İbrupen

İbrupen iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirlərə malik preparatdır. İltihabəleyhinə təsiri siklooksigenaza fermentini blokadaya almaqla prostaqlandin sintezinə tormozlayıcı təsir göstərməsi ilə bağlıdır.

Jun 30, 2024 - 14:00
Jun 30, 2024 - 14:08
 0
İbrupen
İbrupen

İbrupen

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptsiz

İxtisas : Pediatriya

Beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen

İbrupen Tərkibi 

Təsiredici maddə: 5 ml şərbətintərkibində 100 mq ibuprofen vardır.

Köməkçi maddələr: metilparaben, propilparaben, aspartam, saxaroza, FD və sarı C N6 (“Günəş qürubu” sarısı), xinolin sarısı E 104, portağal yağı, polisorbat 20, mikrokristallik sellüloza və natrium karboksimetilsellüloza, povidon K 90, təmizlənmiş su.  

ATC kodu: M01AE01

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

İbrupen nə üçündür?

İbrupen  iltihabəleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirlərə malik preparatdır. İltihabəleyhinə təsiri siklooksigenaza fermentini blokadaya almaqla prostaqlandin sintezinə tormozlayıcı təsir göstərməsi ilə bağlıdır. Preparat mərkəzi və periferik qızdırmasalıcı təsirini zədələnmiş toxumalarda araxidon turşusundan prostaqlandinlərin əmələ gəlməsi prosesini blokadaya almaqla göstərir. Hipotalamusa təsiri nəticəsində qızdırmasalıcı effekt göstərir və periferik təsirli bir analgetikdir. Yüksək dozalarda iltihabəleyhinə təsirə malikdir.

Farmakokinetikası

Peroral qəbuldan sonra biomənimsənilməsi 80% təşkil edir. Qida ilə eyni zamanda qəbul edildikdə preparatın biomənimsənilməsinin tezliyi zəifləyir, sorulma səviyyəsi dəyişmir. Maksimal plazma konsentrasiyası oral qəbuldan 1 saat sonra yaranır. Plazma zülalları ilə 90-95% birləşir. Plazmadan yarımxaricolma dövrü 2-4 saat təşkil edir. Oksidləşmə yolu ilə metabolizmə uğrayır, metabolitləri qeyri-aktivdir. Qəbul olunan dozanın təxminən 60%-i metabolitlər şəklində, 10%-i isə dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

  • 6 aylıqdan böyük körpələrdə və uşaqlarda qızdırmanın simptomatik müalicəsi;
  • zəif və orta şiddətli ağrılar zamanı ağrıkəsici vasitə kimi;
  • yuvenil artritin müalicəsində.

İbrupen Əks göstərişlər

  • İbuprofenə və digər qeyri-steroid iltihabəleyhinə preparatlara, eləcə də şərbətin tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
  • Aktiv yaxud anamnezində mədə/bağırsaq xorası/qanaxması (iki və daha çox xora/qanaxma epizodu) olan xəstələrdə.
  • Böyrək, qaraciyər və ürəyin kəskin patologiyası olan xəstələrdə.

Xüsusi göstərişlər

  • Uzunmüddətli müalicə zamanı mədənin və 12-barmaq bağırsağın xora xəstəliyi, qastro-intestinal sistem tərəfindən şikayətlər olmadan hemorragiyalar yarana bilər. Ona görə də anamnezində mədə-bağırsaq traktının patologiyası olan xəstələrdə preparatın uzunmüddətli təyinatı zamanı qastro-intestinal toksikliyin yaranmasına qarşı diqqətli olmaq lazımdır.
  • İbupren şərbətin qəbulu zamanı görmə funksiyası pozularsa, preparatın qəbulu dayandırılmalıdır.
  • Anamnezində hipertoniya və ürək catışmazlığı olan xəstələrdə İbupren ödem yaratdığına və suyu bədəndə saxladığına görə təyinat zamanı ehtiyatlı olmaq lazımdır.
  • Bədən kütləsi 7 kq-dan aşağı olan xəstələrdə preparatın istifadəsi məsləhət gorülmür.
  • İbuprofen, digər QSİƏP-lər kimi trombositlərin aqreqasiyasını inhibə etdiyinə görə antikoaqulyant qəbul edən və koaqulyasiya pozulması olan xəstələrə ehtiyatla təyin edilməlidir.
  • Qaraciyərin funksional sınaqları dəyışərsə, (AST və ALT göstəricilərinin normadan 3 dəfə çox olması) ibuprofenlə müalicə dayandırılmalıdır.
  • Böyrək funksiyalarında pozulma olan və diuretiklər qəbul edən xəstələr preparatın qəbulu zamanı mütləq həkim nəzarəti altında olmalıdırlar.
  • Kreatininin səviyyəsinin yüksəldiyi hallarda müalicə dayandırılmalıdır.
  • İbupren şərbətinin tərkibində aspartam olduğuna görə fenilketonurıyalı xəstələrə təyin edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

İbuprofenin protrombinvaxtına təsiri sübut olunmuş olsa da, qastro-intestinal hemorragiyaya səbəb ola biləcəyi və trombosit aqreqasiyasını azalda biləcəyi üçün antikoaqulyantlar (məs, varfarin) və ya trombolitik preparatlar istifadə edən xəstələr nəzarət altında olmalıdırlar. Furosemid və ya tiazid qrupu diuretikləri qəbul edən bəzi xəstələrdə İbupren bu preparatların natriuretik effektini azalda bilər. İltihabəleyhinə qeyri-steroid preparatlar angiotenzinçevirici ferment (AÇF) inhibitorlarının antihipertenziv təsirini azalda bilər.

İbuprofen litiumun böyrəklər vasitəsilə xaric olmasını ləngitdiyinə görə litiumun plazma konsentrasiyasını artırır və toksik effektlər yarada bilər.

Eyni vaxtda istifadə zamanı qanda diqoksinin səviyyəsini artırır. Mövcud vəziyyəti diqoksin qəbul edən xəstələrə iltihabəleyhinə qeyri-steroid preparatların təyinatı zamanı nəzərə almaq lazımdır.

İltihabəleyhinə qeyri-steroid preparatlar xinolon qrupundan olan antibiotiklərin MSS-nə toksiki təsirini artıra bilər.

İltihabəleyhinə qeyri-steroid preparatların metotreksatla eyni zamanda təyinatı zamanı metotreksatın toksikliyinə münasibətdə diqqətli olmaq lazımdır.

İltihabəleyhinə qeyri-steroidlər siklosporinlə eyni zamanda təyin olunduqda nefrotoksiklik riski artır.

İltihabəleyhinə qeyri-steroidlərin steroidlərlə birlikdə istifadəsi zamanı qastro-intestinal qanaxma riskinin artacağını unutmamaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.

İbrupen İstifadə qaydası və dozası

Qızdırmanın müalicəsi:

Antipiretik təsiri 6-8 saat davam edir. Daha yüksək dozanın istifadəsi bu müddəti uzatmır.

İbuprenin gündəlik dozası 40 mq/kq-dan artıq olmamalıdır.

Ağrı sindromunun müalicəsi:

6-12 yaş arası uşaqlarda yüngül və orta şiddətli ağrıların müalicəsi üçün 6-8 saatdan bir 10 mq/kq dozada təyin olunur. İbuprenin gündəlik dozası 40 mq/kq-dan artıq olmamalıdır.

Yuvenil artritin müalicəsi:

Təyinat dozası 3 və ya 4 yerə bölünməklə gündə 30-40 mq/kq-dır. Xəstəlik kəskin dövrdə deyilsə, 20 mq/kq yetərlidir.

Gün ərzində 4 dozadan artıq qəbul olunmamalıdır.

İstifadədən əvvəl flakonu çalxalayın.

Əlavə təsirləri

İbuprofenlə müalicə zamanı epiqastral nahiyədə ağrı, retrosternal yanğı hissi, ürəkbulanma və qusma, diareya və ya qəbizlik, mədə və 12-barmaq bağırsaq xorası, qastro-intestinal qanaxma, dəri səpgiləri və qaşınma, görmə funksiyasının pozulması, iştahın azalması, ödem, anafilaktik şok kimi yüksək həssaslıq reaksiyaları, qaraciyər və böyrək funksiyasının pozulmaları, neytropeniya, aqranulositoz və aplastik anemiya müşahidə oluna bilər.

Gözlənilməyən effektlər baş verdikdə həkimə müraciət edin!

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı süni qusma yaratmaq və ya mədəni yumaq lazımdır. Qələvili su içmək və ya gücləndirilmiş diurez də effektli ola bilər. Eyni zamanda aktivləşdirilmiş kömürun də təyin edilməsi ibuprofenin sorulmasını ləngidə bilər.

Buraxılış forması

İbupren pediatrik şərbət 100 ml-lik tünd rəngli süşə flakonlarda. 1 flakon və ölçü qaşığı içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30 °C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdəsaxlanmalıdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İbrupen qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Zentiva Sağlık Ürünleri San. ve Tic. A. Ş.

Küçükkarıştıran 39780, Lüleburqaz

Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow