DUASLİFE 150ML
DUASLİFE preparatının təsiri tərkibindəki komponentlərin xüsusiyyəti ilə izah olunur.

DUASLİFE 150ML - İmmunostimulyator
Buraxılış forması
Şərbət 150 ml şüşə flakonda
DUASLİFE 150ML Tərkibi
Hər 10 ml-də:
- Beta – qlükan---------------- 100 mq
- Vitamin C --------------------- 65 mq
- Köməkçi maddələr: Qliserin, sukraloza, ksantan, natrium saxarin, limon turşusu, moruq aromatizatoru, su.
Farmakoloji xüsusiyyətlər
DUASLİFE 150ML nə üçündür?
DUASLİFE preparatının təsiri tərkibindəki komponentlərin xüsusiyyəti ilə izah olunur.
Betaqlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqibsiz vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadan tam biomənimsənilir. Betaqlükan orqanizmdə virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyi həyata keçirir. Qaraciyərdə sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Bununla da, beta qlükan orqanizmə daxil olmuş antigenlərin və genetik olaraq yad maddələrdən orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta qlükanın istənilən növ immunçatışmazlıqlarda istifadəsi mümkündür.
Vitamin C –Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
DUASLİFE 150ML İstifadə qaydası
4- 14 yaş arası uşaqlar- 5 ml gündə 1-2 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər- 10 ml gündə 1-2 dəfə dəfə daxilə qəbul edilir. Digər hallarda həkim məsləhətilə qəbul oluna bilər. İstifadədən əvvəl flakon çalxalanmalıdır.
Saxlama şəraiti
25°C -dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İstifadəsi üçün göstərişlər
- Qrip və KRVİ müalicəsi və profilaktikası: bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, gingivit.
- Virus infeksiyalarının (o cümlədən COVİD-19) profilaktikası və kompleks müalicəsi zamanı
- Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
- Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşayiət edilən hallarda
- Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: uretrit, sistit, pielonefrit
- Onkoloji xəstəliklər zamanı əməliyyat önü və əməliyyatdan sonra radio və kimya terapiya müalicəsinin effektivliyinin artırılması məqsədi ilə.
- Xroniki yorğunluq və fiziki tükənmə zamanı
- Diabetli xəstələrdə oksidativ stressin və immunitet zəifləməsinin qarşısını almaq məqsədi ilə
DUASLİFE 150ML Əks göstərişlər
Preparatın hər hansı komponentinə həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASLİFE 150ML Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
PHARMA STANDART İlaç Medikal Kozmetik Gida San. Tic. Ltd. Şti., Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






