Mepril 2 mq

Mepril 2 mq preparatı haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Jul 2, 2024 - 16:11
Jul 2, 2024 - 16:35
 0
Mepril 2 mq
Mepril 2 mq

Mepril 2 mq

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptli

İxtisas : Endokrinologiya

Beynəlxalq patentləşdirilməmiş adı: Glimepiride

Mepril 2 mq Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq qlimepirid vardır

Köməkçi maddələr: laktoza monohidrat, natrium nişasta qlikolyatı, mikrokristallik sellüloza (Avicel PH 101), povidon (PVPK 30), maqnezium stearat.

Rəngləyici maddələr kimi:1 mq-lıq tab. üçün - qırmızı dəmir oksidi (E 172); 2 mq-lıq tab. üçün - sarı dəmir oksidi (E 172) və indiqokarmin (E 132); 3 mq-lıq tab. üçün - sarı dəmir oksidi (E 172); 4 mq-lıq tab. üçün - indiqotin.

Farmakoterapevtik qrupu

Peroral hipoqlikemik dərman vasitəsi.

ATC kodu: A10BB12

Farmakoloji xüsusiyyətləri 

Mepril 2 mq nə üçündür?

Farmakodinamikası

Peroral hipoqlikemik preparat olub sulfonil sidik cövhəri törəmələrinə aiddir. Mədəaltı vəzinin beta- hüceyrələrində insulin ifrazını stimulə edir, qanda qlükozanın miqdarını azaldır. Bundan başqa, Mepril mədəaltı vəzə təsir etmədən də qanda qlükozanın miqdarını azaldır. Həmçinin periferik toxumaların insulinə həssaslığını artırır. Sağlam könüllülərdə qlimepiridin minimal effektiv doza 0,6 mq təşkil edir. Qlimepiridin təsiri dozadan asılıdır və təkrarlana biləndir. Fiziki yükləməyə fizioloji reaksiya (insulin sekresiyasının azalması) saxlanılır.

Şəkərli diabeti olan xəstələrdə optimal metabolik nəzarətə preparatın birdəfəlik qəbulu ilə 24 saat ərzində nail olunur.

Farmakokinetikası

Sorulması

Qida qəbulu preparatın sorulmasına əhəmiyyətli dərəcədə təsir göstərmir. 4 mq dozada təkrar peroral qəbuldan təqribən 2,5 saat sonra maksimal plazma konsentrasiyası (C max) yaranır və309 nq/mltəşkil edir.

Paylanması

Qlimeridin paylanma həcmicüzidir (təqribən 8,8 l/kq) və albuminin paylanma həcminə təqribən bərabərdir.

Plazma zülalları ilə birləşmə dərəcəsi yüksəkdir (99%-dən çox), klirens isə aşağıdır (təqribən 48 ml/dəq).

Təkrar dozalanma rejimi zamanı preparatın orta yarımxaricolma dövrü təqribən 5-8 saat təşkil edir.Yüksək dozada qəbulu zamanı yarımxaricolma dövrübir qədər uzanır.

Biotransformasiyası

Qlimepirid orqanizmdə tam metabolizmə uğrayır. Metabolizm nəticəsində 2 əsas metabolit – hidroksi- (M1) və karboksitörəmə yaranır.

Xaric olunması

Birdəfəlik qəbuldan sonra preparatın 58%-i sidiklə, 35%-i nəcislə xaric olur. Dəyişilməmiş aktiv maddə sidikdə aşkar olunmur.

İstifadəsinə göstərişlər

İnsulindən asılı olmayan (II tip) şəkərli diabet, pəhriz ilə müalicənin və fiziki hərəkətlərin effektsiz olduğu zaman istifadə olunur.

Mepril 2 mq Əks göstərişlər

Qlimepiridə, digər sulfonilkarbamid törəmələrinə, sulfanilamidlərə və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşıyüksək həssaslıq. 

Hamiləlik və laktasiya dövrü.

İnsulindən asılı (I tip) şəkərli diabet (məs., anamnezdə ketoasidoz olan şəkərli diabet ilə xəstələrin müalicəsi), diabetik ketoasidoz, diabetik prekoma və ya koma.

Ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə qlimeridin istifadəsi haqqında təcrübə yoxdur. Belə hallarda insulinə keçməsi zamanı optimal metabolik nəzarət təmin olunmalıdır.

Xüsusi göstərişlər

Müalicənin ilk həftələrində hipoqlikemiya riskinin artması müşahidə oluna bilər, hansı ki xəstə üzərində ciddi nəzarət tələb edir.

Hipoqlikemiya yaranmasına səbəb olan faktorlara aşağıdakılar aiddir:

  • xəstənin həkim ilə qarşılıqlı əməkdaşlıq istəyinin olmaması və ya kifayət qədər bacarmaması (əsasən yaşlı xəstələrdə)
  • keyfiyyətsiz, qeyri-müntəzəm qidalanma
  • karbohidratların qəbulu ilə fiziki yükləmənin disbalansı
  • adəti pəhrizin dəyişdirilməsi
  • alkoqol qəbulu, xüsusilə də qida qəbulu olmadan 
  • böyrək funksiyasının pozulması
  • qaraciyər funksiyasının ağır pozulması
  • Meprilin artıq dozalanması
  • karbohidratların mübadiləsinə və ya hipoqlikemiyaya cavab olan - kontrrequlyasiyaya təsir edən, kompensə olunmayan endokrin sisteminin bəzi xəstəlikləri (məsələn, qalxanabənzər vəzin funksiyasının pozulması, hipofizar çatışmazlığı və ya böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı)
  • digər preparatlarla eyni zamanda istifadəsi
  • göstəriş olmadan Mepril preparatı ilə müalicəsi. 
  • Meprillə müalicə zamanı qanda və sidikdə qlükoza miqdarına daimi nəzarət lazımdır. Qlikolizə olunmuş hemoqlobinin təyini də tövsiyə olunur. Meprillə müalicə zamanı qaraciyərin funksiyasının və periferik qanın (xüsusilə də leykositlərin və trombositlərin miqdarının) müntəzəm nəzarəti tələb olunur. 
  • Hipoqlikemiya riskini artıran faktorların təsiri zamanı, interkurrent müalicə və ya həyat tərzinin dəyişdirilməsi zamanı Mepril dozası və ya müalicə sxemini korreksiya etmək lazımdır.
  • Yaşlı xəstələrdə, vegetativ neyropatiyadan əziyyət çəkən xəstələrdə və ya eyni zamanda beta-adrenoblokatorlarla, klonidin, rezerpin, quanitidin və digər simpatolitik preparatlarla müalicə alan xəstələrdə orqanizmin adrenergik kontrrequlyasiya nəticəsində yaranan hipoqlikemiya simptomları az nəzərə çarpa və tamamilə müşahidə olunmaya bilər.
  • Əksər hallarda hipoqlikemiyanın qarşısını tez bir zamanda karbohidrat (qlükoza və ya şəkər) qəbulu ilə almaq mümkündür.
  • Digər sulfonil sidik cövhəri törəmələri qəbulu zamanı olduğu kimi, hipoqlikemiyanın qarşısının alınmasına baxmayaraq residiv baş verə bilər. Bununla əlaqədar olaraq xəstələr daimi nəzarət altında saxlanmalıdır.
  • Stress vəziyyətlərində (məs., travma aldıqda, cərrahi əməliyyat zamanı, qızdırma ilə müşayiət olunan infeksion xəstəliklər zamanı) qanda qlükoza səviyyəsinin tənzimlənməsi pozula bilər və optimal metabolik nəzarəti təmin etmək üçün xəstənin müvəqqəti olaraq insulinə keçirilməsinə ehtiyac ola bilər.
  • Sulfonil sidik cövhəri preparatlarının qəbulu zamanı Q-6-FD çatışmazlığı olan xəstələrdə hemolitik anemiya baş verə bilər. Qlimepirid sulfonil sidik cövhəri preparatları siyahısına daxil olduğuna görə Q-6-FD çatışmazlığı olan xəstələrdə ehtiyatla tətbiq olunmalıdır və tərkibinə sulfonil sidik cövhəri daxil etməyən alternativ dərman preparatın tətbiqi düşünülməlidir. 
  • Meprilin tərkibində laktoza monohidrat vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır. 
  • Hər Mepril tabletlərinin tərkibində 8 mq natrium nişasta qlikolyatı var; bu da natriumun miqdarı 23 mq-dan az natrium nəzarətli dieta olan xəstələrdə nəzərə alınmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Qlimepirid P450 2C9-(CYP2C9) sitoxromvasitəsilə metabolizmə uğrayır, bu da CYP2C9induktorları (məs., rifampisin) və ya inhibitorları (məs., flukonazol) ilə birgə istifadə zamanı nəzərə alınmalıdır.

Meprillə eyni zamanda insulin, peroral antidiabetik preparatlar, AÇF inhibitorları, anabolik steroidlər və kişi cinsiyyət hormonları, xloramfenikol, kumarin törəmələri, siklofosfamid, dizopiramid, fenfluramin, feniramidol, fibratlar, fluoksetin, quanetidin, izofosfamid, MAO inhibitorları, mikonazol, flukonazol, pentoksifillin (yüksək dozalarda parenteral yeridilmə), fenilbutazon, azapropazon, oksifenbutazon, probenesid, xinolonlar, salisilatlar, sulfinpirazon, klaritromisin, sulfanilamidlər, tetrasiklinlər, tritokvalin, trofosfamid, allopurinol, simpatolitiklər tətbiq olunması zamanı hipoqlikemik təsirin artması müşahidə oluna bilər. 

Meprillə eyni zamanda asetazolamid, barbituratlar, kortikosteroidlər, diazoksid, diuretiklər, adrenalin və digər simpatomimetik vasitələr, qlükaqon, işlədici maddələr (uzun müddət istifadə zamanı), nikotin turşusu (yüksək dozalarda), estrogenlər və proqestagenlər, fenotiazinlər, fenitoin, rifampisin, qalxanabənzər vəzin hormonları, saluretiklər, qalxanabənzər vəzin funksiyasını stimullaşdıran vasitələr, qlükokortikoidlər tətbiq olunması zamanı hipoqlikemik təsirin azalması və buna görə də qanda qlükoza miqdarının artması müşahidə oluna bilər. 

H2-reseptorlarının blokatorları, beta-adrenoblokatorlar, klonidin və rezerpin Meprilin hipoqlikemik təsirini həm gücləndirə, həm də zəiflədə bilər. 

Beta-adrenoblokatorlar, klonidin, quanetidin və rezerpin kimi simpatolitik vasitələrin təsiri nəticəsində hipoqlikemiyaya cavab olan kontrrequlyasiya əlamətləri azala və ya tamamilə yox ola bilər.

Alkoqolun həm birdəfəlik, həm də xroniki istifadəsi Meprilin hipoqlikemik təsirini azalda və ya artıra bilər.

Mepril kumarin törəmələrinin təsirini həm azala, həm də artıra bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik 

Mepril dölə mənfi təsir etdiyinə görə onun hamilələrdə istifadəsi əks göstərişdir. Planlaşdırılmış hamiləlik zamanı və ya hamiləliyin başlanması zamanı qadını insulinlə müalicəyə keçirmək lazımdır. 

Laktasiya

Qlimepirid ana südü ilə xaric olunur. Bununla əlaqədar olaraq laktasiya dövründə Mepril preparatı istifadə olunmamalıdır; xəstə insulin müalicəsinə keçirilməlidir və ya ana südü ilə qidalandırma dayandırmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicənin başlanğıcında, bir preparatdan digər preparata keçən zaman, Meprilin qeyri müntəzəm qəbulu zamanı hipo- və hiperqlikemiya əlaməti kimi, xəstədə diqqətin konsentrasiyasının azalması və ya psixomotor reaksiyaların sürətinin zəifləməsi müşahidə oluna bilər. Bu hal nəqliyyat və ya müxtəlif mexanizmləri idarəetmə zamanı nəzərə alınmalıdır.

Mepril 2 mq İstifadə qaydası və dozası

Mepril tabletləri bütöv, çeynəmədən, kifayət qədər maye ilə (məs., yarım stəkan su ilə) qəbul olunmalıdır.

Meprilin dozası qanda qlükoza miqdarı ilə müəyyən olunur. Başlanğıc və dəstəkləyici doza qanda və sidikdə qlükoza miqdarına müntəzəm nəzarət əsasında fərdi olaraq təyin olunur. Ən az metabolik dəyişikliklərə nəzarət edə bilən qlimepiridin ən az dozasını seçmək lazımdır. Meprillə müalicə eyni həkim tərəfindən başlanmalı və davam etdirilməlidir. Mepril təyin olunan dozada və təyin olunan zamanda qəbul olunmalıdır. Preparat qəbulunun unudulması sonrakı qəbul zamanı dozanın artırılması ilə müşayiət olunmamalıdır. Belə hallar haqqında xəstə və həkim əvvəlcədən danışmalıdırlar və bu zaman hansı tədbirlərin görülməsi haqqında qərara gəlməlidirlər. Xəstə yüksək doza qəbulu haqqında həkimi dərhal xəbərdar etməlidir.

Başlanğıc doza və doza seçimi

Müalicənin əvvəlində gündə bir dəfə 1 mq Mepril təyin olunur. Lazım gəldikdə gündəlik doza artıra bilər. Gündəlik doza qanda qlükozanın miqdarına daimi nəzarət olunaraq (1-2 həftəlik intervalla) tədricən, qeyd olunan sxemdəki kimi artırıla bilər: 1 mq-2 mq-3 mq-4 mq-6 mq-8 mq.

Yaxşı nəzarət olunan şəkərli diabetli xəstələrdə doza diapazonu 

Gündəlik doza 1-4 mq təşkil edir. Bəzi xəstələrə 6 mq-dan yüksək gündəlik dozanın qəbulunda ehtiyac ola bilər. 

Dozalanma rejimi

Gündəlik dozanın qəbul vaxtı və tezliyi həkim tərəfindən xəstənin həyat tərzi nəzərə alınaraq müəyyən olunur. Adətən birdəfəlik gündəlik dozanın qəbulu kifayət olur. Preparatın tətbiqi tamdəyərli səhər yeməyindən əvvəl və ya səhər yeməyi zamanı, yaxud gün ərzində ilk qida qəbulundan əvvəl və ya qida qəbulu zamanı tövsiyə olunur.Preparatıntətbiqindən sonra yeməyin qəbulu buraxmamaq çox vacibdir.

Metabolik nəzarətinoptimallaşdırılmasıinsulinə həssaslığın yüksəlməsi ilə əlaqədərdır. Buna görə müalicə zamanı Meprilə tələbat azala bilər. Hipoqlikemiya əmələ gəlməsinin qarşısını almaq üçün dozanı vaxtında azaltmaq və qəbulu dayandırmaq lazımdır. Doza korreksiyası xəstənin çəkisinin dəyişildiyi zaman, həyat tərzinin dəyişildiyi zaman yaxud hipo- və ya hiperqlikemiya yaranmasına səbəb ola bilən digər faktorların təsiri zamanı həyata keçirilməlidir.

Bir qayda olaraq Meprillə müalicə uzunmüddətli aparılmalıdır.

Xəstənin başqa peroral hipoqlikemik preparatdan Meprilə keçirilməsi

Mepril və digər peroral hipoqlikemik preparatların dozaları arasında dəqiq əlaqə yoxdur. Digər preparatlardan Meprilə keçən zaman doza 1 mq-dan başlanılmalıdır (hətta digər peroral hipoqlikemik preparatın maksimal dozasından Meprilə keçirilsə belə). Əvvəl istifadə edilənhipoqlikemik preparatın effektinin dərəcəsi və müddəti nəzərə alınmalıdır. Hipoqlikemiyanın yaranma riskini artıran, additiv reaksiyanın qarşısını almaq üçün preparatın qəbulunun dayandırılmasına ehtiyac yarana bilər.

Metforminlə kombinasiyada istifadəsi

Qlimepiridin və ya metforminin maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxşolunmadıqda həminperoralantidiabetikpreparatların kombinasiyası ilə müalicəni başlamaq olar.Əlavə müalicə minimal dozadan başlanır və qanda qlükoza səviyyəsindən asılı olaraq tədricən artırılır. Kombinə olunmuş müalicə ciddi tibbinəzarət altında başlanmalıdır.

İnsulinlə kombinasiyada istifadəsi

Mepril preparatının maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxşolunmadıqda eyni zamanda insulin təyin oluna bilər.

İnsulinlə müalicə minimal dozadan başlanır və qanda qlükoza səviyyəsindən asılı olaraq tədricən artırılır. Kombinə olunmuş müalicə ciddi tibbinəzarət altında başlanmalıdır.

İnsulindənMeprilə keçirilməsi

Xüsusi hallarda insulindən istifadə edilən II tip şəkərli diabetolan xəstələrəMepriləkeçirilməsi göstərilə bilər. Keçirilmə ciddi tibbinəzarət altında aparılmalıdır.

Xüsusi xəstələr qruplarına aid əlavə məlumatlar

Böyrək/Qaraciyər çatışmazlığı

Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə Meprilin istifadəsi haqqında məlumat məhduddur. Böyrək

çatışmazlığı olan xəstələr Meprilinhipoqlikemik təsirinə daha həssas ola bilər.

Pediatrik qrupu

8 yaşa qədər uşaqlarda Meprilin istifadəsi haqqında məlumat yoxdur. 8 yaşından 17 yaşa qədər uşaqlarda monoterapiya kimi qlimepiridin istifadəsi haqqındaməhdud məlumat var. Pediatrik xəstələrdə 

təhlükəsizlik və effektivlik haqqındakifayət qədər məlumat olmadığından bu qrupda preparatın istifadəsi tövsiyə olunmur.

Yaşlı xəstələr 

Kişilərdə və qadınlarda, eləcə də gənc və yaşlı (65 yaşdan yuxarı) xəstələrdə farmakokinetika oxşar olmuşdur. 

Əlavə təsirləri

Maddələr mübadiləsinəvə qidalanmaya

Digər sulfonil sidik cövhərin törəmələrində olduğu kimi, davamlı hipoqlikemiya müşahidə oluna bilər. Hipoqlikemiyanın mümkün simptomları: başağrısı, aclıq hissi, ürəkbulanma, yorğunluq hissi, yuxululuq, yuxunun pozulması, diskomfort, aqressivlik, diqqətin konsentrasiyanın pozulması, psixomotor reaksiyaların sürətinin azalması, depressiya, şüurun dolaşıqlığı, nitqin pozulması, görmənin pozulması, afaziya, tremor, hissiyyatın pozulması, başgicəllənmə, zəiflik, özünü idarəetmənin itirməsi, deliriy, mərkəzi mənşəli qıcolmalar, huşun itirilməsi; səthi tənəffüs, bradikardiya və koma. Həmçinin hipoqlikemiyaya cavab olaraq soyuq yapışqan tər, həyəcan hissi, taxikardiya, arterial hipertenziya, ürəkdöyünmə, stenokardiya, ürək aritmiya kimi adrenergik kontrrequlyasiyanın əlamətləri müşahidə oluna bilər. Ağır hipoqlikemiyanın klinik mənzərəsi insultun klinik mənzərəsini xatırlada bilər. Qeyd olunan bütün əlamətlər demək olar ki, hipoqlikemiyaya qarşı müalicə apardıqda tamamilə keçib gedir.

  • Görmə orqanlarına
  • Müalicə zamanı (əsasən ilk dövrdə) qanda qlükoza miqdarının dəyişməsi ilə əlaqədar olaraq keçici görmənin pozulması yarana bilər.
  • Həzm sisteminə
  • Nadir hallarda ürəkbulanma, qusma, epiqastral nahiyədə ağırlıq və ya diskomfort hissi, qarında ağrılar, diareya rast gəlinə bilər.
  • Hepatobiliar sistemə
  • Tək-tək hallarda:hepatit, qaraciyər fermentlərin səviyyəsinin artması və/və ya xolestazvə sarılıq(həyatı üçün təhlükəli qaraciyər çatışmazlığına qədər proqressivləşə bilər və ya, əksinə, müalicə dayandırdıqdan sonra keçə bilər).
  • Qanyaradıcıvə limfa sisteminə
  • Bəzi hallarda trombositopeniya, çox nadir hallarda isə leykopeniya, hemolitik anemiya, eritrositopeniya, qranulositopeniya, aqranulositoz və ya pansitopeniya müşahidə oluna bilər.
  • İmmun sisteminə
  • Çox nadir hallarda vaskulit, dispnoe, arterial hipotenziya və tək-tək hallarda anafilaktik şokla müşayiət oluna bilən yüngül dərəcəli hiperhəssaslıq reaksiyalar;
  • rast gəlmə tezliyi məlum deyil: sulfonil sidik cövhəriləri və sulfonamidlər qrupdanolanpreparatlaraqarşı çərpaz allergik reaksiyalar.
  • Ümumi pozulmalar
  • Qaşınma, övrə, dəri səpgi kimi allergik və yanlış allergik reaksiyalar baş verə bilər. Həmin reaksiyalar yüngül xarakter daşıyır, ancaq nadir hallarda təngnəfəslik, arterial hipotenziya ilə müşayiət olan ağır reaksiyalara qədər (anafilaktik şoka qədər) proqressivləşə bilər.Övrə baş verdiyi zaman təcili olaraq həkimə müraciət etmək lazımdır.
  • Tək-tək hallarda qan zərdabında natrium miqdarının azalması, allergik vaskulit və fotosensibilizasiya müşahidə oluna bilər.

Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması

Artıq dozalanma zamanı müalicə həkiminə bu barədə məlumat verilməlidir. Xəstənin ürəkdöyünməsi və tənəffüsünə dəqiq nəzarət olunmalıdır. Hipoqlikemiyanın nəticəsi kimi yaranan koma zamanı xəstə mütləq hospitalizasiya edilməlidir. Süni olaraq qusma yaradılmalı, mədə yuyulmalı və aktivləşdirilmiş kömür təyin olunmalıdır.

Buraxılış forması

Mepril tabletləri 1 mq, 2 mq, 3 mq, 4 mq, blisterlərdə. 2 blister (30 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda vəuşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Mepril 2 mq qiyməti

Mepril 2 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Mepril 2 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı

Ali Raif İlaç San. A.Ş.

İkitelli OSB Mahallesi

10. Cadde №3/1А

Başakşehir/İstanbul/Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow