Trimetavit sirop qiyməti
Trimetavit sirop dərman haqqında. Trimetavit qiyməti, istifadə qaydası, tərkibi, dozası və s. haqqında daha ətraflı məlumat üçün yazını oxuyun

Trimetavit sirop beynəlxalq patentləşdirilməmiş adı: Cyproheptadine + Vitamin B group
- Trimetavit sirop qiyməti
- Trimetavit sirop tərkibi
- Trimetavit təsviri
- Farmakoterapevtik qrupu
- Trimetavit nə üçündür?
- Farmakokinetikası
- Trimetavit nə üçün istifadə edilir?
- Trimetavit sirop əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri (Trimetavit sirop)
- Trimetavitin digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə trimetavit istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Trimetavit istifadə qaydası və dozası
- Trimetavit sirop əlavə təsirləri
- Trimetavit doza həddinin aşılması
- Buraxılış forması
- Saхlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Trimetavit sirop istehsalçı
- Qeydiyyat vəsiqəsinin sahibi
- Trimetavitin aid olduğu kateqoriyalar
Trimetavit sirop qiyməti
Trimetavit sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Trimetavit sirop qiyməti 11 azn-14 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Trimetavit sirop qiyməti -ni öyrənərək əldə edəsiniz.
Trimetavit sirop tərkibi
Təsiredici maddələr: 5 ml şərbətin tərkibində 2 mq susuz siproheptadin hidroxlorid, 1,2 mq B1 vitamini (tiamin hidroxlorid), 1,2 mq B2 vitamini (riboflavin), 1,2 mq nikotinamid, 1,2 mq B6 vitamini (piridoksin hidroxlorid) vardır.
Köməkçi maddələr: tiosidik cövhəri, natrium metilhidroksibenzoat, natrium propilhidroksibenzoat, natrium hidroksid, sukraloza, propilenqlikol, qliserin, ksantan qətranı, dinatrium edetat, xlorid turşusu, natrium xlorid, manqo (dadlandırıcı), təmizlənmiş su.
Trimetavit təsviri
Sarı rəngli şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
İştahı və harmonik inkişafı stimulə etmək üçün dərman vasitəsi.
ATC kodu: A15.
Trimetavit nə üçündür?
Trimetavit sirop (şərbət), tərkibindəki komponentlərin farmakoloji xüsusiyyətləri ilə əlaqədar zəif inkişaf edən, anoreksiyalı, zəifləmiş və sağalmaqda olan pasiyentlərdə iştahanı artıran, qidanın həzmini, sorulmasını və mənimsənilməsini yaxşılaşdıran, bədən çəkisinin artmasını, həmçinin orqanizmin harmonik fiziki inkişafını təmin edən dərman vasitəsidir.
Preparatın əsas təsiredici maddəsi olan siproheptadin, serotonin və histamin reseptorlarının antaqonistidir. Hipotalamus səviyyəsində (baş beynin iştahanın tənzimlənməsində cavabdeh olan hissəsi) iştahanı stimulə edir. Siproheptadin, çəki və boy artımını yaxşılaşdırır.
B qrupu (B1, B2, B3 və B6) vitaminləri lipidlərin, zülalların və karbohidratların mübadiləsində koferment kimi iştirak edərək ferment sistemlərinin optimal işini və sorulmuş qidanın hüceyrə səviyyəsində tam mənimsənilməsini təmin edir.
Farmakokinetikası
Siproheptadin
Daxilə qəbuldan sonra yaxşı sorulur. Plazmada maksimal konsentrasiyaya 6-9 saata çatır. Qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə uğrayır. Metabolizmi sonrakı oksidləşmə ilə demetilləşmədən və sonrakı sulfokonyuqasiya ilə hidroksilləşmədən ibarətdir. Böyrək klirensi ümumi klirensin 2/3-3/4 hissəsini təşkil edir. Orqanizmdən bağırsaqlar vasitəsilə (2-20%, bunun 34%-i dəyişilməmiş şəkildə) və böyrəklərlə (40%, bunun təxminən 5%-i dəyişilməmiş şəkildə) xaric olur. Yarımxaricolma dövrü 10-15 saat arasındadır. (Trimetavit sirop) Böyrək çatışmazlığı zamanı xaric olması ləngiyir. Siproheptadinin plasentar baryerdən keçməsi və ana südü ilə xaric olması müəyyən edilməmişdir.
B qrupu (B1, B2, B3 və B6) vitaminləri
Mədə-bağırsaq traktında yaxşı absorbsiya olunur. Əksər toxuma və mayelərdə bərabər şəkildə paylanır. Böyrəklər vasitəsilə xaric olurlar.
Trimetavit nə üçün istifadə edilir?
-
İştah və boy artımını stimulə etmək məqsədi ilə.
-
Qeyri-hormonal anabolik kimi (çəki, əzələ kütləsinin artırılması məqsədi ilə).
Trimetavit sirop əks göstərişlər
- Siproheptadinə, B qrupu vitaminlərinə və ya tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı fərdi yüksək həssaslıq.
- Hipertireoz.
- Gözdaxili təzyiqin yüksəlməsi.
- Qapalı bucaqlı qlaukoma.
- Yüksək arterial təzyiq.
- Kəskin astma tutması.
- Mədənin boşalmasına mane olan vəziyyətlər (mədənin stenozlaşdırıcı xorası, mədə çıxacağının obstruksiyası).
- Sidiyəgetmənin çətinləşməsi ilə müşayiət olunan vəziyyətlər (prostat vəzinin hiperplaziyası, sidik kisəsi boynunun stenozu).
- MAO inhibitorları qrupundan olan dərman vasitələrinin (moklobemid, selegilin) qəbulu.
- Xronik idiopatik qəbizlik.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri (Trimetavit sirop)
- Bronxial astma, gözdaxili təzyiqin artması, hipertireoz, ürək-damar xəstəlikləri, arterial hipertenziya zamanı preparat ehtiyatla istifadə edilməlidir.
- Siproheptadinlə uzunmüddətli terapiya nadir hallarda qanda patoloji dəyişikliklərə səbəb ola bilər.
- Preparatın tərkibində B6 vitamini vardır: böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə dərman ehtiyatla təyin olunmalıdır.
- Müalicə zamanı spirtli içkilərdən istifadə etmək olmaz. (Trimetavit sirop)
Trimetavitin digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hazırda hər hansı dərman vasitəsini qəbul edirsinizsə, yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul etməyi planlaşdırırsınızsa, bu barədə müalicə həkiminizə və ya əczaçıya məlumat verin.
- Piridoksin levodopanın parkinsonizməleyhinə aktivliyini və izoniazidin neyrotoksik təsirini azaldır.
- Tiosemikarbazon və 5-flüorourasil tiaminin antaqonistləri olub, B1 vitamininin təsirini kəskin zəiflədir.
- Antasidlər B1 vitamininin sorulmasını ləngidir.
- Siproheptadin selektiv serotoninin geriyə udulmasının inhibitorları olan antidepressantlarla birgə istifadəsi zamanı depressiyanın residivinə səbəb ola bilər.
- Trisiklik antidepressantlar siproheptadinin xolinolitik təsirini və mərkəzi sinir sisteminə ləngidici təsirini gücləndirir.
- MAO inhibitorları (moklobemid, selegilin) siproheptadinin antixolinergik təsirini gücləndirir və təsir müddətini uzadır.
- Preparatın yuxu dərmanları, sakitləşdirici və anksiolitik preparatları, həmçinin alkoqol ilə eyni zamanda istifadəsi MSS-nə tormozlayıcı təsir edir, buna görə bu preparatlarla birlikdə ehtiyatla istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə trimetavit istifadəsi
Trimetavit sirop təhlükəsizliyi ilə bağlı kifayət qədər tədqiqatlar mövcud olmadığından hamilə qadınlarda və laktasiya dövründə istifadə edilmir. Laktasiya dövründə preparatdan istifadə etmək lazımdırsa ana südü ilə qidalandırma müvəqqəti dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Siproheptadinlə müalicə zamanı müşahidə olunan bəzi əlavə təsirlər (başgicəllənmə, yuxululuq, koordinasiyanın pozulması) diqqəti cəmləşdirmə bacarığını və psixomotor reaksiyaların surətini zəiflədə bilər. Həmin reaksiyalar müşahidə olunduqda xəstələrə nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etmək tövsiyə edilmir.
Trimetavit istifadə qaydası və dozası
- Trimetavit sirop yeməkdən 30-60 dəqiqə əvvəl daxilə qəbul edilir.
- Preparat su və ya meyvə şirəsi ilə qarışdırılaraq istifadə edilə bilər. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.
- İstifadədən sonra flakonun qapağını kip bağlamaq lazımdır.
- Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin:
- 2 yaşa qədər uşaqlar: 2,5 ml gündə 2 dəfə
- 2 yaşa qədər uşaqlarda istifadəsi yalnız həkim təyinatı ilə mümkündür.
- 2-6 yaş arası uşaqlar: 5 ml gündə 2-3 dəfə
- 7-14 yaş arası uşaqlar: 10 ml gündə 2-3 dəfə
- 14 yaşdan yuхarı uşaqlar və böyüklər: 10 ml gündə 3 dəfə.
- Ehtiyac olarsa, qəbul olunan doza həkim tərəfindən tənzimlənə bilər.
- Müalicənin müddəti həkim tərəfindən fərdi olaraq təyin edilir, lakin adətən 2 ay təşkil edir.
Trimetavit sirop əlavə təsirləri
Bütün dərmanlar kimi, trimetavit sirop tərkibindəki maddələrdən hər hansı birinə qarşı həssas olan şəxslərdə arzuolunmaz əlavə təsirlər ola bilər. Preparat adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlər əksər hallarda mülayim, keçici olur. Ciddi arzuolunmaz reaksiyalar çox nadir müşahidə olunur.
Ümumi əlavə təsirlər: yuxululuq, yorğunluq hissi, yuxu problemləri (yuxusuzluq), başgicəllənmə, qarın nahiyəsində ağrı, ürəkbulanma, ishal, qəbizlik, ağızda, boğazda və ya burunda quruluq, seliyin burunda və ya boğazda qatılaşması.
Trimetavit nadir hallarda preparatın qəbulunun əvvəlində sedativ təsir və yuxululuq müşahidə oluna bilər.
Bu təsiri dozanı azaltmaqla aradan qaldırmaq olar, lakin, adətən bu əlavə təsir 3-4 günə keçib gedir.
Əgər preparatın qəbulu zamanı aşağıdakı əlavə təsirlər yaranarsa, dərhal həkiminizə müraciət edin (bu arzuolunmaz təsirlər siproheptadinin qəbulu ilə bağlı ola bilər):
- psixi pozğunluqlar/əhval-ruhiyyədə dəyişikliklər (narahatlıq, süurun pozulması, hallüsinasiyalar)
- titrəmə (tremor)
- çətinləşmiş sidik ifrazı
- tezləşmiş/nizamsız ürəkdöyünməsi.
Arzuolunmaz effektlər baş verdikdə həkiminizə müraciət edin.
Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə məlumat verin.
Trimetavit doza həddinin aşılması
Doza həddinin aşılması zamanı əlavə təsirlərin güclənməsi müşahidə oluna bilər. Uşaqlarda preparatın istifadəsi zamanı qəbuldan 30 dəqiqə-2 saat sonra mərkəzi sinir sisteminin oyanıqlığı müşahidə olunmuşdur. Trimetavit sirop
Müalicəsi: mədənin yuyulması, ümumi simptomatik və dəstəkləyici terapiya aparılmalıdır.
Buraxılış forması
Daxilə qəbul üçün şərbət.
100 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saхlanma şəraiti
Trimetavit 25°C-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdr. İstifadədən sonra flakonun qapağını kip bağlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Trimetavit sirop istehsalçı
Opes Healtcare Pvt. Ltd., India.
11 Trimul Estate, Khatraj, Tal-Kalol, Gandhinagar dist, Gujarat, India.
Qeydiyyat vəsiqəsinin sahibi
NES GROUP LTD, Republic of Azerbaijan.
A.Neymatulla street, Narimanov region, home 70A, flat 4, Baku, Azerbaijan, AZ1052.
Trimetavitin aid olduğu kateqoriyalar
- Vitamin və mineral çatışmamazlığı üçün dərmanlar
- Qidalanma pozğunluğu üçün dərmanlar
- Metabolik pozulmalar üçün dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






