23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi

Oct 3, 2025 - 13:55
 0
23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi
23 ölkəyə yayıldı: 4 mindən çox insan həyatını itirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il kolera xəstəliyinin 23 ölkədə qeydə alındığını açıqlayıb.

Doktorm.az xəbər verir ki, rəsmi məlumata görə, indiyədək 190 mindən çox insan virusa yoluxub, 4 min 200-dən çox insan isə həyatını itirib.

Konqo Demokratik Respublikasının Kasai vilayətində ortaya çıxan yeni Ebola epidemiyası, həmçinin kolera, mpox (meymunçiçəyi), qızılca və digər yoluxucu xəstəliklər onsuz da zəif olan səhiyyə sistemini çətin vəziyyətə salıb.

Hazırda 23 ölkədə xəstəlik qeydə alınıb, bunlardan 16-da epidemiyalar aktiv şəkildə davam edir. Təhlükəsiz içməli su və sanitariya xidmətlərinin çatışmazlığı səbəbindən kolera humanitar böhran yaşanan ərazilərdə ciddi təhlükə olaraq qalır.

Mütəxəssislər xəbərdarlıq edir ki, pis sanitariya şəraiti və iqlim dəyişikliyi ilə bağlı daşqınlar səbəbindən xüsusən Çad, Sudan, Efiopiya və Konqo Demokratik Respublikasında yoluxma halları sürətlə artır.

Kolera, çirkli su və ya qidaların istehlakı nəticəsində yayılan, sürətlə yayılma qabiliyyəti olan bakterial infeksiya kimi tanınır./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow