Teriks 10 mq

Teriks 10 mq istifadə qaydası, əks göstərişi, tərkibi və s. bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Jul 2, 2024 - 23:31
Jul 2, 2024 - 23:39
 0
Teriks 10 mq
Teriks 10 mq

Teriks 10 mq

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptsiz

İxtisas : Allerqologiya

Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine

Teriks 10 mq Tərkibi 

Təsiredici maddə:   1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, laktoza monohidrat, PVP K30, maqnezium stearat.

Örtük: eudrajitE 100-55, talk, titan 4-oksid, maqnezium stearat, polietilenqlikol 6000.

Farmakoterapevtik qrupu

H1-histamin reseptorlarının blokatoru. Allergiyaəleyhinə dərman vasitəsi.

ATC kodu: R06AE07

Farmakoloji xüsusiyyətləri  

Teriks 10 mq nə üçündür?

Farmakodinamikası

Teriksin təsiredici maddəsi olan setirizin H1-histamin reseptorlarının selektiv antaqonistidir. Orta terapevtik dozalarda Teriks hematoensefalik baryerdən keçmir. Yalnız yüksək dozalarda və nadir hallarda, zəif sedativ təsir göstərə bilər. Teriks in vivoendogen histamin reseptorlarını blokadaya alır ki, nəticədə vazoaktiv intestinal polipeptidlər (VIP)və P-maddələr dəri reaksiyalarının qarşısını alır. Bronxial astmadan əziyyət çəkən xəstələrdə setirizin bronxial hiperreaktivliyi azaldır. Bu yolla spesifik allergik reaksiyalar da azalır. 

Farmakokinetikası

Sorulması:Daxilə qəbuldan 1 saat sonra setirizin plazmada maksimal konsentrasiyaya çatır. 

Paylanması:Plazma göstəriciləri qəbul edilmiş dozaya müvafiq olaraq dəyişilir. Setirizinin plazma zülalları ilə birləşməsi 93% təşkil edir.

Metabolizm:Qaraciyərdən ilk keçid zamanı az miqdarda metabolizmə uğrayır və əhəmiyyətsiz 

antihistamin təsirə malik olan metabolitə parçalanır. Böyüklərdə plazmada yarımxaricolma dövrü təqribən 8-11 saat təşkil edir. Uşaqlarda plazma klirensi böyüklərdən daha yüksəkdir.

Xaricolması:Uşaqlarda və böyüklərdə qəbul edilmiş dozanın təqribən ⅔ hissəsi böyrəklər vasitəsilə xaric olur. Preparatın 70%-i böyrəklərlə, 10%-i nəcislə xaric olur. Ümumi klirensi təqribən 

53 ml/dəq təşkil edir.

İstifadəsinə göstərişlər

  • Pollinoz (mövsümi allergik rinit və konyunktivit).
  • Xroniki allergik rinit və digər allergik rinopatiyalar.
  • Allergik qaşınmalar.
  • İdiopatik övrə.
  • Kvinke ödemi.

Teriks 10 mq Əks göstərişlər

  • Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
  • Qalaktozaya tolerantlığın pozulması ilə müşayiət olunan nadir irsi patologiyalar, yaxud qlükoza-qalaktoz malabsorbsiyası.
  • Kreatinin klirensi 10 ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatışmazlığı.
  • 6 yaşına qədər uşaqlar.

Xüsusi göstərişlər

  • Yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olan şəxslərə dozanı artırmaq məsləhət görülmür. Böyrək çatışmazlığı olan xəstələrə gündəlik dozanı yarıya qədər azaltmaq lazımdır. Qaraciyər çatışmazlığı olan xəstələrə ehtiyatla təyin olunmalıdır.
  • Sidik ləngiməsinə meyilli xəstələrdə ehtiyatla istifadə edilməlidir.
  • Epileptik və qıcolmaya meyilli xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hər hansı bir preparatla birlikdə təyin edilərkən uyuşmazlıq qeydə alınmayıb. Diazepam və simetidin ilə aparılan araşdırmalar zamanı hər hansı bir uyuşmazlıq müşahidə olunmayıb. 

Setirizin müalicəvi dozalarda (qanda 0,8 q/l) alkoqolun təsirini artırmır. Teriks ilə birlikdə sedativ və antixolinergik vasitələr istifadə zamanı diqqətli olmaq lazımdır. Bu qrupdan olan preparatlar setirizinin əlavə təsirlərini gücləndirə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik (B kateqoriyası)

Heyvanlar üzərində aparılan araşdırmalarda preparatın hər hansı teratogen təsiri müşahidə edilməmişdir. Bununla belə, hamiləlik dövründə preparatdan istifadə edilməməlidir.

Laktasiya 

Ana südünə keçdiyinə görə laktasiya dövründə istifadə olunmamalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klinik tədqiqatlarda yuxuyameyillik halları haqqında bildirilmişdir, bu səbəbdən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən diqqətli olmaq lazımdır.

Teriks 10 mq İstifadə qaydası və dozası 

Böyüklərə və 6 yaşdan böyük uşaqlara gündə 10 mq təyin olunur.

Setirizinin qəbulu qida qəbulundan asılı deyil. Müalicə müddəti şikayətlərdən və xəstəliyin gedişindən asılıdır. Pollinoz zamanı 3-6 həftəlik müalicə kursu kifayət edir.

Əlavə təsirləri

Müxtəlif orqan və üzvlərdə, eləcə də müxtəlif tezlikdə və müxtəlif səpkili əlavə təsirlər rast gəlinir, məsələn: trombositopeniya, çəki artımı, anafilaktik şok, aqressiya, depressiya, sidik ləngiməsi, qıcolmalar, sui-qəsd ideyaları, amneziya, müxtəlif yaddaş pozğunluqları, görmə pozğunluqları, taxikardiya, diskineziya, dad dəyişilməsi və s. 

Psixomotor funksiyalarla bağlı olan obyektiv testlərdə setirizinin sedativ effekti plasebo ilə eyni səviyyədə olmuşdur. Nadir hallarda hiperhəssaslıq, başağrısı, yuxuyameyillik, həyəcan, ağızda quruluq və qastrointestinal pozulmalar kimi zəif və keçici əlavə təsirlər müşahidə olunmuşdur.

Ehtiyac olduqda gündəlik doza iki bərabər dozalarda səhər və axşam qəbul oluna bilər.

Gözlənilməyən effektlər meydana çıxarsa həkimə müraciət edin.

Doza həddinin aşılması

Birdəfəlik doza şəklində 50 mq setirizin qəbul etdikdə müşahidə edilən yuxuyameyillik və hipotenziya ifrat dozalanma ilə bağlı ola bilər. Doza həddinin aşılması zamanı digər tədbirlərlə yanaşı, mədə yuyulmalıdır. Setirizinin spesifik antidotu yoxdur. Antixolinergik təsiri ilə bağlı intoksikasiya simptomları müşahidə olunduqda fizostiqmin təyin oluna bilər.

Buraxılış forması

10 örtüklü tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Digərburaxılış formaları

Teriks 5 mq/5 ml şərbət, 100 ml şüşə flakonda.

Saxlanma şəraiti

25 °С-dən aşağı temperaturda, orijinal  qutusunda və  uşaqların əli çatmayan yerdə saxlamaq  lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Teriks 10 mq qiyməti

Teriks 10 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Teriks 10 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı

Ali Raif İlaç San.A.Ş.

İkitelli OSB Mahallesi

10. Cadde №3/1А

Başakşehir/İstanbul/Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Rinit, sinusit zamanı istifadə olunan vasitələr
  2. Allergik reaksiya zamanı istifadə olunan vasitələr
  3. Dermatit və ekzema zamanı istifadə olunan vasitələr
  4. Gözün allergik xəstəliklərində istifadə olunan vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow