LAKTOFİLTRUM EKO Tablet №60

LAKTOFİLTRUM Həzm sisteminin fəaliyyətini normallaşdırmaq məqsədi ilə istifadə olunan kompleks vasitədir

Jun 5, 2024 - 16:29
Jun 24, 2024 - 14:35
 0
LAKTOFİLTRUM EKO Tablet №60
LAKTOFİLTRUM

LAKTOFİLTRUM Həzm sisteminin fəaliyyətini normallaşdırmaq məqsədi ilə istifadə olunan kompleks vasitədir

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

LAKTOFİLTRUM Tərkibi

Təsiredici maddələr: 
Hidroliz olunmuş liqnin - 342,11 mq 
Laktuloza - 101,01 mq 
Köməkçi maddələr:
Fruktooliqosaxaridlər (FOS) - 144,44 mq, kartof nişastası, natrium kroskarmelloza, maqnezium stearat.

Farmakoloji xüsusiyyətləri 

LAKTOFİLTRUM nə üçündür?

Enterosorbent və prebiotik vasitədir. Preparatın farmakoloji təsiri tərkibinə daxil olan aktiv maddələrin – təbii sorbent olan liqnin, laktuloza və fruktooliqosaxarid prebiotik maddələrin xüsusiyyətləri ilə əlaqədardır. 
Hidroliz olunmuş liqnin - təbii enterosorbentdir, ağacın oduncaq hissəsinin (ağacın qabığı altındakı bərk hissəsi) komponentlərinin hidroliz məhsullarından ibarət olub, yüksək sorbent fəallığa və qeyri-spesifik dezintoksikasiya təsirlərinə malikdir. 
Bağırsaqda patogen bakteriyaları və bakterial toksinləri, ağır metalların duzlarını, alkoqolu, allergenləri, həmçinin maddələr mübadiləsinin bəzi məhsullarının artığını, o cümlədən bilirubini, xolesterini, histamini, serotonini, sidik cövhərini, endogen toksikozun inkişafına cavabdeh olan digər metabolitləri birləşdirir və orqanizmdən xaric edir. Toksiki deyil, sorulmur, 24 saat ərzində bağırsaqdan tamamilə xaric olunur. 
Laktuloza - sintetik disaxariddir, hansının ki, molekulu qalaktoza və fruktoza qalıqlarından təşkil olunmuşdur. Laktuloza mədədə və bağırsağın yuxarı hissələrində sorulmur və hidroliz olunmur. Tabletlərdən xaric olan laktuloza yoğun bağırsaqda substrat kimi normal bağırsaq mikroflorası tərəfdən fermentləşir, bifidobakteriyaların və laktobasillərin inkişafını və sayının artmasını stimulə edir. Bağırsaq mikroflorasının bərpası zülalların, yağların və karbohidratların metabolizminin normallaşmasına, vitaminlərin, mikro və makroelementlərin düzgün mənimsənilməsinə və qeyri-spesifik immunitetin aktiv stimullaşdırılmasını təmin edir. Yoğun bağırsaqda laktulozanın hidrolizi nəticəsində patogen mikroorqanizmlərin inkişafını ləngidən və bunun nəticəsində azot tərkibli toksiki maddələrin istehsalını azaldan üzvi turşular - süd, sirkə və qarışqa turşuları əmələ gəlir. Təsvir olunmuş proses yoğun bağırsaq mənfəzində osmotik təzyiqin yüksəlməsinə və peristaltikanın stimullaşmasına gətirib çıxarır. 
Fruktooliqosaxaridlər (FOS) prebiotik maddələr olub, bağırsağın normal mikroflorasının böyüməsi və inkişafı üçün ideal şəraitin yaradılmasına kömək edir. FOS bağırsaqlarda çürümə prosesini azaldır, qıcqırmanı və qida maddələrinin parçalanmasını stimulə edir, bağırsaqdan sorulma prosesini sürətləndirir. 
Laktofiltrum Eko komponentlərinin kompleks təsiri yoğun bağırsağın biosenozunun normallaşmasına və endogen toksiki vəziyyətlərin intensivliyinin azalmasına yönəldilmişdir. Preparat dəri təzahürlərinin şiddətinin azalmasına, dəri automikroflorasının yaxşılaşmasına, həmçinin müxtəlif mədə-bağırsaq xəstəliklərinin fəsadlarının qarşısının alınmasına kömək edir. 
Laktofiltrum Eko yalnız mədə-bağırsaq traktının mənfəzində təsir göstərir və yüksək təhlükəsizlik profilinə malikdir. 

İstifadəsinə göstərişlər 

  • bağırsaq mikroflorasının pozulması, o cümlədən antibiotikoterapiya nəticəsində;
  • xroniki kolit;
  • qıcıqlanmış bağırsaq sindromu (həm qəbizlik, həm də diareya sindromu olduqda);
  • müxtəlif etiologiyalı hepatitlərin, qaraciyər sirrozu və pankreatitin kompleks müalicəsi;
  • müxtəlif mənşəli allergiyaların (atopik dermatit, övrə) kompleks müalicəsi;
  • qida toksikoinfeksiyaların və digər intoksikasiyaların kompleks müalicəsi. 

LAKTOFİLTRUM Əks göstərişlər

Preparatın tərkibindəki komponentlərinə qarşı yüksək həssaslıq, bağırsaq keçməməzliyi, mədə-bağırsaq qanaxmaları, qalaktozemiya, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi, bağırsaq atoniyası. 

LAKTOFİLTRUM İstifadə qaydası və dozası 

  • Daxilə (ehtiyac olarsa, ilkin xırdalamadan sonra) qəbul olunur.
  • Laktofiltrum Eko qida və digər preparatların qəbulundan 1-1,5 saat əvvəl və ya sonra su ilə qəbul edilir.
  • Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
  • 0-1 yaş arası körpələr: ¼-½ tablet gündə 2-3 dəfə
  • 1-3 yaş arası uşaqlar: ½ tablet gündə 2-3 dəfə
  • 3-7 yaş arası uşaqlar: 1 tablet gündə 2-3 dəfə
  • 7-14 yaş arası uşaqlar: 1 tablet gündə 3 dəfə
  • 14 yaşdan yuxarı uşaqlar və böyüklər: 2 tablet gündə 3 dəfə .
  • Müalicə müddəti adətən 2-3 həftə təşkil edir.
  • Doza və müalicənin müddəti həkim tərəfindən artırıla bilər. 

Buraxılış forması 

Tablet №60 (4x15) blisterdə, karton qutu qablaşmada. 

LAKTOFİLTRUM Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

SC «АVVА RUS» Rusiya.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow