Tokofer

Tokofer preparatı haqqında öyrənmək istədiyiniz hər şey bizim platformamızda.

Jun 10, 2024 - 11:06
Jun 11, 2024 - 13:45
 0
Tokofer
Tokofer

Tokofer E vitaminin faydaları

Tokoferol sözü yunancadan tokos – döl, phero – daşıyan sözlərinin birləşməsindən ibarət olub «döldaşıyan» mənasını verir. E vitamini insan orqanizmində sintez olunmur, yalnız qida ilə alınır. Onun əsas mənbəyi bitki (zeytun, günəbaxan, qarğıdalı, pambıq) yağıdır.Vitamin E ilə ən zəngin buğdanın rüşeymidir. Bağırsaqda öd turşuları vasitəsi ilə sorulur, limfaya daxil olur. Sonra isə qanda ASLP-lər (Aşağı sıxlıqlı lipoproteinlər) ilə birləşərək toxumalara çatır. Əsas piy toxumasında, qaraciyərdə, əzələlərdə və sinir toxumasında toplanır.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

E vitaminin funksiyaları

Birinci növbədə bu güclü antioksidantdır. Hüceyrələrin membranlarını bərpa edir və toxumaları sərbəst radikallardan (hüceyrələri zədələyən aqressiv molekullardan) qoruyur.  E vitamininin antioksidant təsirinə alimlər onkoloji xəstəliklərin profilaktikası üçün bir vasitə kimi baxırlar.

“Sərbəst radikallar” elektronu əskik olan molekullar olub yüksək enerjiyə sahibdirlər. Bu radikallar özlərində əskik olan elektronlarını hüceyrə membranından (hüceyrənin xaricdən örtən təbəqə) və hüceyrə daxilindəki DNT və RNT-dən almağa çalışır, yəni hüceyrənin membranına, DNT-yə “hücüm edib”, zərər verirlər. Əgər hüceyrə bu zərəri kompensasiya edə bilməzsə mutasiya reallaşacaq. Xərçəng hüceyrələri bu şəkildə ortaya çıxır. Hüceyrənin davamlı olaraq radikalların hücumuna məruz qalması vəziyyətinə “oksidativ stress” deyilir.  Nəticə: “Sərbəst radikallar” sağlamlığımız üçün olduqca zərərlidir.

“Antioksidantlar” isə bu radikalları asanca təsirsiz hala gətirəcək olan molekullardır. Radikallara özlərində olan artıq elektronlarını verirlər.  Beləcə radikallar istədiklərini alır və sağa-sola hücum etməyi kəsərək  zərər vermirlər.

E vitaminin çatışmazlığı səbəbləri

  • Qida ilə daxil olmaması
  • Sovrulma çatışmazlığı
  • Ödün az miqdarda yaranması və bağırsağa axması
  • Qanda spesifik zülalların azalması

Tokofer Tərkibi:

VİTAMİN E ( ALFA-TOKOFEROL ASETAT) –  150 mq (326 BV)

Buraxılış forması:

Kapsul № 30

Tokofer İstehsalçı:

Botapharma, Türkiyə

Qəbulu:

Tokofer preparatı yemək zamanı qəbul olunur

Əks göstərişləri:

Dərman komponentlərinə qarşı yüksək həssaslıq; kəskin miokard infarktı, kardioskleroz

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow