Zefeksal 120 mq

Zefeksal 120 mq açıq bənövşəyi rəngli, uzunsov, bir tərəfində "120"basma yazılı örtüklü tabletlərdir.

Jul 3, 2024 - 10:49
Jul 3, 2024 - 10:59
 0
Zefeksal 120 mq
Zefeksal 120 mq

Zefeksal 120 mq

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptli

İxtisas : Allerqologiya

Beynəlxalq patentləşdirilməmiş adı: Fexofenadine hydrochloride

Zefeksal 120 mq Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 120 mq feksofenadin hidroxlorid vardır. 

Köməkçi maddələr: Avicel PH 101, PH 102, nişasta 1500, natrium kroskarmelloza, maqnezium stearat, Opadry II 85F200041 purple.

Təsviri 

Açıq bənövşəyi rəngli, uzunsov, bir tərəfində "120"basma yazılı örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

H1-histamin reseptorlarının blokatoru.

ATC kodu: R06AX26

Farmakoloji xüsusiyyətləri

Zefeksal 120 mq nə üçündür?

Farmakodinamikası

Zefeksal sedativ təsiri olmayan antihistamin preparatdır. Periferik H1-histamin reseptorlarını selektiv olaraq blokadaya alır. Feksofenadin hematoensefalik baryerdən keçmir və beləliklə mərkəzi sinir sisteminə sedativ və digər əlavə təsirlər göstərmir. 

Bir ay aparılan müalicədən sonra tolerantlıq yaranmır.

Farmakokinetikası           

Sorulması

Daxilə qəbul edildikdən sonra preparat sürətlə absorbsiya olunur, Tmax  təqribən 1-3 saat təşkil edir. Gündə 1 dəfə 60 mq və ya 120 mq və ya 180 mq dozada qəbul etdikdə orta Cmaxgöstəricisi müvafiq olaraq təqribən 142 nq/ml, 289 nq/ml və 494 nq/ml təşkil edir. 

Paylanması

Feksofenadinin plazma zülalları ilə birləşməsi 60-70%-i təşkil edir.

Biotransformasiya

Feksofenadin əhəmiyyətsiz dərəcədə metabolizmə uğrayır.

Xaric olunması

60 mq tək dozada daxilə qəbuldan sonra 80% nəcislə, 11% sidiklə xaric olur. Preparatla müalicə zamanı terminal yarımxaricolma dövrü 11-16 saat təşkil edir. Güman edilir ki, qəbul olunan doza əsasən öd vasitəsilə, 10%-i isə sidiklə dəyişilməmiş halda xaric olur. 

İstifadəsinə göstərişlər 

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda mövsümi və ilboyu allergik rinitin simptomatik müalicəsi.

Zefeksal 120 mq Əks göstərişlər 

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yaşlı, böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr üçün preparatın istifadəsinə dair hər hansı bir xüsusi göstəriş tələb olunmur. Anamnezdə və ya hal hazırda ürək-damar xəstəlikləri olan xəstələr antihistamin dərman vasitələrinin qəbulu ilə bağlı taxikardiya və ürəkdöyünmə hissi kimi əlavə reaksiyaların yaranma ehtimalı haqqında məlumatlandırılmalıdır.

Hər Zefeksal örtüklü tabletinin tərkibində 0,0003 mmol-dan (0,0069 mq-dan) az natrium var; həmin miqdarda olduqda natriumla bağlı heç bir əlavə təsir gözlənilmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Feksofenadin qaraciyərdə biotransformasiyaya uğramır və beləliklə qaraciyərdə metabolizmə uğrayan digər preparatlarla qarşılıqlı təsirə girmir.
  • Feksofenadin hidroxlorid eritromisin və ketokonazolla birgə istifadə edildikdə feksofenadinin plazma konsentrasiyası 2-3 dəfə artır.Bu dəyişikliklər QT intervalına heç bir təsir göstərməmişdir. Göstərilən dərman vasitələrinin monoterapiya şəklində istifadəsi feksofenadinlə eyni zamanda istifadəsi ilə müqayisə edildikdə əlavə reaksiyaların yaranma tezliyində fərq qeyd olunmamışdır.
  • Göstərilən feksofenadinin plazma konsentrasiyasının artması feksofenadinin qastrointestinal absorbsiyasının artması və öd vasitəsilə eliminasiyanın azalması və ya MBT sekresiyasının azalması ilə əlaqədardır.
  • Feksofenadinin omeprazol ilə qarşılıqlı təsiri qeyd olunmamışdır.
  • Tərkibində alüminium və maqnezium olan antasidlərin qəbulundan 15 dəq sonra feksofenadinin biomənimsənilməsinin azalması müşahidə olunur. Antasidlərlə feksofenadinin qəbulu arasında ən azı 2 saat interval olmalıdır.    

Hamiləlik və laktasiya dövründə istifadəsi

  • Hamilə qadınlarda feksofenadin hidroxloridin istifadəsi haqqında hər hansı bir məlumat yoxdur. 
  • Digər dərman vasitələr kimi, hamiləlik dövründə yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduqda istifadə olunmalıdır.
  • Feksofenadinin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Laktasiya dövründə terfenadin istifadə etdikdə ana südündə feksofenadin aşkar olunmuşdur. Buna görə laktasiya dövründə feksofenadin hidroxloridin istifadəsi tövsiyə olunmur. 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Farmakoloji və əlavə təsirlər haqqında məlumata əsasən feksofenadin hidroxlorid tabletlərinin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir ehtimalı azdır. Feksofenadin hidroxlorid mərkəzi sinir sisteminin funksiyasına əhəmiyyətli təsir gösrərmir və beləliklə xəstələr nəqliyyat vasitələrini idarə edə bilərlər və diqqət tələb edən fəaliyyətlə məşğul edə bilərlər. Buna baxmayaraq, dərman vasitələrinə qeyri-adi reaksiya olan şəxslərdə preparata həssaslığını yoxlamaq tövsiyə edilir.

Zefeksal 120 mq İstifadə qaydası və dozası  

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə 120 mq dozada qəbul edilməsi tövsiyə olunur.

Xüsusiqrup xəstələrə dairəlavə məlumat

Böyrək/Qaraciyər çatışmazlığı

Böyrək və ya qaraciyər çatışmazlığı olanxəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.

Uşaqlarda istifadəsi

12 yaşdan kiçik uşaqlarda feksofenadin hidroxorid 120 mq tabletlərinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Yaşlı xəstələrdə istifadəsi

Bu qrup xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.

Əlavə təsirləri 

Plasebo nəzarətli klinik tədqiqatlarda xəstələrdə plasebo və feksofenadin istifadə zamanı müşahidə olunan əlavə təsirlər müqayisə ediləndir.

Rastgəlmə tezliyi:çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).

  • İmmun sisteminə
  • Nadir: eritema, övrə, qaşınma, angioödem, sinədə sıxılma, təngnəfəslik, istilik hissi, sistemli anafilaksiyakimi simptomları ilə müşayiət olunan hiperhəssaslıq reaksiyaları.
  • Sinir sisteminə       
  • Çox tez-tez: başağrısı (3%), yuxululuq(1-3%), başgicəllənmə(1-3%)
  • Tez-tez:yuxusuzluq, əsəbilik, yuxupozulmaları və ya qarabasmalar.
  • Ürək-damar sisteminə
  • Nadir: taxikardiya, ürəkdöyünmə hissi.
  • Həzm sisteminə
  • Çox tez-tez: ürəkbulanma (1-3%)
  • Nadir: diareya.

Şübhəli əlavə reaksiyalar haqqında məlumat

Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir.

Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması 

Feksofenadin hidroxloridin doza aşılmasına dair məlumat məhduddur. Buna baxmayaraq, yuxululuq, yorğunluq və ağızda quruluq haqqında bildirilmişdir. Feksofenadin hidroxloridin maksimum dözülə bilən dozası məlum deyil. Sorulmamış preparatı orqanizmdən xaric olunması üçün standart tədbirlər görülməlidir. Simptomatik və dəstəkləyici müalicənin aparılması tövsiyə olunur. Feksofenadin hidroxloridin qandan hemodializ üsulu ilə xaric edilməsi effektiv deyildir.

Buraxılış forması

Zefeksal 120 mq. 

10 örtüklü tablet,blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Zefeksal 120 mq qiyməti

Zefeksal 120 mq  qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Zefeksal 120 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı

Ali Raif İlaç San.A.Ş.

İkitelli OSB Mahallesi, 10. Cadde №3/1А

Başakşehir/İstanbul/Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  2. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow