DUASSED N30

DUASSED ümumilikdətəbii sakitləşdirici vasitə olub dozalanmadan asılı olaraq sakitləşdirici, anksiolitik və yuxugətirici təsirə malikdir.

Jun 21, 2024 - 22:59
Jun 21, 2024 - 23:10
 0
DUASSED N30
DUASSED N30

DUASSED preparatının təsiri tərkibindəki komponentlərin farmokoloji xüsusiyyəti ilə izah olunur. 

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

Hər biri 15 kapsuldan ibarət 2 blisterdə istifadə haqqında təlimat vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.

DUASSED N30 Tərkib

Hər kapsulda:

Dərmanpişikotu ekstaktı (Valerianaofficinalis-----------70mq

Dərmanlimonotu 1% ekstaktı (Melissa officinalis -------70mq

Qonaqotuekstaktı (Passiflora)---------------35mq

Enliyarpaqcökə ekstaktı (TiliaCordata)------------20mq

Kaliforniyalaləsi(EscholtziaCalifornica)-----------20mq

Adi dazıotu ekstaktı (St. John’s wort orHypericumperforatum)-------20mq

Vitamin B6 (Pyridoxin)----------------5 mq

Magnezium(Magnesiumoxid)-----------60mq 

Farmakoloji xüsusiyyətlər

DUASSED nə üçündür?

DUASSED preparatının təsiri tərkibindəki komponentlərin farmokoloji xüsusiyyəti ilə izah olunur. 

Dərman pişikotu sedativ və spazmolotik təsirlərə malikdir. Yuxusuzluq, yüksək sinir oyanıqlığı, migren, interiyalar, və qan damarlarının spazmını aradan qaldırır. Vegetativ damar distoniyaları və nevrotik vəziyyətlərdə yüksək effektivliyə malikdir. 

Dərman limonotu sakitləşdirici, yuxugətirici və spazmolitik xüsusiyyətləri ilə tanınır. 

Nevroz, depressiya, yuxusuzluq, baş gicələnmə, qulaqlarda küy və miqrenin müalicəsində istifadə olunur. Əlavə olaraq bağırsaqların saya əzələlərinin spazmını götürür, meteorizmi aradan qaldırır.Beləliklə həzmlə bağı narahatçılıqlar zamanı da effektivdir. 

Qonaqotu güclü sedativ, yuxugətirici və ağrıkəsici təsirlərə malikdir. Klinik təhqiqatlarda isterik nevrozlar, miqren, yuxusuzluq, epilepsiyalar zamanı effektivliyi sübut olunub. Stress və ya hər hansı bir qıcıq nəticəsində baş verən oyanıqlığı, gərginliyi, aqressiyanı aradan götürərək sakitləşdirici təsir yaradır.

Enliyarpaq cökə- sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır. Damargenəldici təsiri sayəsində mülayim hipotenziv təsir nümayiş etdirir. Bu təsiri baş beynin qan təchizatının yaxşılaşdırılması baxımından da əhəmiyyətlidir.

Kaliforniya laləsi (Eşşolsiya)– Xaşxaşkimilər fəsiləsinə aid olan bu bitkinin tərkibindəki yüksək konsentrasiyalı alkaloidlər antidepressant, sedativ, spazmolitik və periferik ağrıkəsici kimi təsir göstərir.Digər növlərindən fərqli olaraq tərkibində narkotik alkoloidlər olmadığından asılılıq yaratmır və təhlükəsiz istifadə imkanlarına malikdir. Eşşolsiya MAO ingibitoru olub, beyində oyanma və tormozlanma proseslərini normalaşdıraraq, yuxuya getməni asanlaşdırır və yuxunun normal fazalarını tənzimləyir.

Adi dazıotu ekstaktı tərkibindəki flavanoidlərin sayəsində seratonin və dofamin mübadiləsinə təsir edərək əhval ruhiyəni yaxşılaşdırır, antidеprеssiv təsir edir.Stimullaşdırıcı, tonuslaşdırıcı və sakitləşdirici vasitə kimi tanınır. Kliniki sınaqlar zamanı depressiyanın müalicəsində bəzi sintetik neyroleptiklərdən daha effektiv nəticə göstərmişdir.

B6 vitamini sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, sinir-əzələ keçiriciliyini və innervasiyanı yaxşılaşdırır. Asetilxolin, qamma amin yağ turşuları, melatonin və serotonin kimi neyromediatorların sintezində iştirak edir.

Maqnezium«oyadici» kalsiumun antoqonisti olaraq tormozlayıcı təsirə malikdir. Sinir sisteminin ifrat həssaslığını və gərginliyini azaldaraq sakitləşməyə yardım etdiyi üçün "anti-stress mineralı" olaraq tanınır. Əzələlərin tonusunu azaldır, hüceyrələrin energetik bərpasını sürətləndirir.

DUASSED ümumilikdətəbii sakitləşdirici vasitə olub dozalanmadan asılı olaraq sakitləşdirici, anksiolitik və yuxugətirici təsirə malikdir. O, MSS-in gərginliyini aradan götürürək orqanizmin stressə davamlılığını artırır. Yuxuya getməni tezləşdirir və yuxunun normal fazalarını bərpa edir. Həyat ritmini və keyfiyyətini yaxşılaşdırır, depressiyanı və sinir gərginliyini aradan qaldırır. 

DUASSED N30 İstifadə qaydası

18 yaşdan yuxarı böyüklər: 1 kapsuldan gündə gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Yuxu pozğunluğu zamanı preparat yatmazdan 1 saat əvvəl 2 kapsul qəbul olunur. 

İstifadəsi üçün göstərişlər

  • Vegetativ damar distoniyası və digər somatoform pozğunluqlar
  • Yuxusuzluq, migren, nevrasteniya, nevroz, nevrozabənzər hallar
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Həyəcan, gecə diksinmələri, stress və fobiyalar
  • Klimakterik dövrün pozğunluqları
  • Depressiya, qicolmalar, xroniki yorğunluq sindromu
  • Neyrodermit və digər bəzi dermatozlar
  • Həzm traktının funksional pozğunluqları 

DUASSED N30 Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi həssaslığın olması. 

Əlavə təsirlər

Nadir hallarda fotosensibilizasiya, diqqət dağınıqlığı və halsızlıq müşahidə oluna bilər. 

Aptekdən buraxılma şərti

Reseptli

DUASSED N30 Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Smart Pharma, Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow