DUASVİT 150ML
DUASVİT zəngin vitamin və mineral kompleksi olub vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır.

DUASVİT zəngin vitamin və mineral kompleksi olub vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır.
Buraxılış forması
DUASVİT150 ml sirop
DUASVİT 150ML Tərkib
Hər 5 ml-də:
Vit E...............................4.8 mq
Vit A...........................480mkq
Yod..............................30 mkq
Vit B6...........................1.05 mq
Vit B1..............................0.5mq
Vit B2.......................0.42 mcq
Vit B12..........................1mkq
Vit C...............................80mq
Sink............................. 7.5 mq
Dəmir........................... 2.1 mq
Vit D3..............................5mkq
Farmakoloji xüsusiyyətlər
DUASVİT 150ML nə üçündür?
DUASVİT zəngin vitamin və mineral kompleksi olub vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır.dir. Tərkibindəki A,C,D,E vitaminləri və sink immunomodulyator, antioksidant təsir göstərir. A vitamini görmə itiliyini artırır, eləcə də maddələr mübadiləsində bir sıra vacib funksiyaları həyata keçirir.
Yod qalxanvari vəzinin normal fəaliyyətini dəstəkləyir. Son tədqiqiatlarda uşaqların intellektual inkişafında vacib rolu klinik təsdiq olunmuşdur. B qrup vitaminlər metabolizmi yaxşılaşdırır, qanyaranmada iştirak edir, sinir və mədə-bağırsaq sistemləri üçün böyük əhəmiyyət daşıyır. Çatışmazlıqları yorğunluq, yuxu pozğunluğu, əqli və fiziki inkişafdan geri qalma kimi problemlərə səbəb olur.
Vitamin C iştahanı və immuniteti artırır, fiziki və neyro-pisixi inkişafı dəstəkləyir.
Dəmir hemoglobin sintezi üçün, sink yeni huceyrələrin əmələ gəlməsi üçün vacibdir.
Sink həmçinin antioksidant mineral kimi vacib funksiyaları yerinə yetirir.
D vitamini kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Hipovitaminozu zamanı tərləmə, yuxu pozğunluğu baş verir, raxit inkişaf edir.
DUASVİT tərkibindəki komponentlərin sayəsində immuniteti möhkəmləndirir, dayaq-hərəkət aparatının inkişafına təkan verir, zehni iş qabiliyyətini artırır, iştahanı yaxşılaşdırır. Bu da onun hər növ avitaminozlar, hipovitaminozlar və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilməsi imkanını yaradır.
DUASVİT 150ML İstifadə qaydası
0-2 yaş ------ 2-3 ml ------ 1 dəfə
2- 6 yaş ------- 5 ml ---------1 dəfə
6-12 yaş -------5 ml ---------2 dəfə
Böyüklər ------10 ml --------2 dəfə
Preparat yeməkdən sonra qəbul olunur. İstifadədən əvvəl flakon çalxalanmalıdır.
İstifadəsi üçün göstərişlər
- Vitamin, mineral və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral və mikroelementlərə tələbatın artdığı hallar.
- İştahsızlıq
- İmmun sistemin zəifləməsi; kütləvi virus və bakteriyal infeksiyaların yayılması zamanı, profilaktikanın aparılması.
- Orqanizmin istənilən infeksion və qeyri-infeksion xəstəliklərə qarşı müqavimətinin gücləndirilməsi məksədi ilə.
- Cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
- İntensiv inkişaf dövrü (südəmər, yeniyetmə)
- Fiziki və əqli inkişafdan geri qalma
- Göz xəstəlikləri.
- Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
- Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
- İdmanla məşğul olan uşaqlarda artıq fiziki yüklənmə zamanı. Uşaqlarda artıq zehni yüklənmə zamanı.
DUASVİT 150ML Əks göstərişlər
Preparatın komponentlərinə qarşı individual həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASVİT 150ML Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Smartpharma, Türkiyə.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






