Probilak
Probilak preparatı haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Probilak
Buraxılış : Reseptsiz
İxtisas : Pediatriya
Probilak Tərkibi
Hər kapsuluntərkibində mövcuddur:
5×109 koloniya əmələgətirən vahidlər (KƏGV)
Saccharomyces boulardii
Lactobacillus acidophilus
Bifidobacterium longum
Lactobacillus plantarum
maltodekstrin, hidroksipropilmetilsellüloza.
Xüsusiyyətlər
Probilak nə üçündür?
Saccharomyces boulardii (Saccharomycetaceae)təbii canlı mayadır.Əsasən antibiotikoterapiya ilə bağlıdiareya kimi həzm sistemi tərəfindənolan pozulmaların qarşısının alınması və müalicəsində istifadə olunur.İnfeksiyalar ilə bağlı diareya və “səyahətçi diareyası” kimi qeyri-spesifik diareyanın müalicəsində də istifadə olunur.
S. boulardii-nin bağırsaq patogenlərə qarşı effektivtəsiri bağırsağın epitelial hüceyrələrinə bakteriyaların yapışmasının qarşısının alınması, bakterial toksinləri neytrallaşdıranfaktorların ifraz olunması və bakterial infeksiya zamanı iltihaba cavabının tənzimlənməsi kimi müxtəlif mexanizmləridaxil edir.
Sağlamlığı artıran potensial bakteriyalarəsasən süd turşusu bakteriyalar (LAB) qrupuna mənsub olan bifidobakteriyalar və laktobasillalardır.
Müxtəlif mikroorqanizmlərə qarşı probiotiklərin antaqonist aktivliyibir neçə vacib mexanizmlərdən ibarətdir: bağırsaq mikrofloranın tənzimlənməsi, selikli qişayavə epiteliyaya rəqabətli yapışması, bağırsaq epitelial baryerin güclənməsi və immun sisteminin tənzimlənməsi nəticəsində patogenlə mübarizədə üstünlüyün sahib orqanizmə ötürülməsi.
Süd turşusu hasil edən mikroorqanizmlər bağırsaqda olan karbohidratların fermentasiyası vasitəsi ilə tranzitor floranın yaranmasını dəstəkləyir və arzu olunan bakteriyaların çoxalmasını təmin edir.
Bifidobakteriyalar normada əsas bağırsaq mikrofloranıtəşkil edir: fekal bakteriyaların 25%-ə qədər böyüklərdə və 80%-ə qədər uşaqlarda.
İstifadəsinə dair tövsiyələr
İnfeksiya mənşəlidiareya.
Səyahətçi diareyası.
Antibiotikoterapiya ilə bağlı diareya kimi həzm sistemi tərəfindən olan pozulmaların qarşısının alınması və müalicəsində istifadə oluna bilər.
Probilak Əks göstərişlər
Bioloji aktiv əlavənin komponentlərinə qarşı yüksək həssaslıq.
Tövsiyə edilən gündəlik doza
Bir stəkan su ilə gündə 1 kapsulun qəbul edilməsi tövsiyə olunur.
Ehtiyat tədbirləri
- Tövsiyə edilən gündəlik dozadan artıq qəbul olunmamalıdır.
- Bioloji aktiv əlavə normal balanslaşdırılmış qidanı əvəz etmir.
- Dərman vasitəsi deyil.
- Tərkibində genetik modifikasiya olunmuş xammal komponentləri yoxdur.
- Qutuda qeyd olunan son istifadə tarixindən sonra qəbul olunmamalıdır.
Saxlanma şəraiti
25 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan, quru yerdə və öz qutusunda saxlanılmalıdır.
Buraxılış forması
Probilak kapsullar, flakonda. 1 flakon (10 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Probilak qiyməti
Probilak qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Probilak qiyməti -ni öyrənərək əldə edəsiniz.
İstehsalçı
Aktif Farma Kimya Tic. Ltd
Şerifali Mah. Beyit Sok. №26
Ümraniye/İstanbul/Türkiyə
Marketinq hüquqları sahibi
“Asfarma” firması
Aid olduğu kateqoriyalar
- Köp əleyhinə vasitələr
- Disbakterioz zamanı istifadə olunan vasitələr
- İshalda istifadə olunan vasitələr
- Digər həzm pozğunluqları zamanı istifadə olunan vasitələr
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






