Alfaxrom Alphacrom

Alfaxrom Alphacrom Maddələr mübadiləsini, qaraciyərin funksiyasını yaxşılaşdıran vasitə kimi tövsiyə olunur.

Jun 6, 2024 - 14:04
Jul 10, 2024 - 19:31
 0
Alfaxrom  Alphacrom
Alfaxrom Alphacrom

Alfaxrom (Alphacrom) Tərkibi (hər bir tabletdə)

Alfaxrom qiyməti

Alfaxrom qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alfaxrom qiyməti 32 azn - 35 azn arasında dəyişir.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alfaxrom qiyməti -ni öyrənərək əldə edəsiniz.

Təsiredici maddələr:

  • Alfa – lipoy turşusu...........................300 mq
  • Xrom (Xrom pikolinat şəklində).......200 mkq

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium stearat, silisium dioksidi.

İstifadəsinə dair tövsiyələr

Maddələr mübadiləsini, qaraciyərin funksiyasını yaxşılaşdıran vasitə kimi tövsiyə olunur.

Alfaxrom (Alphacrom) əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü.18 yaşadək uşaqlar.

 İstifadə qaydası və dozası

Böyüklər: 1 tablet gündə 1 dəfə.

 Əlavə təsirləri

Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları. Nadir hallarda ürəkbulanma, ishal, qarında ağrı, allergik reaksiyalar müşahidə oluna bilər. 

 Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Dərman preparatları ilə yanaşı qəbul edildikdə həkimlə məsləhətləşin.

Toksikologiya

Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.

 Xüsusi ehtiyat tədbirləri

  • Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
  • BFMQƏ normal qidalanmanı əvəz etmir.
  • Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

 Buraxılış forması

30 tablet (hər birində 15 tablet olan 2 blister), karton qutu qablaşmada.

 Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 Yararlılıq müddəti

3 il.

 İstehsalçı

İnalme s.r.l., İtaliya


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow