Genetik xətanı yox edən dərman tapıldı

Sep 25, 2025 - 10:57
 0
Genetik xətanı yox edən dərman tapıldı
Genetik xətanı yox edən dərman tapıldı

Beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırmaya görə, artıq mövcud olan bir dərman, insan zülalında mutasiyanın harada baş verdiyindən asılı olmayaraq, onun sabitliyini bərpa edə bilir.

Doktorm.az xəbər verir ki, nəticələr nüfuzlu "Nature Structural & Molecular Biology" jurnalında dərc olunub. Söhbət tolvaptan adlı preparatdan gedir. Bu dərman böyrək funksiyası üçün vacib olan və mutasiyaları nefrogenik şəkərsiz diabetə səbəb olan vazopressin V2 reseptorunu hədəf alır.

Alimlər reseptorun 7 minə yaxın müxtəlif formasını laboratoriyada sınaqdan keçirib. Məlum olub ki, dərman bu variantların 87%-ində reseptorun normal fəaliyyətini bərpa edə bilir. Bu isə xəstələr üçün yeni müalicə ümidləri yaradır.

Araşdırma müəllifləri bildiriblər ki, bu yanaşma, gələcəkdə yalnız spesifik mutasiyalar deyil, bütövlükdə zülalı sabitləşdirən universal dərmanların hazırlanmasına yol aça bilər./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow