pasiyentlər nəzərə almalıdırlar ki, suspenziyanın hər 5 ml-də (2 q qranul) 1,65 q saxaroza (və ya 0,14 çörək vahidi, ÇV) vardır, müvafiq olaraq amosisillinin sutaklıq dozasında 3,3 ÇV vardır.
Fruktozaya qarşı dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza defisiti kimi nadir irsi xəstəliyi olan pasiyentlər bu preparatdan istifadə etməməlidirlər.
5 ml hazır suspenziyanın tərkibində 10,63 mq natrium vardır ki, bunu, natriumun məhdud qəbulu ilə pəhrizdə olan pasiyentlər nəzərə almalıdırlar.
Amoksilin suspenziya istifadə qaydası
Yeməkdən əvvəl və ya sonra daxilə qəbul edilir.
Müalicə parenteral başlaya və preparatın daxilə qəbulu ilə davam etdirilə bilər.
Amoksilin suspenziyanın hazırlanması
Flakonun üzərindəki xəttə qədər su əlavə edib və yaxşıca çalxalamaq. Hazırlanmış suspenziyanın səviyyəsi flakonun üzərindəki xətdən aşağı səviyyədə olduqda, xəttə qədər yenidən su əlavə edib və çalxalamaq lazımdır.
Hazırlanmış suspenziya soyuducuda saxlanılmalı (2-8 ºС temperaturda) və 14 gün ərzində istifadə edilməlidir. Hər istifadədən əvvəl suspenziyanı çalxalamaq vacibdir.
Hazırlanmış suspenziyanın hər 5 ml-də (1 ölçü qaşığı) 250 mq amoksisillin vardır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
Hemofarm A.D., Vrşas. Dubovas istehsalat sahəsi, Serbiya. 26300, Dubovas q., Tsarya Lazara k. bb.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






