İRONES
İRONES preparati haqqinda ətrafli məlumati səhifəyə daxil olaraq əldə edə bilərsiniz

İRONES Tərkibi (1 kapsulda):
Təsiredici maddələr:
- Dəmir pirofosfat (Lipofer dəmir 8,3%)......... 482,7 mq
- (40 mq elementar Fe3+ ekvivalent)
- C vitamini (Askorbin turşusu)…………...……. 60 mq
- Fol turşusu (B9 vitamini)…………................ 400 mkq
- B12 vitamini (Sianokobalamin)……………... 2,5 mkq
Köməkçi maddələr: maqnezium stearat, silisium dioksid, mikrokristallik sellüloza.
İstifadəsinə dair tövsiyələr:
Dəmir, fol turşusu və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.
Əks göstərişlər:
Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq.
İRONES İstifadə qaydası və dozası:
Böyüklər: 1 kapsul gündə 1 dəfə.
Əlavə təsirləri:
Nadir hallarda komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Məlum deyil.
Toksikologiya:
Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.
İRONES Xüsusi ehtiyat tədbirləri:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması:
Kapsul №30 (10x3) blisterdə, karton qutu qablaşmada.
Saxlanma şəraiti:
25°С-dən yüksək olmayan temperaturda, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il
İstehsalçı:
Phytophar, Belçika
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






