Duovit (qadınlar üçün) nə üçündür? istifadə qaydası necədir?

Duovit - Artıq bədən çəkisi zamanı, dölün hipoksiyası zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı istifadə olunan preparatdır.

Aug 18, 2024 - 09:40
Aug 18, 2024 - 09:39
 0
Duovit  (qadınlar üçün) nə üçündür? istifadə qaydası necədir?
Duovit (qadınlar üçün)

Duovit (qadınlar üçün) haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Duovit (qadınlar üçün) qiyməti 

Duovit qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Duovit (qadınlar üçün) qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Duovit nədir?

Qadınlar üçün DUOVIT örtüklü tabletləri vitamin-mineral kompleksindən ibarət olub, qadın orqanizminin tələbatına uyğunlaşdırılmışdır. Təbletlərin tərkibində orqanizmin bütün sistem və orqanlarının optimal fəaliyyət göstərməsi üçün lazım olan miqdarda vitamin və mineralların kombinasiyası vardır. Qadınlar üçün DUOVIT örtüklü tabletlərin tərkibində hər bir qadının aktiv həyatı üçün lazım olan bütün mühüm vitamin və minerallar vardır. Doğuş qabiliyyətli qadınlar üçün vitamin və mineralların, xüsusilə menstruasiya dövründə itkisi baş verən dəmirin kifayət qədər miqdarını təmin edən rasion fövqaladə dərəcədə mühümdür. İşlə bağlı streslər, narahatlıq və vaxt çatışmazlığı, həmçinin müxtəlif pəhrizlər kimi, tez-tez qidalanmanın kifayət etməməsinə gətirib çıxarır.
Qadınlar üçün DUOVIT örtüklü təbletlərin tərkibində dəmir, fol turşusu və vitamin B12 vardır, hansı ki, onlar eritrositlərin, vitamin C-in (dəmirin sovrulmasını yaxşılaşdırır) əmələ gəlməsində iştirak edir, kollagenin əmələ gəlməsində iştirak edir. Bu qrupu vitaminləri ilə birlikdə dərinin müdafiəsində və orqanizmin enerji təchizatında mühüm rol oynayır.
Bioloji aktiv əlavə, dərman vasitəsi deyil.
İstifadə etməzdən öncə içlik vərəqəni diqqətlə nəzərdən keçirin.

Tərkibi

  • Vitamin, A
  • Vitamin, D
  • Vitamin, B1
  •  Vitamin, B2
  • Vitamin, B6
  • Vitamin, B12
  • Vitamin, C
  • Vitamin, E
  • Niasin
  • Pantoten turşusu
  • Fol turşusu
  • Biotin
  • Sink
  • Dəmir
  • Kalsium
  • Yod
  • Maqnezium

Farmakoloji təsiri

Vitamin ve mineral çatışmamazlığı

Vahidi

Tab

İstehsalçı ölkə

SLOVENIYA

İstehsalçı firma

KRKA

Təsiredicinin miqdarı 

  • Vitamin A 800 mkq
  • Vitamin D 5.0 mkq
  • Vitamin B1 1.4 mq
  • Vitamin B2 2.0 mq
  • Vitamin B6 1.4 mq
  • Vitamin B12 1.0 mkq
  • Vitamin C 50 mq
  • Vitamin E 10 mq
  • Niasin 18 mq
  • Pantoten turşusu 5.0 mq
  • Fol turşusu 200 mkq
  • Biotin 30 mkq
  • Sink 15 mq
  • Dəmir 14 mq
  • Kalsium 450 mq
  • Yod 150 mkq
  • Maqnezium 50 mq

Duovit (qadınlar üçün) nə üçündür? 

  1. Kalsium defisitli xəstəliklər
  2. Artıq bədən çəkisi zamanı istifadə olunan dərmanlar
  3. Dölün hipoksiyası zamanı istifadə olunan dərmanlar
  4. Vitamin və mineral çatışmamazlığı
  5. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow