Tenat damcı istifadə qaydası necədir?

Tenat damcı - Raxit zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Oct 29, 2024 - 18:33
 0
Tenat damcı istifadə qaydası necədir?
Tenat damcı

Tenat damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Tenat damcı qiyməti

Tenat qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Tenat damcı qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tenat damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Xolekalciferol (D3 vitamini)---------------------------------50000 BV

Farmakoloji xüsusiyyətləri:

TENAT kalsium və fosfatların metabolizmini tənzimləyir, bu da skletin normal minerallaşma və böyümə proseslərinə imkan yaradır, dekalsifikasiyanın qarşısını alır. D vitamini və onun metobolitləri qanda spesifik alfa-qlobulinlə birləşir, piy və əzələ toxumlarında uzun müddət ərzində toplanır və həmin toxumalardan gec xaric olunur. Tenat mədə-bağırsaq traktından yaxşı sorulur, D vitamini qaraciyərdə və böyrəklərdə metobolizmə uğrayır. D vitamini və onun metobolitləri əsasən nəcislə, az miqdarda isə sidiklə xaric olur. D vitamini yağda həll olunduğu üçün orqanizimdə akkumulyasiya oluna bilir, buda artıq dozalanma və yüksək dozalarla uzunmüddətli müalicə zamanı toksik təsirlərə səbəb ola bilər. Böyrək çatışmazlığı olan xəstələrdə, ürək, qlikozidlərlə müalicə olunan xəstələr ehtiyatla istifadə edilməlidir. Kalsium və fosfat göstəriciləri nəzarət altında saxlanılmalı və yumşaq toxumaların kalsifkasiya riski nəzərə alınmalıdır.

 

Göstərişlər: 

  • Uşaqlarda raxitin müalicə və profilaktikası.
  • Malabsorbsiya olan xəstələrdə D vitamini çatışmazlığının müalicə və profilaktikasında.
  • D vitamini çatışmazlığı ilə bağlı osteomalyasiyanın müalicəsi.
  • Kalsium və təyin olunan osteoporoz əleyhinə vasitələrlə birlikdə osteoporozun müalicəsində.
  • Sınıq riski yüksək olan xəstələrdə D vitamini çatışmazlığı zamanı.
  • İkincili hiperparatireoidizmin mualicəsi.

 

Xüsusi göstərişlər:   

  • Preparat aşağıdakı hallarda diqqətlə istifadə olunmalıdır.
  • İmmobilizasiya olunmuş xəstələrdə.
  • Benzotiadiazin törəmələri olan diuretiklərlə müalicə alan xəstələrdə.
  • Anamnezdə, böyrəklərdə daşları olan xəstələrdə.
  • Sarkoidoz olan xəstələrdə.
  • Psevdohipoparatireoidizm olan xəstələrdə.

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL YAXŞI ÇALXALANMALIDIR.          

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə:

1.5 yaşa qədər həkim məsləhəti ilə,

1.5 - 4 yaş  1-2 damcı gündə 1 dəfə,

4-14 yaş 2-4 damcı gündə 1 dəfə,

14 yaşdan yuxarı uşaqlar və böyüklər 5-6 damcı gündə 1 dəfə.

Dozalanma həkim  məsləhətiylə korreksiya olunur.

Əks göstərişləri: 

D vitamininə qarşı yüksək həssaslıq. Ağır hipertoniya zamanı yüksək dozalarda uzunmüddətli müalicəsi, ciddi ateroskleroz, aktiv formada ağciyər vərəmi, D hipervitaminozu,  böyrəklərdə kalsium tərkibli daşlar zamanı.

Buraxılış forması:

TENAT 30 ml damcı şüşə flakon.    

İstehsalçı: 

Zeyus ilac, Türkiyə

Tenat damcı nə üçündür?

  1. Raxit zamanı istifadə olunan dərmanlar
  2. Vitamin və mineral çatışmamazlığı
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  4. İmmunçatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow