DUASVIT Tab N30
DUASVİT zəngin vitamin və mineral kompleksi olub vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır.

DUASVIT Tab N30 vitamin+mineral kompleksidir
Buraxılış forması
DUASVIT tablet N30
DUASVIT Tab N30 Tərkib
Hər 1 tabletin içində:
Fol turşusu 500 mkq
Dəmir 46.3 mq
Təbii karotenoidlər 2mg
Vitamin B3 20 mq
Vitamin C 70 mq
Biotin 150 mkq
Kalsium 250 mq
Sink 18.7 mg
Vitamin B5
Vitamin D3 400 BV
Mis 2,5 mq
Maqnezium 520 mg
Vitamin B1 3 mq
Vitamin B6 6mq
Vitamin E 20mq
Yod 365 mkq
Selen 71 mkq
Vitamin B2 2mq
Vitamin B12 6 mkq
Vitamin K 40 mkq
Farmakoloji xüsusiyyətlər
DUASVIT Tab N30 nə üçündür?
DUASVİT zəngin vitamin və mineral kompleksi olub vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır.Tərkibindəki A,C,D,E vitaminləri və sinkimmunomodulyator, antioksidant təsir göstərir. A vitamini görmə itiliyini artırır, eləcə də maddələr mübadiləsində bir sıra vacib funksiyaları həyata keçirir.
Yod qalxanvari vəzinin normal fəaliyyətini dəstəkləyir. Son tədqiqiatlarda uşaqların intellektual inkişafında vacib rolu klinik təsdiq olunmuşdur. B qrup vitaminlər metabolizmi yaxşılaşdırır, qanyaranmada iştirak edir, sinir və mədə-bağırsaq sistemləri üçün böyük əhəmiyyət daşıyır. Çatışmazlıqları yorğunluq, yuxu pozğunluğu, əqli və fiziki inkişafdan geri qalma kimi problemlərə səbəb olur.
Vitamin C iştahanı və immuniteti artırır, fiziki və neyro-pisixi inkişafı dəstəkləyir. K vitamini qanın laxtalanmasında iştirak edən vacib amildir. Kalsium sümüklərin sağlamlığında və
Maqneziumla birlikdə sinir ötürücülüyünin nizamlanmasında iştirak edir. Selen qalxanabənzər vəzinin fəaliyyətini dəstəkləyir.
Dəmir və mis hemoglobin sintezi üçün, sink yeni huceyrələrin əmələ gəlməsi üçün vacibdir. Sink həmçinin antioksidant mineral kimi vacib funksiyaları yerinə yetirir. D vitamini kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Hipovitaminozu zamanı tərləmə, yuxu pozğunluğu baş verir, raxit inkişaf edir.
DUASVİT tərkibindəki komponentlərin sayəsində immuniteti möhkəmləndirir, dayaq-hərəkət aparatının inkişafına təkan verir, zehni iş qabiliyyətini artırır, iştahanı yaxşılaşdırır. Bu da onun hər növ avitaminozlar, hipovitaminozlar və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilməsi imkanını yaradır.
DUASVIT Tab N30 İstifadə qaydası
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklərə gündə 1 dəfə 1 tablet tövsiyə edilir.Preparat yeməkdən sonra qəbul olunur.
İstifadəsi üçün göstərişlər
- Vitamin, mineral və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral və mikroelementlərə tələbatın artdığı hallar.
- İştahsızlıq
- İmmun sistemin zəifləməsi; kütləvi virus və bakteriyal infeksiyaların yayılması zamanı, profilaktikanın aparılması.
- Orqanizmin istənilən infeksion və qeyri-infeksion xəstəliklərə qarşı müqavimətinin gücləndirilməsi məqsədi ilə.
- Cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
- İntensiv inkişaf dövrü (südəmər, yeniyetmə)
- Fiziki və əqli inkişafdan geri qalma
- Göz xəstəlikləri.
- Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
- Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
- İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı.
- Uşaqlarda artıq zehni yüklənmə zamanı.
DUASVIT Tab N30 Əks göstərişlər
Preparatın komponentlərinə qarşı individual həssaslıq
Aptekdən Buraxılma şərti
Reseptli
DUASVIT Tab N30 Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Pharmanor İlaç, Turkiyə.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






