DUASMEGA N30
DUASMEGA N30-nın tərkibində DHT (dokozaheksaen turşusu) və EPT (eykozapantaen turşusu) kimi omeqa-3- polidoymamış yağ turşuları (PDYT) var. İnsan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT sintez etmək qabiliyyətinə malikdir, amma bu sintez çox yavaş və səmərəsiz olur.

Buraxılış forması
DUASMEGA kapsul N30
DUASMEGA N30 Tərkib
Hər 2 kapsulda:
Polidoymamış yağ turşuları
Omega3 doymamiş yağ turşuları....................150 mq
EPA-eykozapentaen turşusu (omeqa 3).........180 mq
DHA-dekozaheksaen turşusu (omeqa 3)........120 mq
Köməkçi maddələr: qliserin, jelatin, təmizlənmiş su.
Farmakoloji xüsusiyyətlər
DUASMEGA N30 nə üçündür?
DUASMEGA-nın tərkibində DHT (dokozaheksaen turşusu) və EPT (eykozapantaen turşusu) kimi omeqa-3- polidoymamış yağ turşuları (PDYT) var. İnsan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT sintez etmək qabiliyyətinə malikdir, amma bu sintez çox yavaş və səmərəsiz olur. Ona görə də tərkibində EPT və DHT olan qida əlavələri qəbul etmək tövsiyə olunur.
Omeqa3 güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT beyin toxumasının, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında vacib rol oynayır. Belə ki, beynin 60%-i lipiddən təşkil olunmuşdur və bununda 25 %-i DHT-nin payına düşür. PG E2 - nin sintezini inhibə etməklə spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır. Hamiləlik zamanı embrion ana orqanizmindən vacib PDYT-nı alır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişi üçün vacibdir, xroniki hipoksiyanı aradan qaldırır. Qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Omeqa-3 yağ turşuları orqanizmin immun statusunu gücləndirir. Zehni fəaliyyəti yaxşılaşdırır. Yaddaşı gücləndirir. Onların iştirakı ilə allergik reaksiya, iltihabi proseslər, ağrı sindromu, müxtəlif mədə-bağırsaq pozulmaları, sinir transmissiyaları və böyrək funksiyalarını tənzimləyən iki qrup prostaqlandinlər arasındakı nisbət nizamlanır. Gözün torlu qişasının və göz sinirlərinin işini yaxşılaşdırır.
DUASMEGA N30 İstifadə qaydası
14 yaşından yuxarı uşaqlar və böyüklər: 1 kapsuldan gündə 1-2 dəfə daxilə qəbul olunur.
Saxlama Şəraiti
25°C -dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İstifadəsi üçün göstərişlər
- Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası
- Spontan düşük və erkən doğuşun, hamilələrdə striyaların yaranmasının profilaktikası
- Fiziki və əqli inkişafın ləngiməsi,
- İmmunitetin zəifləməsi, tez-tez xəstələnmə, mövsümi KRV infeksiyalarının profilaktikası
- Diqqət defisiti fonunda hiperaktivlik sindromu
- Ürək-damar xəstəlikləri: ÜİX, ateroskleroz, trombemboliya
- Sinir sistemi xəstəlikləri: dissirkulyator ensefalopatiya, insult
- Gərgin fiziki məşqlər və zehni fəaliyyət
- Görmə aparatı xəstəlikləri
DUASMEGA N30 Əks göstərişlər
Preparatın hər hansı komponentinə həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASMEGA N30 Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
PHARMA STANDART İlaç Medikal Kozmetik Gida San. Tic. Ltd. Şti., Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






