Sun Drops (San Drops) daxilə qəbul üçün damcı 30 ml

Sun Drops D3 vitamini çatışmazlığının müalicə və profilaktikası üçün vasitə

Jun 6, 2024 - 18:01
Jun 12, 2024 - 13:34
 0
Sun Drops (San Drops) daxilə qəbul üçün damcı 30 ml
Sun Drops (San Drops) daxilə qəbul üçün damcı 30 ml

Sun Drops Tərkibi

  • Təsiredici maddə:  1 ml (20 damcı) məhlulun tərkibində 8000 BV (1 damcı - 400 BV) xolekalsiferol vardır. 
  • Köməkçi maddələr: fruktoza, su, kalium sorbat, limon turşusu, sukraloza, banan dadlandırıcısı.

Məhsul haqqında məlumat

D3 vitamini raxit əleyhinə aktiv faktordur. Kalsium-fosfor mübadiləsinin tənzimləyicisi olub, sümüklərin və dişlərin düzgün minerallaşmasını və normal inkişafını təmin edir. Xolekalsiferol, D vitaminin təbii formasıdır, dəridə günəş şüalarının təsirindən yaranır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25%-dən yüksək olması ilə fərqlənir. O, qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Bağırsağa, böyrəklərə və sümük sisteminə təsir göstərir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. Kalsium ionlarının konsentrasiyası skelet əzələlərinin tonusunun saxlanmasını, sinir impulsarının ötürülməsini, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir. Uşağın sürətli inkişaf dövründə qidada D vitamininin çatışmazlığı, onun sorulmasının zəifləməsi, kalsium çatışmazlığı, günəş şüaları qarşısında olmamaq raxitin yaranmasına səbəb olur; böyüklərdə bu, osteomalyasiyaya, hamilə qadınlarda tetanus simptomlarının meydana çıxmasına, yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına səbəb ola bilər. Hormonal pozğunluqlarla əlaqədar tez-tez osteoporozun inkişaf etməsi nəticəsində menopauza dövründə olan qadınlarda D vitamininə olan tələbat yüksəlir.
D3 vitamininin sulu məhlulu yağlı məhluluna nisbətən daha yaxşı sorulur. Vaxtından əvvəl doğulmuşlarda ödün yaranması və onikibarmaq bağırsağa daxil olması kifayət qədər olmadığından yağlı məhlul şəklində olan vitaminlərin sorulması pozulur. Peroral qəbuldan sonra xolekalsiferol nazik bağırsaqda absorbsiya olunur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır. Xolekalsiferolun yarımxaricolma dövrü bir neçə gün təşkil edir. Preparat plasentar baryerdən asanlıqla keçir. Ana südünə nüfüz edir. Orqanizmdən sidik və nəcislə xaric olur.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sun Drops İstifadəsinə göstərişlər

Aşağıdakı hallarda D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunana BFMQƏ:

  • D vitamini defisitinin və ya çatışmazlığının profilaktikası və müalicəsi
  • Mədə-bağırsaq traktında D vitaminin sorulmasının pozulması ilə əlaqədar (malabsorbsiya sindromu, 
    xroniki diareyalar, enteropatiyalar, pankreatit) D vitamini çatışmazlığının profilaktikası və müalicəsi
  • Raxit və raxitəbənzər xəstəliklərin profilaktikası və müalicəsi
  • Metabolik osteopatiyalar (hipoparatireoz, psevdohipoparatireoz)
  • Hipokalsiemiya səbəbindən yaranan tetaniya, qıcolmalar
  • İkincili hiperparatireoz (orqanizmdə kalsiumun metabolizmini tənzimləyən parathormonun səviyyəsinin yüksəlməsi)
  • Sümüklərin həcminin azalması (osteomalyasiya) nəticəsində sınıqların yaranma təhlükəsi (dəstəkləyici müalicə)
  • Osteoporozun (o cümlədən postmenopauzal osteoporozun) kompleks müalicəsi

Əks göstərişlər

Xolekalsiferol (D3 vitamini) və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq, yüksək qan təzyiqi (hipertoniya), ateroskleroz, aktiv ağciyər vərəmi, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, oksalat böyrək daşları (nefrolitiaz, nefrokalsinoz), böyrək çatışmazlığı.

Sun Drops İstifadə qaydası və dozası  

SUN DROPS damcılarını hər zaman həkiminiz tövsiyə etdiyi kimi istifadə edin. 
1 ml (20 damcı) məhlulda 8000 BV, 1 damcının tərkibində 400 BV xolekalsiferol (D3 vitamini) vardır. 
Preparat az miqdarda maye ilə yeməkdən sonra daxilə qəbul edilir. 
Doza və müalicənin müddəti D vitamini çatışmazlığının dərəcəsindən asılıdır və həkim tərəfindən fərdi olaraq müəyyən olunur. Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
Profilaktika məqsədilə
Vaxtında doğulmuş sağlam körpələrə düzgün qulluq və təmiz havada kifayət qədər olmalarının təmin olunması şərti ilə həyatının 3-4-cü həftəsindən 1-2 damcı (400-800 BV)/gün.
Vaxtından əvvəl doğulmuş körpələrə həyatının 7-10-cü günündən 2-4 damcı (800-1600 BV)/gün.
Risk qrupundan (ekiz uşaqlar, pis həyat şəraiti) olan körpələrə həyatının 10-14-cü günündən 2-4 damcı (800-1600 BV)/gün.
Yay vaxtlarında gündə 400 BV (1 damcı) doza ilə kifayətlənmək olar. 
Preparatın istifadəsi 2-3 yaşa qədər davam etdirilməlidir. 
Hamiləlik və laktasiya dövründə tövsiyə olunan gündəlik doza 400-800 BV (bütün hamiləlik müddətində hər gün 1 damcı (400 BV) və ya hamiləliyin 28-ci həftəsindən başlayaraq 2 damcı (800 BV)/gün, laktasiya dövründə 1-2 damcı (400-800 BV)/gün) təşkil edir. Zərurət yarandıqda nəzarət altında gündəlik dozanı 4000 BV/gün-ə qədər artırmaq olar.
Malabsorbiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası: 2-5 damcı (800-2000 BV)/gün.
Postmenopauzal dövrdə: 1-3 damcı (400-1200 BV)/gün.

Müalicə məqsədilə

D vitamini defisiti və ya çatışmazlığı: 5-12 damcı (2000-5000 BV)/gün.
Raxit xəstəliyi: klinik vəziyyətə ciddi nəzarət etməklə, qanın və sidiyin biokimyəvi göstəricilərini (kalsium, fosfor, qələvi fosfatazalar) müayinəsini həyata keçirməklə 4-6 həftə ərzində xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq hər gün 5-12 damcı (2000-5000 BV)/gün. Müalicə 3-5 gün müddətində 1000 BV doza ilə başlanılır, sonra preparatın orqanizm tərəfindən yaxşı qəbul olunduğu halda doza fərdi müalicəvi dozaya qədər (adətən 3000 BV/gün) artırılır. Gündəlik 5000 BV doza yalnız sümükdə aydın ifadə olunmuş dəyişikliklər baş verdiyi təqdirdə tətbiq olunur. Zərurət yaranarsa, bir həftəlik fasilədən sonra müalicə kursunu təkrar etmək olar. Müalicə dəqiq müalicəvi effekt alınana qədər aparılır, sonra profilaktik dozaya (1-4 damcı (400-1600 BV)/gün) keçirilir. 
Raxitəbənzər xəstəliklər: yaşdan, bədən çəkisindən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, qanın və sidiyin biokimyəvi göstəricilərinə nəzarət etməklə 50-75 damcı (20000-30000 BV)/gün. Müalicə kursu 4-6 həftə təşkil edir. Müalicə həkim nəzarəti altında aparılır.
Osteoporozun kompleks müalicəsi: 1-3 damcı (400-1200 BV)/gün.
D vitamini defisiti səbəbilə əmələ gələn osteomalyasiya: 25 damcı (10 000 BV)/gün, dəstəkləyici doza 3-5 damcı (1200-2000 BV)/gün.
Hipoparatireoz və psevdohipoparatireozun kompleks müalicəsi: 25-50 damcı (10 000-20 000 BV)/gün.
İkincili hiperparatireoz: 3-8 damcı (1200-3200 BV)/ gün. 
Artıq çəkisi olan pasiyentlər, malabsorbsiya sindromundan əziyyət çəkən xəstələr üçün dozalar 2-3 dəfə artırılmalıdır: 8 həftə müddətində 15-25 damcı (6000-10000 BV)/gün, sonra isə 8-15 damcı (3000-6000 BV)/gün uzunmüddətli qəbul olunur.

Buraxılış forması

Daxilə qəbul üçün məhlul-damcı, 30 ml, damcıladıcı-pipet ilə təchiz olunmuş tünd rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: 

İnalme S.r.l, İtaliya.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow