Tiberal 500 mq
Tiberal 500 mq preparatı haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz

Tiberal 500 mq
- Tiberal 500 mq Tərkibi
- Farmakoterapevtik qrupu
- Farmakolojixüsusiyyətləri
- Tiberal 500 mq nə üçündür?
- İstifadəsinə göstərişlər
- Tiberal 500 mq Əks göstərişlər
- Digər dərman vasitələriilə qarşılıqlı təsiri
- Xüsusi göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Tiberal 500 mq İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Tiberal 500 mq qiyməti
- Qeydiyyat sahibi
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
Buraxılış : Reseptli
İxtisas : Antimikrob
Beynəlxalq patentləşdirilməmiş adı: Ornidazole
Tiberal 500 mq Tərkibi
Təsiredicimaddə: 1örtüklü tabletin tərkibində 500 mq ornidazol vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası,mikrokristallik sellüloza,hipromelloza,maqnezium-stearat;hipromelloza,talk,titan4-oksid
Farmakoterapevtik qrupu
Antiprotozoy dərman vasitəsi.
ATCkodu: P01AB03
Farmakolojixüsusiyyətləri
Tiberal 500 mq nə üçündür?
Farmakodinamikası
Tiberal Trichomonasvaginalis,Entamoebahistolytica,Giardialamblia(Giardiaintestinalis),eləcədə Bacteroides və Clostridiumspp.,Fusobacteriumspp.kimi bəzi anaerob bakteriyalara və anaerobkokklara qarşı effektiv təsir göstərir.
Farmakokinetikası
Sorulması
Daxilə qəbul edildikdən sonra ornidazol tez sorulur.Orta hesabla sorulması 90% təşkil edir.Plazmada maksimal konsentrasiyası 3 saat ərzində yaranır.
Paylanması
Ornidazolun plazma zülalları ilə birləşməs i13% təşkil edir.Təsiredici maddə serebrospinal mayesinə,orqanizmin digər mayelərinə və toxumalara effektiv konsentrasiyalarda nüfuz edir.
Ornidazolun plazma konsentrasiyası(6-36 mq/l) preparatın müxtəlif göstəriciləri üçün optimal sayılan səviyyədədir. Sağlam könüllülərdə 500 mq və ya 1000 mq təkrar dozada qəbul edildikdən sonra hər 12 saatdan bir kumulyasiya əmsalı 1,5-2,5-ə bərabərdir.
Metabolizmi
Ornidazol əsasən 2 hidroksimetil və ahidroksimetil metabolit əmələ gəlməsi ilə qaraciyərdə metabolizə olunur. Hər iki metabolit Trichomonasvaginalis və anaerob bakteriyalara qarşı dəyişilməmiş ornidazoldan az aktivdir.
Xaricolunması
Yarım xaric olma dövrü 13 saat təşkil edir.Birdəfəlik dozada qəbul edildikdən sonra ilk beş gün ərzində dozanın 85%-i metabolit şəklində xaric olur. Qəbuledilən dozanın 4%-i isə böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə xaric olur.
İstifadəsinə göstərişlər
- Trixomoniaz: qadınlarda və kişilərdə Trichomonas vaginalislə törədilən sidik-cinsiyyət sisteminin infeksiyası;
- Amöbiaz: Entamoebahistoly tica tərəfindən törədilən bütün bağırsaq infeksiyaları, amöb dizenteriyası daxil olmaqla. Amöb iazın bütün bağırsaqdan kənar formaları, xüsusən qaraciyərin amöbabsesi;
- Lyamblioz;
- Yoğun bağırsaqda və ginekoloji əməliyyatlar zamanı anaerob infeksiyaların profilaktikası.
Tiberal 500 mq Əks göstərişlər
Ornidazola,digər nitroimidazol törəmələrinə və ya preparatın hər hansı komponentə qarşı yüksək həssaslıq.
Digər dərman vasitələriilə qarşılıqlı təsiri
- Ornidazol qəbulu zamanı və müalicədən sonra ən azı 3 gün ərzində alkoqol qəbul olunmamalıdır.
- Ornidazol kumarin sırasından peroralantikoaqulyantların təsirini gücləndirir,bu səbəbdən onların dozalanması tənzimlənməlidir.
- Simetidin,fenitoin,fenobarbitalkimiantiepileptik dərman vasitələrlə və litiumla birgə istifadəsi ehtiyatlı olmalıdır.
- Ornidazolvekuronium-bromidinmio relaksasiyaedici təsirini uzadır.
Xüsusi göstərişlər
Epilepsiya,dağınıq skleroz kimi mərkəzi sinir sisteminin xəstəlikləri və qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır .Digər dərman vasitələrinin təsiri arta və ya azala bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınlarda ehtiyatla təyin olunmalıdır və mütləq göstəriş olmadıqda erkən dövründə istifadə olunmamalıdır.
Laktasiya
Ornidaz olunana südünə keçməsi haqqında məlumat mövcud deyil. Laktasiya dövründə olan ana üçün preparatla müalicənin faydası və uşaq üçün ana südü ilə qidalandırılmasının fayadası nəzərə alınmalıdır.
Tiberal 500 mq İstifadə qaydası və dozası
Yeməkdən sonra su ilə daxilə qəbul etmək lazımdır.
Əlavə təsirləri
Əlavətəsirlərinrastgəlmətezliyi:çoxtex-tez(≥1/10);tez-tez(≥1/100-dən<1/10-dək);bəzən(≥1/1000-dən
<1/100-dək);nadirhallarda(≥1/10000-dən<1/1000-dək);çoxnadirhallarda(<1/10000);rastgəlmətezliyiməlumdeyil.
- Qanyaradıcıvəlimfasisteminə
- nadirhallarda:leykopeniya.
- Sinir sisteminə
- çoxnadirhallarda:yuxululuq,başağrısı,başgicəllənmə,tremor,rigidlik,koordinasiyapozulmaları,tutma,yorğunluq,vertiqo,keçicişüurunitirilməsi,sensorvəyaqarışıqperiferikneyropatiya.
- Həzm sistemində
- bəzən:ürəkbulanma,qusma,diareya,epiqastralnahiyəsindədiskomfort,ağızdaquruluq,iştahasızlıq;
- nadirhallarda:dadbilməqabiliyyətininpozulması.
- Hepatobiliarsistemə
- rastgəlmətezliyiməlumdeyil:sarılıq,qaraciyərfunksiyasınıngöstəricilərindəyişilməsi.
- Dərivədərialtıpiytoxumasına
- nadirhallarda::qaşıntıvədərireaksiyaları.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı “Əlavətəsirləri” bölməsində qeyd edilən simptomlar daha kəskin formada meydana çıxa bilər.
Spesifik antidotu yoxdur.Qıcolma zamanı diazepamın istfadəsi tövsiyə olunur.
Buraxılış forması
Tiberal 500 mq,10 örtüklü tablet,blisterdə.1blister(10 örtüklü tablet) içlık vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən yüksək olmayan otaq temperaturda, özqutusunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Tiberal 500 mq qiyməti
Tiberal 500 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tiberal 500 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.
Qeydiyyat sahibi
Deva Holding A.Ş.
Halkalı Merkez Mah.,Basın Ekspres Cad.№1
34303 Küçük çekmece/İstanbul/Türkiyə
İstehsalçı
Deva Holding A.Ş.
Çerkezköy Organize Sanayi Bölgesi Karaağaç Mah., AtatürkCad. №32 Kapaklı/Tekirdağ/Türkiyə
Aid olduğu kateqoriyalar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan vasitələr
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün vasitələr
- Bakterial xəstəliklər əleyhinə vasitələr
- Protozoy infeksiyası əleyhinə vasitələr
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






