Vəba sürətlə yayılır - Yüzlərlə ölü, minlərlə yoluxan var

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 433-ə yüksəlib.
News24.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama edib.
Məlumata görə, ölkədə vəbaya yluxma sayı 13 min 922-dir.
Sudanda iyun ayından bəri yağan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirib.
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






