Lukamont plus 10 mg

Lukamont plus 10 mg çəhrayı rəngli, uzunsov, iki tərəfi qabarıq, yarıya bölünməyən və sıxılmayan örtüklütabletlərdir.

Jul 1, 2024 - 21:40
Jul 2, 2024 - 00:13
 0
Lukamont plus 10 mg
Lukamont plus 10 mg

Lyukamont 10 mg

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptli

İxtisas : Allerqologiya

Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine/Montelukast 

Lukamont plus 10 mg Tərkibi

Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 5 mq dezloratadin, 10 mq montelukast (10,4 mq montelukast natrium şəklində) vardır

Köməkçi maddələr: mikrokristallik sellüloza (PH112), hidroksipropilsellüloza, laktoza monohidrat,natrium kroskarmelloza, maqnezium stearat, prejelatinləşdirilmiş nişasta, kalsium hidrofosfat dihidrat,mikrokristallik sellüloza (PH102), krospovidon tip A,Оpadry II Pink 85F240126 (polivinil spirti, titan dioksid, makroqol, talk,FD&C qırmızı #40/heyranedici qırmızı ACalüminium lak,FD&C sarı #6/"günəş qürubu" sarısı FCF alüminium L, FD&C mavi #2/indiqokarmin alüminium lak).

Təsviri        

Çəhrayı rəngli, uzunsov, iki tərəfi qabarıq, yarıya bölünməyən və sıxılmayan örtüklütabletlərdir.

Farmakoterapevtik qrupu

H1-histamin reseptorlarının blokatorunun leykotrien reseptorlarının antaqonisti ilə kombinasiyası.

ATC kodu: R06AK

Farmakoloji xüsusiyyətləri 

Lukamont plus 10 mg nə üçündür?

Farmakodinamikası

Dezloratadin

H1-histamin reseptorlarınınuzunmüddətli təsirə malik antaqonistidir. Sedativ effektə malik deyil. Daxilə qəbulundan sonra mərkəzi sinir sisteminə təsir göstərmir.

Montelukast

Sisteinil leykotrienlər (LTC4, LTD4, LTE4) tosqun hüceyrə və eozinofillər də daxil olmaqla müxtəlif hüceyrələrdən azad olunan güclü iltihab eykozanoidləridir. Eykozanoidlər insanın tənəffüs yollarında yerləşən sisteinil leykotrien reseptorları (CysLT) ilə birləşirlər. Bronxial astmanın patofiziologiyasını təşkil edən tənəffüs yollarının ödemi, bronxların saya əzələlərinin spazmı, iltihabla əlaqəli hüceyrə aktivliyinin dəyişməsi sisteinil leykotrienin leykotrien reseptorları ilə birləşməsi ilə əlaqəlidir. Montelukast CysLT1-reseptorlarına yüksək oxşarlıq və seçiciliklə bağlanan aktiv birləşmədir. Montelukast hər hansı bir aqonist aktivlik göstərmədən CysLT1-reseptorlarına LTD4 -ün göstərdiyi fizioloji aktivliyini güclü bir şəkildə inhibə edir. 

Farmakokinetikası

Lyukamont Plyus preparatın daxilə qəbulundan sonra dezloratadinin və montelukastın plazmada maksimal konsentrasiyası (Cmax) 3 saatdan sonra əldə olunur.Lyukamont Plyus preparatın sorulmasının dərəcəsi və miqdarı dezloratadinin və montelukastın biomənimsənilməsi ayrı tabletlərdə qəbul edildiyi kimidir. 

Dezloratadin

Sorulması

Dezloratadin yaxşı absorbsiya olunur, plazmada maksimal konsentrasiyası təqribən 3 saatdan sonra əldə olunur.Su qəbulu dezloratadinin biomənimsənilməsinə təsir göstərmir. Biomənimsənilmə 5 mq-20 mq dozalara mütənasibdir.

Paylanması

Plazma proteinləri ilə birləşməsi 83-87% təşkil edir. 

Biotransformasiyası 

Dezloratadin qaraciyərdə metabolizmə uğrayır.

Xaricolunması 

Orta yarımxaricolma dövrü 27 saat təşkil edir. 14C-dezloratadinin təqribən 87%-i nəcis və sidiklə metabolitlər şəklində və eyni miqdarda xaric olunur.

Montelukast

Sorulması  

Daxilə qəbulundan sonra montelukast sürətlə sorulur. Böyüklərdə acqarına 10 mq-lıq tabletlərin qəbulundan sonra plazmada maksimal konsentrasiyası (Cmax) 3 saatdan sonra əldə olunur. Daxilə qəbul zamanı orta biomənimsənilməsi 64% təşkil edir. Standart yeməyi biomənimsənilməsinə və Cmax-a təsir göstərmir. Biomənimsənilmə acqarına 73%, standart yeməyindən sonra isə 63% təşkil edir. 

Paylanması 

Plazma proteinləri ilə birləşməsi 99%-dən çoxdur. Montelukastın sabit paylanma həcmi orta hesabla 8-11 l təşkil edir. 

Biotransformasiyası

Montelukast aktiv metabolizmə uğrayır. Terapevtik dozaların istifadəsi ilə keçirilən tədqiqatlar zamanı böyüklərdə və uşaqlarda sabit vəziyyətdə montelukast metabolitlərinin plazma konsentrasiyası təyin olunmur.  

Xaricolunması

Montelukastın klirensi orta hesabla 45 ml/dəq təşkil edir.Montelukast və metabolitləri əsasən ödlə xaric olunur.

İstifadəsinə göstərişlər

Allergik rinitlərin və yanaşı gedən astmanın müalicəsi və simptomların yüngülləşdirilməsi.

Lukamont plus 10 mg Əks göstərişlər

Preparatın təsiredici maddələrinə və ya hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

  • 15 yaşdan kiçik uşaqlardaLyukamont Plyus preparatının təhlükəsizliyi və effektivliyisübut edilməmişdir.
  • Ağır böyrək çatışmazlığızamanı preparat ehtiyatla istifadə edilməlidir və qəbul edilən doza tənzimlənməlidir. 
  • Astmatutmalarının müalicəsində montelukast/dezloratadinin effektivliyi sübut edilməmişdir. Buna görə preparat astma tutmalarının müalicəsi üçün istifadə edilməməlidir və xəstələr müvafiq dərman vasitələri istifadə etməlidir.
  • Birgə istifadə edilən inhalyasiya üçün qlükokortikosteroidlərin dozası tədricən, həkimin nəzarəti altında azaldılmasına baxmayaraq,Lyukamont Plyus preparatının qəbulu peroral və ya inhalyasiya üçün kortikosteroidlərlə müalicəsinin dayandırılmasından dərhal sonra başlanmamalıdır.Aspirinə həssas bronxial astması olan xəstələr Lyukamont Plyus preparatıilə müalicə zamanı aspirin və digər qeyri-steroid iltihabəleyhinə vasitələrin istifadəsindən çəkinməlidir.
  • Klinik farmakoloji tədqiqatlarda alkoqol ilə qəbul edilən dezloratadin tableti alkoqolun mənfi təsirini gücləndirməmişdir. 
  • Lyukamont Plyus örtüklü tabletlərin tərkibində olan dezloratadin çox nadir hallarda yuxululuğa səbəb ola bilər və bunəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinətəsir göstərə bilər.

Eozinofiliya

Nadir hallarda Lyukamont Plyus preparatını qəbul edən xəstələrdə montelukast ilə əlaqələndirilən,sistemli kortikosteroidlərin tətbiqindənsonra müşahidə olunan vaskulitin klinik əlamətləri ilə sistemli eozinofiliya və Çarq-Stross (Churg-Strauss)sindromu meydana çıxa bilər. Belə hallar adətənsistemkortikosteroidlərin dozasının azaldılması ilə əlaqələndirilir.Həkimlər eozinofiliyanın, vaskulyar səpgilərin, ağciyər simptomlarının kəskinləşməsini, kardioloji ağırlaşmaların və/ və ya neyropatiyanın yaranma ehtimalını nəzərə almalıdır.Lyukamont Plyus preparatı qəbul edən xəstələrdə sistem kortikosteroidlərin dozasının ehtiyatla azaldılması və müvafiq klinik müşahidəsi tövsiyə olunur.

Montelukast/dezloratadin qəbul edilən böyüklərdə, yeniyetmələrdə və uşaqlarda psixonevroloji pozulmalarhaqqında məlumat verilmişdir.Postmarketinq müddətində həyəcanlılıq, aqressiv davranış və ya düşmənçilik, depressiya, dezoriyentasiya, anormal yuxular, hallüsinasiyalar, yuxusuzluq, əsəbilik, narahatlıq,somnambulizm, intihar barədə fikir və davranış (o cümlədən sui-qəsd cəhdləri), tremor kimi pozulmalar haqqında məlumat verilmişdir.Xəstələr və həkim psixonevroloji pozulmalara dair ehtiyatlı olmalıdırlar. Bu növ pozulmalar meydana çıxdıqda həkimə müraciət etmənin zəruri olduğu barədə xəstə məlumatlandırılmalıdır və bu halda həkim Lyukamont Plyus örtüklü tabletləri ilə müalicənin risk və faydasını qiymətləndirməlidir. 

Natrium

Hər Lyukamont Plyus örtüklü tabletlərinin tərkibində 1 mmol-dan (23 mq-dan) az natrium var; yəni əhəmiyyət kəsb etməyəcək qədər az miqdardadır.

Laktoza

Lyukamont Plyus preparatın tərkibində laktoza var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrdə bu preparat istifadə olunmamalıdır.

Lyukamont Plyustabletlərin örtüyünün tərkibində olan "günəş qürubu" sarısıallergik reaksiyaların yaranmasına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Dezloratadinlə qarşılıqlı təsirləri
  • Qarşılıqlı təsirə dair tədqiqatlarda ketokonazol, eritromisin, azitromisin, fluoksetin və simetidin dezloratadinin plazma konsentrasiyasında əhəmiyyətli dəyişiklikliyə səbəb olmamışdır. Qida və qreypfrut şirəsi dezloratadinə təsir göstərmir.Alkoqol ilə birgə istifadə zamanı dezloratadin onun mənfi təsirini gücləndirmir. 
  • Montelukastla qarşılıqlı təsirləri
  • Montelukast astmanın qarşısının alınmasında vəuzunmüddətli müalicəsində adətən istifadə olunan digərdərman vasitələrlə birgə təyin oluna bilər.Tövsiyə olunan dozalarda montelukastın teofillin, prednizon, prednizolon, peroral kontraseptivlər (etinilestradiol/noretindron 35/1), terfenadin, diqoksin və varfarin kimi dərman vasitələrlə əhəmiyyətli qarşılıqlı təsir qeyd olunmamışdır.Fenobarbital, fenitoin və rifampisin montelukast ilə birgə, xüsusilə uşaqlarda, ehtiyatla istifadə edilməlidir. 
  • Qemfibrozililə birgə istifadəzamanı montelukastın doza tənzimlənməsinə ehtiyac yoxdur. CYP2C8 digər inhibitorları ilə (məs., trimetoprim ilə) klinik əhəmiyyətli qarşılıqlı təsir gözlənilmir. İtrakonazolla birgə istifadəsi montelukastın sistem təsirinin nəzərəçarpan artmasına səbəb olmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövründə Lyukamont Plyus tabletlərinin istifadəsinə dairkifayət qədər məlumat yoxdur.Hamilə qadınlarda yalnız ciddi zərurət qarşısında istifadə edilə bilər. 

Lyukamont Plyus preparatının ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur. Bu səbəbdən laktasiya dövründə ya Lyukamont Plyus preparatının istifadəsi, ya da ana südü ilə qidalandırılması dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Lyukamont Plyus preparatının nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsirihaqqında məlumat yoxdur. Buna baxmayaraq müalicə zamanı yuxululuğun və başgicəllənmənin yaranma ehtimalı nəzərə alınmalıdır və həkim bu əlavə təsirlər haqqında xəstəyə məlumat verilməlidir.

Lukamont plus 10 mg İstifadə qaydası və dozası 

Lyukamont Plyus tabletləri daxilə su ilə, qida qəbulundan asılı olmayaraq qəbul olunur.

Böyük və15 yaşdan yuxarı olan xəstələrdətövsiyə olunan doza gündə 1 tablet təşkil edir (5 mq dezloratadin, 10 mq montelukast). Dezloratadini və montelukastı ayrı tabletlərdə qəbul edilən xəstələr rahatlıq üçün eyni dozalarda həmin dərman vasitələri tərkib edənLyukamont Plyus preparatını qəbul edə bilər.

İntermitə edənallergik rinit (simptomların həftədə 4 gündən az və ya ildə 4 həftədən az mövcud olması) xəstənin anamnezinə görə Lyukamont Plyus preparatı ilə müalicə olunur. Simptomlar keçdikdə müalicə dayandırıla bilər və simptomlar meydana çıxdıqda müalicə yenidən başlanıla bilər. Persistə edən allergik rinit olan xəstələrə (simptomların həftədə 4 gün və daha çox və ya ildə 4 həftədən çox mövcud olması) allergenlərin təsiri zamanı uzunmüddətli müalicə tövsiyə oluna bilər. Allergik rinit və astma zamanı Lyukamont Plyus preparatının terapevtik təsiri müalicənin birinci gündən başlayır.Allergenlə təmas müddətində xəstələrə Lyukamont Plyus preparatının tətbiqi tövsiyə olunur.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək/ Qaraciyərçatışmazlığı

Yüngül və orta dərəcəli qaraciyərvə böyrək çatışmazlığı olan xəstələrdədezloratadinin 5 mq başlanğıc dozada günaşırıqəbul edilməsi tövsiyə olunur. Ağır böyrək çatışmazlığızamanı preparat ehtiyatla istifadə edilməlidir və qəbul edilən doza tənzimlənməlidir. 

Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə (Çayld-Pyu şkalasına görə 9 baldan çox) preparatın istifadəsi haqqında klinik məlumat yoxdur. 

Pediatrik xəstələr

15 yaşdan kiçik olan xəstələrdə Lyukamont Plyus preparatının təhlükəsizliyi və effektivliyihaqqında məlumat yoxdur. Buna görə həmin xəstə qrupunda preparatın istifadəsi tövsiyə olunmur. 

Geriatrik xəstələr

Lyukamont Plyus preparatının təsiredici maddələrindən biri olan dezloratadinin təhlükəsizliyi və effektivliyiöyrənilməmişdir. Buna görə yaşlı xəstələrdə preparatın istifadəsi tövsiyə olunmur. 

Lyukamont Plyuspreparatının bronxial astmanın digər müalicə növləri ilə birgə təyin edilməsi

Lyukamont Plyus xəstənin mövcud müalicəsinəəlavə edilə bilər.

Birgə müalicə zamanı dozanın azaldılması

Bronxodilatatorlarla müalicə: Tək bronxodilatatorların istifadəsi ilə astma simptomları adekvat nəzarət olunmadığı halda müalicəyə Lyukamont Plyus örtüklü tabletləri əlavə oluna bilər. Terapevtik effekt (adətən ilk dozadan sonra) əldə olunduqdan sonra bronxodilatatorların dozası dözülə bilən dozaya qədər azaldılır.

İnhalyasiya üçün qlükokortikosteroidlər:Lyukamont Plyus preparatla müalicəsi inhalyasiya üçün qlükokortikosteroid alan astma ilə xəstələrdə əlavə klinik effektini təmin edir.Kortikosteroidlərin dozası azaldıla bilər.Qlükokortikosteroidindozası tədricən, həkimin nəzarəti altında azaldılmalıdır.Bəzi xəstələrdə inhalyasiya üçün qlükokortikosteroidlərin qəbulunu tədricən və tamamilə kəsmək olar, digər xəstələrdə inhalyasiya üçün qlükokortikosteroidlərkəskin olaraq Lyukamont Plyus tabletləri iləəvəz edilməməlidir.

Əlavə təsirləri

Dezloratadin

Müşahidə olunanəlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıda göstərilmişdir: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).

  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • çox tez-tez: yorğunluq, başağrısı;
  • çox nadir:hiperhəssaslıq reaksiyalar (anafilaksiya, angioödem, təngnəfəslik, qaşınma, səpgi, övrə).
  • Sinir sisteminə
  • çox tez-tez: ağızda quruluq;
  • çox nadir:başgicəllənmə,yuxululuq, yuxusuzluq, psixomotor oyanıqlıq, qıcolmalar.
  • Psixi pozulmalar
  • çox nadir:hallüsinasiyalar.
  • Ürək-damar sisteminə
  • çox nadir:taxikardiya, ürəkdöyünmə hissi.
  • Həzm sisteminə
  • çox nadir:abdominal ağrı, ürəkbulanma, qusma, dispepsiya, diareya;
  • Hepatobiliar sistemə
  • çox nadir:qaraciyər fermentlərin və bilirubinin səviyyəsininartması, hepatit.
  • Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
  • çox nadir hallarda:mialgiya.
  • Montelukast
  • Montelukast yaxşı dözülə bilir. Əksər hallarda mülayim olan əlavə reaksiyalar müalicənin dayandırılmasını tələb etmir.
  • Müşahidə olunanəlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıda göstərilmişdir: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlumolmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
  • Astma olan 15 yaşdan yuxarı xəstələr
  • Sinir sisteminə
  • tez-tez:yuxululuq,yorğunluq.
  • Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
  • tez-tez:öskürək, burun tutulması, yuxarı tənəffüs yollarının infeksiyaları.
  • Həzm sisteminə
  • tez-tez:abdominal ağrı, dispepsiya,diş ağrısı, qastroenterit.
  • Dəri və dərialtı piy toxumasına
  • tez-tez:səpgi. 
  • Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
  • tez-tez:zəiflik.
  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • tez-tez:qızdırma, qrippəbənzər simptomlar, travma.
  • Mövsümi allergik rinit olan böyük və 15 yaşdan yuxarı xəstələr
  • Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
  • tez-tez:yuxarı tənəffüs yollarının infeksiyaları.
  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • tez-tez:burun qanaxması.
  • Araşdırmalar
  • tez-tez:ALT səviyyəsininartması. 
  • Yuxululuğun rastgəlmə tezliyi plasebo ilə eynidir.

Postmarketinq təcrübəsi:Hiperhəssaslıq reaksiyalar(anafilaksiya, angioödem, səpgi,qaşınma, övrə və çox nadir - qaraciyərin eozinofil infiltrasiyası), yuxu pozulmalar və hallüsinasiyalar, davranışın dəyişilməsi, yuxululuq, psixomotor oyanıqlıq (əsəbilik, təşviş, aqressivlik, narahatlıq və tremor daxil olmaqla), depressiya,yuxusuzluq,paresteziya/hiposteziya, çox nadir – qıcolmalar; artralgiya, mialgiya, əzələ spazmalar daxil olmaqla; qanaxmaya meyilliyin artması, ürəkdöyünmə hissi, ödem, ürəkbulanma, qusma, dispepsiya, diareya, pankreatit, xolestatik hepatit, qaraciyərin hepatosellülyar pozulması və qaraciyərin qarışıq pozulması. Həmin əlavə təsirlərin əksəriyyəti digər faktorları ilə kombinasiyada müşahidə oluna bilər, məsələn, digər dərmanvasitələrlə birgə istifadə zamanı, alkoqolla bağlı qaraciyərin zədələnməsi və ya digər hepatitlər zamanı. Çox nadir hallarda astma olan və montelukast qəbul edənxəstələrdə sistemli kortikosteroidlərin tətbiqi ilə əlaqələndirilənvaskulitin klinik əlamətləri ilə sistemli eozinofiliya və Çarq-Stross (Churg-Strauss)sindromu meydana çıxa bilər.

Şübhəli əlavə reaksiyalar haqqında məlumat

Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında əldə olunan məlumat vacibdir. O, dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam edilməsinə imkan verir.

Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması

Lyukamont Plyus preparatı doza həddinin aşılmasıhalları qeyd olunmamışdır. 

Dezloratadin

Doza həddinin aşılmasızamanı müşahidə olunan simptomlar:yuxululuq,ürəkdöyünmətezliyinin artması və QT intervalının uzanması, hallüsinasiyalar və letargiya.Simptomatik və dəstəkləyici müalicə aparılmalıdır. Dezloratadinhemodializ vasitəsi ilə xaricolunmur. Peritoneal dializ vasitəsi iləonunxaric olub-olunmamasıməlum deyil.

Montelukast 

Böyüklərdə və uşaqlarda doza həddinin aşılmasızamanı ən tez-tez müşahidə olunan əlavə reaksiyalar abdominal ağrı, yuxululuq, susuzluq,başağrısı, qusma və psixomotor hiperaktivlik olmuşdur.  

Peritoneal dializ və ya hemodializ vasitəsi iləonunxaric olub-olunmamasıməlum deyil.

Buraxılış forması

Lyukamont Plyus 5/10 mq örtüklü tabletlər. 10 tablet blisterdə. 3 blister (30 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.   

Saxlanma şəraiti

25 °C -dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti 

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Lukamont plus 10 mg qiyməti

Lukamont plus 10 mg qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan lukamont plus 10 mg qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı

Pharmactiveİlaç San.ve Tic.A.Ş.

Karaağaç Mahallesi, Fatih Bulvarı №:32

Çerkezköy Organize Sanayi Bölgesi 

Kapaklı/Tekirdağ/Türkiyə

Marketinq hüquqları sahibi

Asfarma firması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow