İMMUNOSTRONG

İMMUNOSTRONG İmmun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ.

Jun 5, 2024 - 13:20
Jun 24, 2024 - 11:14
 0
İMMUNOSTRONG
İMMUNOSTRONG

İMMUNOSTRONG Tərkibi

Təsiredici maddələr:

  • Beta-(1,3/1,6)-D-qlükan………………………….…………. 250 mq
  • C vitamini (Askorbin turşusu)………………...….…………. 300 mq
  • D3 vitamini (Xolekalsiferol)…………………….………….. 600 BV
  • E vitamini (DL-alfa-tokoferol asetat)…………….……...…… 50 mq
  • A vitamini (Retinol asetat)……………………. 1000 mkq (3333 BV)
  • Selen (L-Selenometionin)………………………………….. 150 mkq
  • Sink pikolinat (15 mq elementar sinkə ekvivalent)…………71,43 mq
  • Exinaseya (Qırmızı exinaseya) ekstraktı……………………...100 mq
  • Zəncəfil (Dərman zəncəfili) ekstraktı........................................100 mq
  • Sarımsaq (Əkilən sarımsaq) ekstraktı........................................100 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium stearat, silisium dioksid, hidroksipropilsellüloza.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İstifadəsinə dair tövsiyələr:

İmmun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ.

İMMUNOSTRONG Əks göstərişlər:

Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq.

İMMUNOSTRONG İstifadə qaydası və dozası:

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 1 dəfə. Tablet səhər acqarına su ilə qəbul olunmalıdır.

Əlavə təsirləri:

Nadir hallarda komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Toksikologiya:

Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.

Xüsusi ehtiyat tədbirləri:

Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Buraxılış forması

Tablet №30 (10x3) blisterdə, karton qutu qablaşmada.

Saxlanma şəraiti 

25°С-dən yüksək olmayan temperaturda, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti: 

3 il

İMMUNOSTRONG Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Phytophar, Belçika


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow