Qurdason sirop istifadə qaydası necədir?

Qurdason sirop orqanizmin qurd invaziyaları səbəbindən pozulmuş bütün funksiyalarını bərpa edir. Enterobioz, askaridoz, trixosefalyoz, tenioz kimi bütün bağırsaq helmintləri, həmçinin ibtidailər zamanı bir neçə istiqamətdən təsir edərək yüksək qurdqovucu effekt verir.

Sep 25, 2024 - 08:18
 0
Qurdason sirop istifadə qaydası necədir?
Qurdason sirop

Qurdason sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qurdason sirop qiyməti

Qurdason qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qurdason sirop qiyməti 5 azn - 7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Qurdason şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Qurd invaziyaları zamanı köməkçi vasitə

Tərkibi:

Adi dağtərxunu (Tanacetum vulgare) çiçəyinin duru eks­traktı – 18,6 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 9,3 ml; aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 5,81 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 5,81 ml; şişyarpaq səna (Cassia senna) yarpağının duru ekstraktı – 5,81 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:

Qurd invaziyaları zamanı tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl.
Məhsulun 14 gündən artıq istifadəsi məqsədəuyğun deyil.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məslə­həti ilə qəbul edə bilər.

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması:

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 

3 il.

Buraxılış forması: 

100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Qurdason sirop nə üçündür?

Enterobioz, askaridoz, trixosefalyoz, tenioz kimi bütün bağırsaq helmintləri, həmçinin ibtidailər zamanı bir neçə istiqamətdən təsir edərək yüksək qurdqovucu effekt verir. Bağırsaq qurdlarına iflicedici təsir edən Qurdason şərbəti həm də onların orqanizmdən xaric olunmasını sürətləndirir.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow