DUASNOS 25ml SEA WATER

DUASNOS Sea Water mineral duzlarla və mikroelementlərlə zəngin dəniz suyu və qliserindən hazırlanmış kombinə olunmuş izotonik burun damcısıdır.

Jun 21, 2024 - 23:26
Jun 21, 2024 - 23:49
 0
DUASNOS 25ml SEA WATER
DUASNOS 25ml SEA WATER

DUASNOSSea Water mineral duzlarla və mikroelementlərlə zəngin dəniz suyu və qliserindən hazırlanmış kombinə olunmuş izotonik burun damcısıdır.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

İçlik vərəqə ilə karton qutuya yerləşdirilmiş şüşə flakonda 25ml məhlul.

DUASNOS 25ml SEA WATER Tərkib

  • Dəniz suyu (0,9%li məhlul)
  • Qliserin

Farmakoloji xüsusiyyətlər

DUASNOS 25ml SEA WATER nə üçündür?

DUASNOS Sea Water mineral duzlarla və mikroelementlərlə zəngin dəniz suyu və qliserindən hazırlanmış kombinə olunmuş izotonik burun damcısıdır.

Tərkibindəki minerallar burun boşluğunun epitel hüceyrələrində örtücü qat yaradır, bu da nazal sekresiyanın özlülüyünü azaldır, reoloji xüsusiyyətlərini artırır, burun tutqunluğunu aradan qaldırır, tıxacları yumşaldır. Bakteriya, virus və allergenlərin selikli qişaya adheziyasına mane olur, faqositar hüceyrələrin burun boşluğuna miqrasiyasını surətləndirərək, yerli immuniteti gücləndirir. Allergik rinitlər zamanı DUASNOS-la burun selikli qişasının vaxtaşırı yuyulması allergenlərin təmizlənməsinə və burun selikli qişasının daha az qıcıqlanmasına səbəb olur.

Qliserin burunun selikli qişasını nəmləndirərək selikli qişanı quruluqdan qoruyur və zədələnmiş selikli qişanın bərpasında mühum rol oynayır. Qliserin burunun selikli qişanın qıcıqlanmasını da aradan qaldırır. 

DUASNOS 25ml SEA WATER İstifadə qaydası

1-5 yaş arası uşaqlar üçün 2 pükürtmə gün ərzində 3 dəfə qəbul edilir : 5 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 2-3 pükürtmə gün ərzində 3-4 dəfə qəbul edilir. 

İstifadəsi üçün göstərişlər

  • Müxtəlif mənşəli rinitlər ( infeksion, infeksion-allergik, atrofik)
  • Cərrahi əməliyyatdan sonrakı qulluq zamanı
  • KRVİ və yevstaxit ( burun boşluğunun keçiriciliyini yaxşılaşdırmaq məqsədilə )
  • Payız-qış mövsümü zamanı burun boşluğun infeksiyalarının kompleks müalicəsində və profilaktikasında;
  • Burun, haymor boşluğunun və burun-udlağın kəskin və xroniki iltihabi xəstəlikləri;
  • Burun selikli qişasının quruluğu (kondisener, isti hava və s. təsirlər zamanı) 

DUASNOS 25ml SEA WATER Əks göstərişlər

1 yaşa qədər körpələr. Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. 

Əlavə təsirlər

Müşahidə olunmamışdır.

Aptekdən buraxilma şərti

Reseptli

DUASNOS 25ml SEA WATER Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Smart Pharma Sağlık Ürünleri San . ve Tic . Ltd. Şti, Türkiyə.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow