URİFAR

URİFAR Sidikçıxarıcı yolların infeksiyalarının müalicə və profilaktikası üçün vasitə

Jun 5, 2024 - 17:08
Jun 24, 2024 - 11:03
 0
URİFAR
URİFAR kapsullar

Urifar - Sidikçıxarıcı yolların infeksiyalarının müalicə və profilaktikası üçün vasitə

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

URİFAR Tərkibi 

  • Təsiredici maddələr: 1 kapsulun tərkibində 500 mq D-mannoza, 200 mq Mərcanı bitkisinin quru meyvələrinin (Dry Cranberry fruits extract) ekstraktı vardır.
  • Köməkçi maddələr: sitrat turşusu (E330), silisium dioksid (E551), jelatin. 

Məhsul haqqında məlumat

URİFAR nə üçündür?

Urifar təbii maddələrin orijinal kombinasiyası olub, tərkibindəki komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq sidikçıxarıcı yollarının müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə edilir.
D-mannoza - monosaxariddir. Orqanizmdə metabolizmə uğramır. D-mannozanın təxminən 90%-i daxilə qəbul edildikdən sonra 30-60 dəqiqə ərzində dəyişilməmiş şəkildə sidiklə xaric olunur. 90% hallarda sidik yollarının infeksion xəstəliklərinin törədicisi E.coli bakteriyalarıdır. Urobakteriyalar üzərini örtən qlikoprotein lektin qatı sayəsində sidik kisəsinin divarına çökür. D-mannoza təbii yolla və heç bir yan təsir göstərmədən lektin qatını inhibə edir, E.coli bakteriyalarını özünə birləşdirərək onların sidik yolları divarlarına çökməsinin və gələcəkdə bakteriya koloniyalarının əmələ gəlməsinin və artmasının qarşısını alır. Nəticədə təbii sidik ifrazı zamanı D-mannoza vasitəsi ilə bakteriyalar orqanizmdən sidiklə yuyulub xaric olunur. D-mannozanın təsiri yalnız patogen bakteriyalarının yuyulub çıxarılmasına yönəlmişdir. Sidik yollarının infeksion xəstəliklərində D-mannoza antibiotiklərə təbii alternativ vasitə hesab olunur. Əhəmiyyətli yaxşılaşma 24 saat ərzində baş verir. D-mannoza, böyrək, sidik kisəsi və bütün sidikçıxarıcı yollarının funksiyasını qorumaq üçün önəmlidir.
Mərcanı ekstraktı - təbii sidikqovucu, iltihabəleyhinə xüsusiyyətlərə malik, sistit, uretrit və pielonefrit zamanı yardımçı vasitədir. Mərcanı bitkisi sidik yolları infeskiyalarına qarşı, sidikcıxarıçı yollarının sağlamlığı üçün faydalı maddələr, natrium, kalsium, maqnezium, kalium kimi minerallar və A, E, C, K vitaminləri ilə zəngindir. Həmçinin, mərcanı meyvələri hüceyrələri sərbəst radikalların zədələnməsindən qorunmasına və xroniki xəstəliklərin profilaktikasında kömək edən antioksidanlarla zəngindir. Tərkibindəki proantosianidinlər (PAS) patogen bakteriyaların (əsasən də E.coli) sidik kisəsində və uretrada (sidik kanalı) çoxalmasına, sidik yollarının epitelisinə yapışmasına (adheziyasına) manə olaraq sidik yolları infeksiyalarının yaranma ehtimalını azaldır. Mərcanı antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. Siklooksigenaza (SOG) fermentini inhibə edir və iltihabəleyhinə təsir göstərir. Hidroxinon böyrəklərin fəaliyyətini yaxşılaşdırır, sidik ifrazını gücləndirir və diurezi artırır. İllərlə sınaqdan çıxarılmış və təsdiq olmuşdur ki, mərcanı ekstraktı sidiyin turşuluğunu tədricən artırır və bakteriyalar tərəfindən zədələnmiş orqanizmin bərpasına imkan yaradır. Mərcanı sidiyin turşuluğuna təsiri xüsusiyyəti ilə böyrək daşlarının yaranmasının qarşısını alır.

İstifadə sahəsi və əsas göstərişlər 

Aşağıdakı hallarda sidikçıxarıcı yollarının infeksion xəstəliklərinin profilaktikası məqsədi ilə, həmçinin SÇY-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi kompleks müalicənin tərkibində tövsiyə olunur:

  • Sidikçıxarıcı yollarının kəskin və xroniki infeksiyaları (pielonefrit, sistit, uretrit)
  • Böyrəkdaşı xəstəliyi
  • Simptomsuz bakteriuriya

URİFAR Əks göstərişlər

Məhsulun tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, 3 yaşadək olan uşaqlar.

URİFAR İstifadə qaydası və dozası

Böyüklər: 1 kapsul gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Buraxılış forması

Kapsul №30, blisterdə. 3 blister (3x10) içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır. 

URİFAR Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Pharmacy Laboratories S.C., Varşava, Polşa.

Urifar BMFQƏ-dir (Bioloji Fəallığa Malik Qida Əlavəsi).

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow