DUASMEGA 150 ml

DUASMEGA polidoymamış yağ turşularından, yağda həll olan vitaminlərdən və sinkdən ibarət kompleks preparatdır.

Jun 21, 2024 - 19:49
Jun 21, 2024 - 19:56
 0
DUASMEGA 150 ml
DUASMEGA 150 ml

DUASMEGA polidoymamış yağ turşularından, yağda həll olan vitaminlərdən və sinkdən ibarət kompleks preparatdır.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

DUASMEGA 150 ml,sirop

DUASMEGA 150 ml Tərkib

Hər 10 ml-də:

Təbii balıq yağı.................................1000 mq

Doymamiş yağ turşuları:

  • EPA-eykozapentaen turşusu (omeqa 3).........180 mq
  • DHA-dekozaheksaen turşusu (omeqa 3)........120 mq
  • Vitamin A.....................................1,5 mq
  • Vitamin E.....................................15 mq
  • Vitamin D3...................................200 BV
  • Sink ............................................5 mq 

Farmakoloji xüsusiyyətlər

DUASMEGA nə üçündür?

DUASMEGA polidoymamış yağ turşularından, yağda həll olan vitaminlərdən və sinkdən ibarət kompleks preparatdır.

Omeqa 3 yağ turşuları orqanizmə çox vacib komponentlərdir. Doymamış yağ turşuları sinir, göz və beynin inkişafı üçün vacibdir: Belə ki, beynin 60 %-i lipiddən təşkil olunmuşdur və bununda 25 %-i DHT-nin payına düşür.

Doymamış yağ turşularına tələbatın artdığı dövrlər:

-erkən yaş dövrlərində, xüsusən diqqət və yaddaşın formalaşması üçün

- Doymamış yağ turşularının az qəbulu nəticəsində uşaqlarda diqqət pozğunluğu, impulsivlik (emosiyalara qarşı ani düşünülməmiş reaksiya) və hiperaktivlik baş verir.

Omeqa-3 yağ turşuları orqanizmin immun statusunu gücləndirir. Zehni fəaliyyəti yaxşılaşdırır. Yaddaşı gücləndirir. Onların iştirakı ilə allergik reaksiya, iltihabi proseslər, ağrı sindromu, müxtəlif mədə-bağırsaq pozulmaları, sinir transmissiyaları və böyrək funksiyalarını tənzimləyən iki qrup prostaqlandinlər arasındakı nisbət nizamlanır. Gözün torlu qişasının və göz sinirlərinin işini yaxşılaşdırır. Vitamin A görmə funksiyasına kömək edir. Antioksidantdır. Vitamin E –güclü antioksidantdır. Sərbəst radikalların zədələyici təsirini önləyir, yağ turşularının doymamış karbon rabitələrini qoruyur, qırmızı qan hüceyrələrini müxtəlif virusların təsirindən müdafiə edir.İltihaba təkan verən leykotrienlərin hasilini azaldır.

Vitamin D qazanılmış immun reaksiyaların optimizasiyası və kalsiumun sorulması üçün vacibdir. Sink müxtəlif fermentlərin tərkib hissəsidir, sümüklərin, saçların, dırnaqların, dərinin, görmə qabiliyyətinin, beynin normal idrak funksiyasını, neyrogenez və neyroötürücülüyün saxlanmasına kömək edir. Makrofaqları, faqositozu, T və B hüceyrələrinin böyüməsini və fəaliyyətini təsir etdiyi üçün immunitet sistemi üçün çox vacibdir. Sink çatışmazlığı ilə sitokinlərin ifrazı və funksionallığı azalır. 

DUASMEGA 150 ml İstifadə qaydası

0-6 aylıq uşaqlar- 2,5 ml gündə bir dəfə

6-12 ay - 3-5 ml gündə bir dəfə

1-5 yaş-3 ml gündə üç dəfə

5-12 yaş -5 ml gündə iki dəfə daxilə qəbul edilir. İstifadədən əvvəl flakon çalxalanmalıdır. 

İstifadəsi üçün göstərişlər

  • Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi
  • Yaddaş və nitq pozğunluğu
  • İmmunitetin zəifləməsi
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu (DDHS)
  • Görmə zəifliyi 

Aptekdən buraxılma şərti

Reseptli

DUASMEGA 150 ml Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

PHARMANOR İlaç San. Tic. Ltd. Şti., Türkiyə


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow