Lukamont kids

Lukamont kids

Jul 1, 2024 - 21:59
Jul 2, 2024 - 00:11
 0
Lukamont kids
Lukamont kids

Lyukamont 4 mg

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış : Reseptli

İxtisas : Allerqologiya

Beynəlxalq patentləşdirilməmiş adı: Montelukast 

Lukamont kids Tərkibi

Təsiredici maddə: 1 çeynəmə tabletin tərkibində 4 mq və ya 5 mq montelukast (müvafiq olaraq 4,16 mq və ya 5,20 mq montelukast natrium şəklində) vardır

Köməkçi maddələr: mikrokristallik sellüloza, mannitol,natrium kroskarmelloza, qırmızı dəmir oksidi, hidroksipropilsellüloza (Klucel EF),dinatrium edetat, aspartam, albalı aromatizatoru, maqnezium stearat.

Təsviri

4 mq-lıqçeynəmə tabletlər:çəhrayı rəngli, iki tərəfi qabarıq, uzunsov, hər iki tərəfdən yarıya bölünməyənçeynəmə tabletlərdir.

5 mq-lıqçeynəmə tabletlər:çəhrayı rəngli, iki tərəfi qabarıq, yumru, hər iki tərəfdən yarıya bölünməyənçeynəmə tabletlərdir.

Farmakoterapevtik qrupu

Leykotrien reseptorlarının antaqonisti. 

ATC kodu: R03DC03

Farmakoloji xüsusiyyətləri

Lukamont kids nə üçündür?

Farmakodinamikası

Sisteinil leykotrienlər (LTC4, LTD4, LTE4) tosqun hüceyrə və eozinofillər də daxil olmaqla müxtəlif hüceyrələrdən azad olunan güclü iltihab eykozanoidləridir.Eykozanoidlər insanın tənəffüs yollarında yerləşən sisteinil leykotrien reseptorları (CysLT) ilə birləşirlər.Bronxial astmanın patofiziologiyasını təşkil edən tənəffüs yollarının ödemi, bronxların saya əzələlərinin spazmı, iltihabla əlaqəli hüceyrə aktivliyinin dəyişməsi sisteinil leykotrienin leykotrien reseptorları ilə birləşməsi ilə əlaqəlidir. Montelukast CysLT1-reseptorlarına yüksək oxşarlıq və seçiciliklə bağlanan peroral yolla qəbul edilən aktiv birləşmədir. Montelukast hər hansı bir aqonist aktivlik göstərmədən CysLT1-reseptorlarına LTD4 -ün göstərdiyi fizioloji aktivliyini güclü bir şəkildə inhibə edir. 

Farmakokinetikası

Sorulması

Daxilə qəbulundan sonra montelukast sürətlə sorulur. Böyüklərdə acqarına 10 mq-lıq örtüklü tabletlərin qəbulundan sonra plazmada maksimal konsentrasiyası (Cmax) 3 saatdan (Тmax) sonra əldə olunur. Daxilə qəbulu zamanı orta biomənimsənilməsi 64% təşkil edir. Standart səhər yeməyi biomənimsənilməsinə və Cmax-a təsir göstərmir. 

2-5 yaşda olan uşaqlarda acqarına 4 mq-lıq çeynəmətabletlərin qəbulundan sonra Cmax2 saatdan sonra əldə olunur.

Böyüklərdə acqarına 5 mq-lıq çeynəmə tabletlərin qəbulundan sonra maksimal konsentrasiya 2 saatdan sonra əldə olunur. Biomənimsənilmə acqarına 73%, standart səhər yeməyindən sonra isə 63% təşkil edir. 

Paylanması

Plazma proteinləri ilə birləşməsi 99%-dən çoxdur. Montelukastın sabit paylanma həcmi orta hesabla 8-11 l təşkil edir. 

Biotransformasiyası

Montelukast aktiv metabolizmə uğrayır. Terapevtik dozaların istifadəsi ilə keçirilən tədqiqatlar zamanı böyüklərdə və uşaqlarda sabit vəziyyətdə montelukast metabolitlərinin plazma konsentrasiyası təyin olunmur.  

Xaricolunması

Montelukastın klirensi orta hesabla 45 ml/dəq təşkil edir. Montelukast və metabolitləri əsasən ödlə xaric olunur.

İstifadəsinə göstərişlər

Lyukamont Kids 4 mq çeynəmə tabletlər:2-5 yaşda olan xəstələrdə persistəedən astmanın müalicəsi(gündüz və gecə simptomlarının qarşısının alınması, aspirinə həssas astma ilə xəstələrin müalicəsi və fiziki yüklənmə ilə əlaqəli bronxospazmın qarşısının alınması), mövsümi allergikrinitlərinvə ilboyu davam edən allergik rinitlərin (son bir il müddətində) simptomlarınınyüngülləşdirilməsi.

Lyukamont Kids 5 mq çeynəmə tabletlər:6-14 yaşda olan xəstələrdə persistəedən astmanın müalicəsi(gündüz və gecə simptomlarının qarşısının alınması, aspirinə həssas astması olan xəstələrin müalicəsi və fiziki yüklənmə ilə əlaqəli bronxospazmın qarşısının alınması), mövsümi allergik rinitlərinvə ilboyu davam edən allergik rinitlərin (son bir il müddətində) simptomlarınınyüngülləşdirilməsi.

Lukamont kids Əks göstərişlər

Montelukasta və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xəstələr həkim tərəfindən bronxial astmanın kəskin tutmaları zamanı montelukast tabletlərini istifadə etməməsi və yanlarında təyin olunan müvafiq dərman vasitələrinin olması haqqında məlumatlandırılmalıdırlar.

Bronxial astma tutmaları zamanı qısamüddətli beta-aqonistlərdən istifadə olunmalıdır. İnhalyasiyaüçün qısamüddətli beta-aqonistlərin daha yüksək dozasına ehtiyac olduqda xəstələr dərhal həkiməmüraciət etməlidir. İnhalyasiya və ya daxilə qəbul üçün kortikosteroidləri kəskin olaraq montelukast ilə əvəz etmək olmaz. Montelukast ilə birgə istifadə olduqda peroral kortikosteroidlərin dozasının azaldılmasını təsdiq edən məlumat yoxdur. 

Psixonevroloji pozulmalar

Montelukast qəbul edən böyüklərdə, yeniyetmələrdə və uşaqlarda psixonevroloji pozulmalar haqqında məlumat verilmişdir. Postmarketinq müddətində həyəcanlılıq, aqressiv davranış və ya düşmənçilik, depressiya, dezoriyentasiya, anormal yuxular, hallüsinasiyalar, yuxusuzluq, əsəbilik,narahatlıq,somnambulizm, intiharbarədə fikir və davranış (o cümlədən sui-qəsd cəhdləri), tremor kimi pozulmalar haqqında məlumat verilmişdir. 

Xəstələr və həkim psixonevroloji pozulmalara dair ehtiyatlı olmalıdırlar. Bu növ pozulmalar meydana çıxdıqda həkimə müraciət etməsinin zəruri olduğu barədə xəstə məlumatlandırılmalıdır və bu halda həkim Lyukamont Kids ilə müalicənin risk və faydasını qiymətləndirməlidir. 

Eozinofiliya

Nadir hallarda, montelukastdaxil olmaqla, astmaəleyhinəpreparatlar qəbul edən xəstələrdə sistem kortikosteroidlərin tətbiqindənsonra müşahidə olunanvaskulitin klinik əlamətləri ilə sistem eozinofiliya və Çarq-Stross (Churg-Strauss)sindromu meydana çıxa bilər.Belə hallar adətən daxilə qəbul üçün kortikosteroidlərin dozasının azaldılması və ya qəbulunun dayandırılması ilə əlaqələndirilir. Çarq-Strosssindromunun əmələ gəlməsinin leykotrien reseptorlarının antaqonistləri ilə əlaqəsini təsdiq etmək və ya istisna etmək olmaz. Həkimlər eozinofiliyanın, vaskulyar səpgilərin, ağciyər simptomlarının kəskinləşməsini, kardioloji ağırlaşmaların və/ və ya neyropatiyanın yaranmasınınəzərə almalıdırlar. Xəstələrdə həmin simptomlar müşahidə olduqda, onlar təkrar müayinə olunmalı və müalicə yenidən nəzərdən keçirilməlidir. Montelukastla müalicə asetilsalisil turşusuna həssas olan xəstələrdəasetilsalisil turşusuvə digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinin istifadəsindən çəkinmənin vacib olduğunu istisna etmir.
Koməkçi maddələr: 

Aspartam: Lyukamont Kids çeynəmə tabletinin tərkibində fenilalaninin mənbəyi olan aspartam vardır ki, bu da fenilketonuriyası olan xəstələr üçün təhlükəli ola bilər.

Natrium: hər Lyukamont Kids çeynəmə tabletinin tərkibində 1 mmol-dan (23 mq-dan) az natrium vardır; bu miqdar natriumla bağlı heç bir əlavə təsir gözlənilmir. 

Mannitol: hər Lyukamont Kids çeynəmə tabletinin tərkibində 54,40 mq mannitol vardır; bu miqdar mannitolla bağlı heç bir əlavə təsir gözlənilmir. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Montelukastbronxial astmanın profilaktika və uzunmüddətli müalicəsi üçün adətən istifadə olunan dərman vasitələri ilə birgə təyin edilə bilər. Qarşılıqlı təsirlərə dair klinik tədqiqatlarda montelukastın tövsiyə edilən klinik dozası teofillin, prednizon, prednizolon, peroral kontraseptiv vasitələr (etinilestradiol/noretindron 35/1), terfenadin, diqoksin vəvarfarinin farmakoloji göstəricilərinə klinik əhəmiyyətli təsir göstərməmişdir. Fenobarbital ilə birgə təyin edildikdə montelukastın konsentrasiya-vaxt əyrisi altındakı sahəsi (AUC) təxminən 40% azalır.

Montelukast qaraciyər sitoxromu P450 CYP3A4, 2C8və2C9 tərəfindən metabolizmə uğradığına görə fenitoin,fenobarbital və rifampisin kimi CYP3A4,2C8və2C9 induktorları iləehtiyatla istifadə edilməlidir.

In vitrotədqiqatlarmontelukastın CYP 2C8 izofermentinin güclüinhibitor olduğunugöstərmişdir. Lakin, montelukast və rosiqlitazonun (CYP 2C8 vasitəsilə metabolizə olunan) qarşılıqlı təsirinə dair in vivotədqiqatda montelukastın CYP 2C8 izofermentini inhibə etməməsi göstərilmişdir. Buna görə bu izofermentvasitəsilə metabolizə olunan preparatların (məsələn, paklitaksel, rosiqlitazon və repaqlinid) metabolizminə montelukastın klinik əhəmiyyətli təsiri gözlənilmir.

In vitrotədqiqatlarda montelukastın CYP2C8, 2С9 və 3А4 substrat olması göstərilmişdir. Montelukast və qemfibrozilin (həm CYP2C8, həm də 2С9 inhibitorun) qarşılıqlı təsirinə dair klinikitədqiqatda qemfibrozilin montelukastın sistem təsirinin 4,4 dəfə artması göstərilmişdir. CYP3A4 güclü inhibitoru olan itrakonazolun qemfibrozil və montelukast ilə birgə istifadəsi montelukastın sistem təsirinin əlavəartmasınasəbəb olmamışdır. Beləliklə qemfibrozil ilə birgə istifadə zamanı montelukastın dozasının tənzimlənməsinə ehtiyac yoxdur.

In vitrotədqiqatların nəticələrinə görə digər CYP2C8 inhibitorları (məs., trimetoprim) iləklinik əhəmiyyətli qarşılıqlı təsir gözlənilmir. 

Tək itrakonazolla birgə istifadəsi montelukastın sistem təsirinin nəzərəçarpan artmasına səbəb olmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Montelukasthamilə qadınlarda yalnız ciddi zərurət qarşısında istifadə edilə bilər. Montelukastın ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur.Laktasiya dövründə yalnız ciddi zərurət qarşısında istifadə edilə bilər. 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Montelukastın nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri gözlənilmir. Preparatdan istifadə zamanı çox nadir hallardayuxululuq və başgicəllənməninyaranma ehtimalı nəzərə alınmalıdır.

Lukamont kids İstifadə qaydası və dozası 

4 mq çeynəmə tabletlər:2-5 yaşda olan pediatrik xəstələrə - gündə bir dəfə 1 çeynəmə tablet;

5 mq çeynəmə tabletlər:6-14 yaşda olan pediatrik xəstələrə - gündə bir dəfə 1 çeynəmə tablet.

Persistəedici astma  yaşda olan xəstələr: Lyukamont Kids 4 mq çeynəmə tabletigündə bir dəfə axşam qəbul edilməlidir.

6-14 yaşda olan xəstələr: Lyukamont Kids 5 mq çeynəmə tabletigündə bir dəfə axşam qəbul edilməlidir.

Allergik rinit

Mövsümiallergik rinitvə ilboyudavam edən allergik rinit

2-5 yaşda olan xəstələr:allergik rinit zamanı gündə bir dəfəLyukamont Kids 4 mq çeynəmə tabletqəbul edilməlidir. Qəbul vaxtı xəstənin ehtiyacından asılı olaraq fərdi təyin oluna bilər. 

6-14 yaşda olan xəstələr:allergik rinit zamanı gündə bir dəfəLyukamont Kids 5 mq çeynəmə tabletqəbul edilməlidir. Qəbul vaxtı xəstənin ehtiyacından asılı olaraq fərdi təyin oluna bilər. 

Astma vəallergik rinit

2-5 yaşda olan xəstələr: gündə 1 dəfə axşam yalnız bir Lyukamont Kids 4 mq-lıqçeynəmətabletqəbul edilməlidir.

6-14 yaşda olan xəstələr yalnız gündə 1 dəfə axşam bir Lyukamont Kids 5 mq-lıqçeynəmətabletqəbul edilməlidir.

Lyukamont Kids preparatının astmanın gedişini əks etdirən göstəricilərə terapevtik təsiri müalicənin birinci gündən başlayır. Preparat acqarına və ya yeməkdən asılı qəbul edilə bilər. Yeməkdən asılı tətbiq olunduqda yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir. Lyukamont Kids preparatının qəbulu həm bronxial astmanın simptomlarına nəzarət əldə olunduqdan sonra, həm də kəskinləşmə dövründə davam edilməlidir.

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək çatışmazlığı

Böyrək çatışmazlığıolan xəstələrdə doza tənzimlənməsinə ehtiyac yoxdur.

Qaraciyərçatışmazlığı

Yüngül və orta dərəcəli qaraciyərçatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Ağır dərəcəli qaraciyərçatışmazlığı olan xəstələrdə preparatın istifadəsi haqqında məlumat yoxdur.

Pediatrik xəstələr

Lyukamont Kidspreparatının təhlükəsizliyi və effektivliyi adekvat və yaxşı nəzarət olunan tədqiqatlarda astma ilə 6-14 yaşında olan pediatrik xəstələrdə öyrənilmişdir. Bu yaş qrupunda təhlükəsizlik və effektivlik göstəriciləri böyüklərdə kimi olmuşdur. 

Geriatrik xəstələr

Bu qrup xəstələrdə daha gənc xəstələrlə müqayisədə heç bir fərq müşahidə olunmamışdır, buna baxmayaraq bəzi yaşlı şəxslərdə daha yüksək həssaslığı istisnaedilə bilməz.

Lyukamont Kidspreparatının bronxial astmanın digər müalicə növləri ilə birgə təyin edilməsi

İnhalyasiya üçün qlükokortikosteroidlər:İnhalyasiya üçün qlükokortikosteroid və/və ya beta-2 aqonistlər istifadəedilən xəstələrdə klinik nəzarətinin nailolmasına mümkün olmadığı haldaəlavə müalicə kimiLyukamont Kidspreparatıtəyin oluna bilər.Ehtiyac olduqda qlükokortikosteroidin dozası tədricən azaldıla bilər.İnhalyasiya üçün qlükokortikosteroidlərkəskin olaraq Lyukamont Kidstabletləri iləəvəz edilməməlidir.

Əlavə təsirləri

Klinik tədqiqatlarda montelukast aşağıdakı kimi qiymətləndirilmişdir:

  • 10 mq örtüklü tabletlər: 15 yaşdan böyük olan 400 xəstələrdə 
  • 5 mq çeynəmə tabletlər: 6-14 yaşda olan 1750 pediatrik xəstələrdə
  • 4 mq çeynəmə tabletlər: 2-5 yaşda olan 851 pediatrik xəstələrdə
  • 4 mq qranullar və çeynəmə tabletlər: 6 ay-5 yaşda olan 1038 pediatrik xəstələrdə.

Astma ilə 2-5 yaşda olan montelukast qəbuledilən pediatrik xəstələrdə aparılan kilinik tədqiqatlarda (12 həftəlik tədqiqat, n=461; 48 həftəlik tədqiqat, n=278)preparatla bağlı plasebo ilə müqayisədəaşağıdakı əlavə təsirlər tez-tez (≥1/100-dən <1/10-dək)müşahidə olunmuşdur:

  • Həzm sisteminə
  • tez-tez:abdominal ağrısı.
  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • tez-tez:susuzluq.
  • Astma ilə 15 yaşdan böyük olan montelukast qəbul edilən xəstələrdə aparılan kilinik tədqiqatlarda (iki 12 həftəlik tədqiqat, n=795)preparatla bağlı plasebo ilə müqayisədə aşağıdakı əlavə təsirlər tez-tez (≥1/100-dən <1/10-dək)müşahidə olunmuşdur:
  • Sinir sisteminə
  • tez-tez:başağrısı.
  • Həzm sisteminə
  • tez-tez:abdominal ağrı.
  • Astma ilə 6-14 yaşda olan montelukast qəbul edilən pediatrik xəstələrdə aparılan kilinik tədqiqatlarda (bir 8 həftəlik tədqiqat, n=201; iki56 həftəlik tədqiqat, n=615;bir48 həftəlik tədqiqat, n=278)preparatla bağlı plasebo ilə müqayisədə aşağıdakı əlavə təsirlər tez-tez (≥1/100-dən <1/10-dək)müşahidə olunmuşdur:
  • Sinir sisteminə
  • tez-tez:başağrısı.
  • Postmarketinq tədqiqatlar
  • Postmarketinq təcrübəsindəmüşahidə olunanəlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə göstərilmişdir: çox tez-tez (≥1/10); tez-tez ( ≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000).
  • İnfeksiyalar və invaziyalar
  • çox tez-tez:yuxarı tənəffüs yollarının infeksiyaları.
  • Qanyaradıcı və limfa sisteminə
  • nadir:qanaxmaya meyilliyin artması.
  • İmmun sisteminə
  • bəzən: yüksək həssaslıq reaksiyaları(anafilaksiya daxil olmaqla);
  • çox nadir: qaraciyərin eozinofil infiltrasiyası.
  • Psixi pozulmalar
  • bəzən:anormal yuxular (kabus daxil olmaqla), yuxusuzluq, əsəbilik,həyəcan,təşviş (aqressivlik və ya düşmənçilik daxil olmaqla), depressiya, somnambulizm; 
  • nadir:tremor;
  • çox nadir:hallüsinasiyalar, intiharbərədə fikir və davranış, davranışın pozulması.
  • Sinir sisteminə
  • bəzən: başgicəllənmə,yuxululuq, paresteziya/hiposteziya, qıcolmalar.
  • Ürək-damar sisteminə
  • nadir hallarda:ürəkdöyünmə hissi.
  • Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
  • bəzən:burun qanaxması;
  • çox nadir:Çarq-Stross sindromu.
  • Həzm sisteminə
  • çox tez-tez:diareya, ürəkbulanma, qusma; 
  • bəzən:ağızda quruluq, dispepsiya.
  • Hepatobiliar sistemə
  • tez-tez:qaraciyər fermentlərin səviyyəsininartması (ALT, AST);
  • çox nadir:hepatit(xolestatik, hepatosellülyar və qarışıq mənşəli qaraciyərin pozulması daxil olmaqla).
  • Dəri və dərialtı piy toxumasına
  • tez-tez:səpgi;
  • bəzən:hematoma, məxmərək, qaşınma;
  • nadir hallarda:angioödem;
  • çox nadir hallarda:düyünlü eritema, multiformalı eritema.
  • Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
  • bəzən:artralgiya, mialgiya(əzələ qıcolmalar daxil olmaqla).
  • Ümumi pozulmalar və yerli reaksiyalar
  • tez-tez:qızdırma;
  • bəzən:asteniya/yorğunluq, halsızlıq, ödem.

Şübhəli əlavə reaksiyalar haqqında məlumatın verilməsi

Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin davam etdirilməsinə imkan verir.

Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması

Montelukast ilə doza həddinin aşılması zamanı spesifik müalicə haqqında məlumat yoxdur. Doza həddinin aşılması zamanıən tez-tez müşahidə olunan əlavə reaksiyalar abdominal ağrı, yuxululuq, susuzluq,başağrısı, qusma və psixomotor hiperaktivlik olmuşdur.  

Montelukastın peritoneal dializ və ya hemodializ vasitəsilə xaric olub-olunmaması haqqında məlumat yoxdur. 

Buraxılış forması

Lyukamont Kids 4 mq və ya 5 mq çeynəmə tabletlər. 14 tablet, blisterdə. 2 blister (28 çeynəmətablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.   

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda, öz qutusunda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti 

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Lukamont kids qiyməti

Lukamont kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lukamont kids qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı

Pharmactiveİlaç San.ve Tic.A.Ş.

Karaağaç Mahallesi, Fatih Bulvarı №:32

Çerkezköy Organize Sanayi Bölgesi 

Kapaklı/Tekirdağ/Türkiyə              

Marketinq hüquqlarının sahibi

Asfarma firması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow