Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI

May 31, 2025 - 09:36
 0
Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI
Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib.

Doktorm.az xəbər verir ki, “Solntse Moe”, “Kuban” və digər istehsalçıların yağlarında yüksək peroksid göstəriciləri qeydə alınıb ki, bu da məhsulun vaxtından əvvəl xarab olmasının göstəricisidir.

Bundan başqa, “Kuban” və “GREEN RAY” markalarında yağ turşuları tərkibində normadan kənara çıxmalar aşkar edilib. Bu isə ya təbii xammaldan istifadə edilmədiyini, ya da texnoloji qaydalara əməl olunmadığını göstərir.

Ən yaxşı nəticə göstərənlər sırasında “Dobavkin” və “Karolina” kimi markalar olub – bu yağlar həm təhlükəsizlik, həm də tərkibə uyğunluq baxımından şərtsiz testdən keçib.

Mütəxəssislər istehlakçılara yalnız etiketə deyil, eyni zamanda müstəqil test nəticələrinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki sadə bir şüşə yağ belə xoşagəlməz “sürprizlər” gizlədə bilər./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow