DUASLOR sprey 30ml
DUASLOR Sprey yerli istifadə üçün mikrob əlehinə və iltihab əlehinə kombinəedilmiş preparat olub, təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur

DUASLOR sprey 30ml - Oral Sprey
Buraxılış forması
DUASLOR sprey 30 ml
DUASLOR sprey 30ml Tərkibi
Hər 30 ml-də:
- Bal ................................900 mg
- Propolis.......................... 30 mg
- Evkalipt yağı...................15 mg
- Kəklikotu suyu............... 15 mg
- Adaçayı ekstraktı ...........15 mg
- Nanə yağı.......................... 5mg
- Köməkçi Maddələr : Distilləolunmuş su , qliserin , Polisorbat 80 , Kalium Sorbat , Natrium Benzonat
Farmakoloji xüsusiyyətlər
DUASLOR sprey 30ml nə üçündür?
DUASLOR Sprey yerli istifadə üçün mikrob əlehinə və iltihab əlehinə kombinəedilmiş preparat olub, təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur
Bal yumşaldıcı və antiseptik təsirə malikdir, eləcə də, immunostimulyatordur. Boğazı sanasiya edir.
Propolisin bakterisid və bakteriostatik təsiri flavonların, benzoy turşusunun, aromatik madəələrin və s. hesabına baş verir. Propolis istifadəsi zamanı bakteriyalarda rezistenlik formalaşmır.Propolisin bakterisid təsiri butun mikrob ştammlarına qarşı, hətta antibiotikə rezistenlik əldə etmiş mikroblara qarşı belə təyin edilmişdir.Propolis yerli immuniteti qaldırır, regenerasiyanı sürətləndirir. Evkalipt yarpaqlarının efir yağları iltihabəleyhinə, antibacterial təsirlərə malikdir. Ağrını və temperaturu azaldır. Selikli qişa reseptorlarına qıcıqlandırıcı təsir qöstərir, yerli iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir.
Kəklikotu sakitləşdirici, dezinfeksiyaedici, büzücü, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsir göstərir.
Adaçayı dezinfeksiyaedici, iltihab əleyhinə, ağrıkəsici, büzücü təsirlərə malikdir. Stomatitlərdə, anginada, diş əti qanaxmalarda sağaldıcı vasitə kimi istifadə edilir. Nanə yarpaqlarının efir yağları yerli damardaraldici, ltihabəleyhinə və analqeziyaedici təsirə malikdir. Ürəkbulanmanı, qaytarma hissini azaldır.
DUASLOR sprey 30ml İstifadə qaydası
2 püskürmədən gündə 2-3 dəfə ağız boşluğuna püskürməli.
İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır. Istifadəsindən sonra 1-2 saat ərzində qida və maye qəbul edilməməsi preparatin terapevtik təsirini uzadır.
İstifadəsi üçün göstərişlər
- Orofaringeal infeksiyalar Stomatit, gingivit
- Faringit, laringit Qıcıqlandırıcı quru öskürək Boğaz ağrıları
- Virus infeksiyaları, KRVİ
- Stomatoloji müdaxilələrin nəticələrini aradan qaldırmaq məqsədilə.
DUASLOR sprey 30ml Əks göstərişlər
Preparatın tərkibinə qarşı yüksək həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASLOR sprey 30ml Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Smart Pharma, Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






