Ekvator tablet nə üçündür?
Ekvator tablet hipertoniya zamanı, stenokardiya zamanı, ürəyin digər xəstəliklərində, miokard infarktı zamanı istifadə olunan preparatdır.

Ekvator tablet haqqında məlumat
- Ekvator tablet qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Ekvator tablet nə üçündür?
Ekvator tablet qiyməti
Ekvator tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ekvator tablet 10 mq/5 mq qiyməti 14 azn - 17 azn, 20 mq/5 mq qiyməti 15 azn - 18 azn, 20 mq/10 mq qiyməti 19 azn - 22 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ekvator qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
EKVATOR®
Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril/amlodipine
Tərkibi
10 mq/5 mq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 10,00 mq lizinopril (10,88 mq lizinopril dihidrat şəklində) və 5,00 mq amlodipin (6,94 mq amlodipin bezilat şəklində) vardır.
Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101.
20 mq/5 mq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 20,00 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində) və 5,00 mq amlodipin (6,94 mq amlodipin bezilat şəklində) vardır.
Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza 00 tip 12, mikrokristallik sellüloza tip 101.
20 mq/10 mq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 20,00 mq lizinopril (21,76 mq lizinopril dihidrat şəklində) və 10,00 mq amlodipin (13,88 mq amlodipin bezilat şəklində) vardır.
Köməkçi maddələr: maqnezium stearat, natrium nişastaqlikolyat tip A, mikrokristallik sellüloza tip 12, mikrokristallik sellüloza tip 101.
Təsviri
10 mq/5 mq tabletlər
Girdə, yastı, iti qıraqlı, bir tərəfi xətli və digər tərəfində “A+L” həkk olunmuş ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. Diametri 8 mm ± 0,1 mm.
Tabletin üzərindəki xətt tabletin bərabər dozalara bölünməsi üçün deyil, müstəsna olaraq, tabletin qırılması və qəbulunun asanlaşdırılması üçün nəzərdə tutulmuşdur.
20 mq/5 mq tabletlər
Girdə, hər iki tərəfi qabarıq, bir tərəfində “CF2” həkk olunmuş, digər tərəfində heç bir nişan olmayan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.
20 mq/10 mq tabletlər
Girdə, hər iki tərəfi qabarıq (R: 13 mm), bir tərəfində “CF3” həkk olunmuş, digər tərəfində heç bir nişan olmayan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir. Diametri 11 mm ± 0,1 mm.
Farmakoterapevtik qrupu
AÇF (angiotenzinçevirici ferment) inhibitorları və kalsium kanallarının blokatorları, lizinopril və amlodipin.
ATC kodu: C09BB03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Ekvator preparatı, tərkibində təsiredici maddələr şəklində lizinoprilin və amlodipinin fiksasiya olunmuş dozaları olan kombinəolunmuş preparatdır.
Lizinopril
Təsir mexanizmi
Lizinopril peptidildipeptidaza fermentinin inhibitorudur. Preparat, angiotenzin I-in damardaraldıcı xassəyə malik angiotenzin II-ə çevrilməsini kataliz edən angiotenzinçevirici fermenti inhibə edir. Angiotenzin II həmçinin, böyrəküstü vəzilər tərəfindən aldosteronun sekresiyasını stimullaşdırır. AÇF-in inhibə olunması angiotenzin II-in konsentrasiyasının aşağı düşməsinə gətirib çıxarır ki, bunun nəticəsində də aldosteronun damardaraldıcı aktivliyi aşağı düşür və sekresiyası azalır. Aldosteronun sekresiyasının azalması, qan zərdabında kaliumun miqdarının artmasına gətirib çıxara bilər.
Farmakodinamikası
Lizinopril tərəfindən arterial təzyiqin aşağı salınması mexanizminin əsasında, ilk növbədə renin-angiotenzin-aldosteron sisteminin tormozlanmasının dayandığı hesab olunur; buna əsasən, lizinopril hətta, renin tərkibinin aşağı düşməsi müşahidə olunan arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə həmçinin, arterial təzyiqi aşağı salır. AÇF, bradikinini parçalayan kinaza II fetrmenti ilə eynidir. Güclü damargenişləndirici peptid olan bradikininin yüksək konsentrasiyalarının, lizinoprilin terapevtik effektlərinə təsirini araşdırmaq lazımdır.
Klinik effektivliyi və təhlükəsizliyi
Ürək çatışmazlığı zamanı lizinoprilin xəstələnmə dərəcəsinə və ölüm göstəricisinə təsiri, lizinoprilin yüksək dozasının (sutkada 1 dəfə 32,5 mq və ya 35 mq) aşağı dozası (sutkada 1 dəfə 2,5 mq və ya 5 mq) ilə müqayisə etməklə öyrənilmişdir. Tədqiqatda 3164 pasiyent iştirak etmişdir, növbəti müşahidə dövrünün medianı 46 ay təşkil etmişdir (sağ qalan pasiyentlər üçün). Kombinəolunmuş son nöqtə üçün lizinoprilin yüksək dozası, riskin 12% aşağı düşməsini təmin etmişdir: aşağı doza ilə müqayisədə, bütün səbəblər üzrə ümumi ölüm və hospitalizasiya göstəriciləri (p=0,002) və ürək-damar xəstəlikləri səbəbindən ümumi ölüm və hospitalizasiya göstəricilərinin 8% aşağı düşməsi (p=0,036) müşahidə olunmuşdur. Ümumi ölüm göstəricisi (8%; p=0,128) və ürək-damar xəstəlikləri nəticəsində ölüm göstəricisi (10%; p=0,073) risklərinin aşağı düşməsi müşahidə olunmuşdur. Retrospektiv analiz zamanı, lizinoprili aşağı dozalarda qəbul edən pasiyentlərlə müqayisədə, preparatı yüksək dozalarda qəbul edən pasiyentlərdə ürək çatışmazlığı nəticəsində xəstəxanaya yerləşdirilmələrin sayı 24% aşağı düşmüşdür (p=0,002).
Lizinoprili yüksək və aşağı dozalarda qəbul edən pasiyentlərdə simptomların aradan qaldırılmasında heç bir fərq müşahidə edilməmişdir.
Tədqiqatın nəticələri onu göstərmişdir ki, lizinoprili yüksək və ya aşağı dozalarda qəbul edən pasiyentlərdə arzuolunmayan halların ümumi profilləri həm xüsusiyyətlərinə, həm də kəmiyyət göstəricilərinə görə oxşardırlar. AÇF-in inhibə olunması nəticəsində, meydana çıxan arterial hipotenziya və ya böyrək funksiyalarının pozulması kimi proqnozlaşdırılan arzuolunmayan hallar korreksiyaya müsbət cavab vermişdir və nadir hallarda müalicənin dayandırılmasına gətirib çıxarmışdır. Lizinoprili aşağı dozalarda qəbul edən pasiyentlərlə müqayisədə, preparatı yüksək dozalarda istifadə edən pasiyentlərdə öskürək, daha az müşahidə olunmuşdur.
GISSI-3 tədqiqatında, nəzarət qrupuna nisbətən, 6 həftə müddətində sərbəst və ya kombinasiyada istifadə edilən lizinoprilin və nitroqliserinin effektlərini müqayisə etmək məqsədi ilə 2×2 faktorial dizaynı istifadə edilmişdir. Kəskin miokard infarktı keçirdikdən sonra, 24 saat müddətində müalicə qəbul edən 19394 pasiyentin iştirakı ilə aparılan tədqiqatda, nəzarətlə müqayisədə lizinopril, ölüm riskinin statistik əhəmiyyətli dərəcədə 11% aşağı düşməsini təmin etmişdir (2p=0,03). Nitroqliserindən istifadə etdikdə riskin aşağı düşməsi, statistik əhəmiyyət kəsb etməmişdir, lakin, nəzarətlə müqayisədə, lizinopril və nitroqliserin kombinasiyasının istifadəsi, ölüm riskinin statistik əhəmiyyətli dərəcədə 17% aşağı düşməsinə gətirib çıxarmışdır (2p=0,02). Əvvəlcədən yüksək ölüm riskinə məruz qalan yaşlı pasiyentlər (> 70 yaş) və qadınlar yarımqruplarına ayrılan pasiyentlərdə kombinəolunmuş son nöqtə: ölüm göstəricisi və miokard funksiyaları ilə əlaqəli əhəmiyyətli üstünlük müşahidə edilmişdir. 6 həftə müddətində lizinopril və ya nitroqliserinlə birlikdə lizinopril qəbul edən pasiyentlərdə, kombinəolunmuş son nöqtə bütün pasiyentlər üçün və həmçinin, yüksək riskə məruz qalan yarımqruplar üçün kombinəolunmuş son nöqtə 6 aydan sonra əhəm0iyyətli dərəcədə yaxşılaşmışdır ki, bu da lizinoprilin profilaktik təsirinin mövcudluğunu göstərir. İstənilən damargenişləndirici müalicə zamanı olduğu kimi, lizinopril ilə müalicə aparıldıqda, arterial hipotenziyanın inkişaf etməsinin və böyrək funksiyalarının pozulmasının yüksək tezliyi qeyd olunmuşdur, lakin, göstərilən hallar ölüm göstəricisinin proporsional yüksəlməsi ilə müşayiət olunmamışdır.
Arterial hipertenziyadan və mikroalbuminuriya ilə xarakterizə olunan nefropatiyanın başlanğıc mərhələsi müşahidə olunan 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 335 pasiyentin iştirakı ilə lizinoprilin kalsium kanallarının blokatoru ilə müqayisəsi aparılan ikiqat kor randomizəolunmuş çoxmərkəzli tədqiqatda, 12 ay müddətində lizinoprilin 10-20 mq dozada sutkada 1 dəfə istifadəsi nəticəsində, sistolik/diastolik arterial təzyiq 13/10 mm.c.s-nu və albuminin sidiklə sekresiyası isə 40% aşağı düşmüşdür. Arterial təzyiqin eyni dərəcədə aşağı düşməsinə səbəb olan kalsium kanalının blokatoru ilə müqayisədə, lizinoprildən istifadə edən pasiyentlərdə albuminin sidiklə ekskresiyasının daha əhəmiyyətli dərəcədə azalması aşkar edilmişdir ki, bu da antihipertenziv effektə əlavə olaraq, lizinoprilin AÇF-inhibəedici təsirini təsdiq edir və həmçinin, böyrək toxumasına bilavasitə təsir göstərərək, mikroalbuminuriyanın aşağı düşməsinə səbəb olmuşdur.
Lizinopril ilə aparılan müalicə, qlikemiyanın nəzarətinə təsir göstərmir ki, bu da qlikozilləşmiş hemoqlobinin (HbA1c) miqdarına əhəmiyyətli təsirin olmaması ilə təsdiq olunur.
Renin-angiotenzin-aldosteron sisteminə (RAAS) təsir göstərən preparatlar
Randomizəolunmuş nəzarət olunan iki böyük tədqiqatda ONTARGET (ONgoing Telmisartan Alone and in combination with Ramipril Global Endpoint Trial) və VA NEPHRON-D (The Veterans Affairs Nephropathy in Diabetes) AÇF inhibitorunun və angiotenzin II reseptorları blokatorunun kombinasiyası öyrənilmişdir.
ONTARGET tədqiqatına, ürək-damar və ya serebrovaskulyar xəstəliklərdən və ya hədəf-orqanların zədələnməsi əlamətləri ilə müşayiət olunan 2-ci tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlər daxil edilmişdir.
VA NEPHRON-D tədqiqatında 2-ci tip şəkərli diabetdən və diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlər iştirak etmişdirlər. Həmin tədqiqatlarda böyrək və/və ya ürək-damar nəticələrinə və ölüm göstəricisinə əhəmiyyətli müsbət effekti göstərilməmişdir və eyni zamanda, göstərilən preparatlarla aparılan monoterapiya ilə müqayisədə, hiperkaliemiya, kəskin böyrək çatışmazlığı və/və ya arterial hipotenziya riskinin yüksəlməsi aşkar edilmişdir.
Farmakodinamikanın oxşarlığını nəzərə alaraq, həmin nəticələr həmçinin, digər AÇF inhibitorları və angiotenzin II reseptorlarının blokatorları üçün yararlıdır.
Beləliklə, diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarını və angiotenzin II reseptorlarının blokatorlarını eyni zamanda istifadə etmək olmaz.
ALTITUDE (Aliskiren Trial in Type 2 Diabetes Using Cardiovascular and Renal Disease Endpoints) tədqiqatında xroniki böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri və ya hər ikisi ilə müşayiət olunan 2-ci tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə AÇF inhibitoru və ya angiotenzin II reseptorlarının blokatorları ilə aparılan standart müalicəyə aliskirenin əlavə edilməsinin üstünlüyü öyrənilmişdir. Arzuolunmayan nəticələr riskinin yüksəlməsi ilə əlaqəli, tədqiqat vaxtından əvvəl dayandırılmışdır. Plasebo qrupu ilə müqayisədə, aliskirenlə müalicə qəbul edən qrupda ürək-damar səbəbli ölüm göstəricisi və insult daha tez-tez baş vermişdir. Plasebo qrupu ilə müqayisədə, aliskirenlə müalicə qəbul edən pasiyentlərdə, xüsusi maraq kəsb edən arzuolunmayan hallar və ciddi arzuolunmayan hallar (hiperkaliemiya, arterial hipotenziya və böyrək çatışmazlığı) daha tez-tez müşahidə olunmuşdur.
Uşaq yaşlı pasiyentlər
6-16 yaşlı arterial hipertenziyadan əziyyət çəkən 115 uşağın iştirakı ilə aparılan klinik tədqiqatda, bədən kütləsi 50 kq-dan aşağı olan pasiyentlər, lizinoprili sutkada 1 dəfə 0,625 mq, 2,5 mq və ya 20 mq dozalarda qəbul etmişdirlər, bədən kütləsi 50 kq və daha artıq olan pasiyentlər isə lizinoprili sutkada 1 dəfə 1,25 mq, 5 mq və ya 40 mq dozalarda qəbul etmişdirlər. Lizinoprilin istifadəsi ilə (sutkada bir dəfə qəbul etdikdə) 2 həftə müddətində aparılan müalicədən sonra, arterial təzyiq 1,25 mq-dan yuxarı dozalarda meydana çıxan davamlı antihipertenziv effektlə, dozadan asılı olaraq aşağı düşmüşdür.
Həmin effekt “ləğvetmə” mərhələsində, lizinoprilin orta və yüksək dozaları qruplarına randomizə olunmuş pasiyentlərə nisbətən, plasebo qrupuna randomizə olunmuş pasiyentlərdə, diastolik arterial təzyiqin təxminən 9 mm.c. s-dən artıq yüksəldiyi halda təsdiq olunmuşdur.
Lizinoprilin dozadan asılı antihipertenziv effekti, yaş, Tanner mərhələləri, cins və irqə görə bölünmüş bir neçə demoqrafik yarımqruplarda eyni olmuşdur.
Amlodipin
Amlodipin – dihidropiridin qrupundan olan, kalsium ionlarının hüceyrədaxilinə axınının inhibitorudur (ləng kalsium kanallarının blokatoru və ya kalsium ionlarının antaqonisti), kalsium ionlarının membranlardan keçərək miokardın və damarların saya əzələli hüceyrələrinə daxil olmasını blokadaya alır.
Amlodipinin antihipertenziv təsir mexanizmı, damarların saya əzələlərinə birbaşa boşaldıcı təsiri ilə əlaqəlidir. Amlodipinin stenokardiyanın təzahürlərini hansı yolla yüngülləşdirdiyinin dəqiq mexanizmi məlum deyil, lakin, ümumi işemik yüklənməni amlodipin iki mexanizm vasitəsi ilə aşağı salır:
- amlodipin periferik arteriolları genişləndirir və beləliklə, ümumi periferik müqaviməti (postyüklənməni) aşağı salır. Ürək yığılmalarının tezliyinin stabil qalmasını nəzərə alaraq, bu, miokardın enerji sərfiyyatının aşağı düşməsinə və oksigenə olan tələbatın azalmasına gətirib çıxarır;
- amlodipinin təsir mexanizminə həmçinin, ehtimal ki, həm qan dövranı normal olan nahiyələrdə, həm də işemiya nahiyələrində əsas koronar arteriyaların və arteriolların genişlənməsi daxildir. Bu, vazospastik stenokardiyadan (Prinsmetal stenokardiyası və ya variant stenokardiyası) əziyyət çəkən pasiyentlərdə oksigenin miokarda daxil olmasının artmasına gətirib çıxarır.
Arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə amlodipinin sutkada 1 dəfə istifadəsi, həm vertikal, həm də horizontal vəziyyətlərdə 24 saat müddətində arterial təzyiqin klinik əhəmiyyətli aşağı düşməsinə gətirib çıxarır. Preparatın təsirinin tədricən başlanması nəticəsində, sürətli hipotenziv effekt müşahidə olunmur.
Stenokardiyadan əziyyət çəkən pasiyentlərdə amlodipinin sutkada 1 dəfə istifadəsi nəticəsində, fiziki yüklənmə müddəti artır, stenokardiya tutmasının və ST seqmentin depressiyasının (1mm) inkişaf etməsi ləngiyir, stenokardiya tutmalarının baş vermə tezliyi aşağı düşür və nitroqliserin tabletlərinin istifadəsi azalır.
Amlodipin, maddələr mübadiləsinə və ya qan plazmasının lipidlərinin konsentrasiyasına heç bir mənfi təsir göstərmir və bronxial astmadan, şəkərli diabetdən və podaqradan əziyyət çəkən pasiyentlərin müalicəsi üçün istifadə edilə bilər.
Ürək çatışmazlığı
NYHA təsnifatına əsasən II-IV-cü funksional sinif (FS) ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə hemodinamik tədqiqatların və fiziki yüklənmə ilə nəzarət olunan klinik tədqiqatların nəticələri amlodipinin klinik pisləşməyə gətirib çıxarmamasını göstərmişdir ki, bu da, fiziki yüklənməyə qarşı tolerantlığın, sol mədəcik atım fraksiyasının ölçülməsinin nəticələrinin göstəriciləri ilə və klinik simptomatika ilə təsdiq olunur.
Diqoksindən, diuretiklərdən və AÇF inhibitorlarından istifadə edən NYHA təsnifatına əsasən III-IV-cü FS ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin iştirakı ilə preparatın təsirinin qiymətləndirilməsi aparılan plasebo nəzarətli tədqiqatın (PRAISE) nəticələri onu göstərmişdir ki, amlodipin ölüm riskinin və ya kombinəolunmuş son nöqtə – ölüm göstəricisi və ürək çatışmazlığı xəstəliyinin göstəricisinin artmasına gətirib çıxarmır.
Stabil dozalarda AÇF inhibitorlarından, üskükotu preparatlarından və diuretiklərdən istifadə edən ürəyin işemik xəstəliyinin ilkin mövcudluğunu bildirən klinik simptomlar və ya obyektiv əlamətlər müşahidə olunmayan NYHA təsnifatına əsasən III-IV-cü FS ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin iştirakı ilə amlodipinin təsirinin öyrənilməsi aparılan uzunmüddətli plasebo nəzarətli tədqiqatın (PRAİSE-2) nəticələri onu göstərir ki, amlodipinin ürək-damar xəstəlikləri nəticəsində ümumi ölüm göstəricilərinə heç bir təsiri yoxdur. Göstərilən qrup pasiyentlərində ağciyər ödemi halları daha tez-tez qeydə alınmışdır.
Ürək yığılmalarının tezliyinə hipotenziv və hipolipidemik preparatların təsirinin tədqiqi (ALLHAT)
Yüngül və orta dərəcəli arterial hipotenziya zamanı birinci xətt müalicəsi şəklində 2,5-10 mq/sutkada dozada amlodipinin (kalsium kanallarının blokatoru) və ya 10-40 mq/sutkada dozada lizinoprilin (AÇF inhibitoru) və 12,5-25 mq/sutkada dozada tiazid diuretik olan xlortalidonun istifadəsi ilə yeni müalicə sxemlərinin müqayisəsi məqsədi ilə xəstələnmə və ölüm göstəricisinin “Ürək yığılmalarının tezliyinə hipotenziv və hipolipidemik preparatların təsirinin tədqiqi” (ALLHAT) adlı randomizəolunmuş, ikiqat kor tədqiqatı aparılmışdır.
Arterial hipertenziyadan əziyyət çəkən 55 və daha yuxarı yaşlı ümumilikdə, 33357 pasiyent randomizə olunmuşdur və onlar, orta hesabla 4,9 il müddətində nəzarət altında saxlanılmışdır. Pasiyentlərdə, anamnezlərində (tədqiqata daxil edilməzdən > 6 ay əvvəl) miokard infarktı və ya insult daxil olmaqla, ÜİX-nin (ürəyin işemik xəstəliyinin) ən azı bir əlavə risk faktoru və ya sənədlə təsdiq olunmuş digər aterosklerotik ÜDX (ürək damar xəstəliyi) (cəmi 51,5%), 2-ci tip şəkərli diabet (36,1%), YSLP-XS (yüksək sıxlıqlı lipoproteinlərin xolesterini) <35 mq/dl (11,6%), elektrokardioqrafiya və ya exokardioqrafiya əsasında diaqnozu təsdiq olunmuş sol mədəcik hipertrofiyası (20,9%), tədqiqata daxil olunan zaman tütündən istifadə (21,9%) qeyd olunmuşdur.
Birincili son nöqtə fatal ÜİX kompleksi və ya qeyri-fatal miokard infarktı olmuşdur. Amlodipinlə və xlortalidonla aparılan müalicə arasında birincili son nöqtədə əhəmiyyətli fərqlər qeyd olunmamışdır: nisbi risk (NR) 0,98; 95% Eİ (etibarlılıq intervalı) [0,90‒1,07], p=0,65. İkincili son nöqtələr arasında ürək çatışmazlığının tezliyi (kombinəolunmuş ürək-damar son nöqtəsinin komponenti), xlortalidondan istifadə edən qrupla müqayisədə, amlodipindən istifadə edən qrupda əhəmiyyətli dərəcədə yüksək olmuşdur (7,7%-lə müqayisədə 10,2%, NR 1,38, 95% Eİ [1,25–1,52], p<0,001). Bu zaman, amlodipinlə və xlortalidonla aparılan müalicə arasında, ümumi ölüm göstəricisində əhəmiyyətli fərqlər müşahidə olunmamışdır: NR 0,96, 95% Eİ [0,89‒1,02], p=0,20.
Uşaq yaşlı pasiyentlər (6 yaş və daha yuxarı)
6-17 yaşlı əsasən ikincili arterial hipertenziyalı 268 uşağın iştirakı ilə aparılan tədqiqatda, amlodipinin 2,5 mq və 5,0 mq dozalarının plasebo ilə müqayisəsi, amlodipinin hər iki dozasının plaseboya nisbətən, sistolik arterial təzyiqi əhəmiyyətli dərəcədə çox aşağı saldığını göstərmişdir. Amlodipinin iki dozası arasında fərq, statistik əhəmiyyət kəsb etməmişdir.
Amlodipinin boy artımına, cinsi yetişkənliyə və ümumi inkişafa uzunmüddətli təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Yetkinlik yaşlarında ürək-damar səbəblərindən xəstələnmə və ölüm göstəricilərinin aşağı salınması məqsədi ilə, uşaqlarda amlodipinin istifadəsinin uzunmüddətli effektivliyi həmçinin, müəyyən edilməmişdir.
Farmakokinetikası
Lizinopril
Lizinopril – daxilə qəbul edildikdə aktivlik nümayiş etdirən, tərkibində sulfhidril qrupu olmayan AÇF inhibitorudur.
Sorulması
Daxilə qəbul edildikdə, lizinoprilin qan zərdabında maksimal konsentrasiyası təxminən 7 saatdan sonra müşahidə olunur, bu zaman kəskin miokard infarktından əziyyət çəkən pasiyentlərin qan zərdabında maksimal konsentrasiyanın əldə olunma müddətinin bir qədər uzanmasına meyllilik qeyd olunmuşdur.
Orqanizmdən sidiklə xaricolması barədə məlumatlara əsasən, lizinoprilin orta sorulma dərəcəsi təxminən 25% təşkil edir, tədqiq olunan dozalar diapazonunda (5 mq-dan 80 mq-a qədər) müxtəlif pasiyentlərdə dəyişkənlik 6%-dən 60%-ə qədər təşkil edir. Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə lizinoprilin mütləq biomənimsənilməsi təxminən 16% aşağı düşür. Lizinoprilin sorulması qida qəbulundan asılı deyil.
Paylanması
Lizinopril, dövr edən angiotenzinçevirici ferment (AÇF) istisna olmaqla, qan zərdabının zülalları ilə birləşmir. Siçovullar üzərində aparılan tədqiqatlarda göstərilmişdir ki, lizinopril hematoensefalik baryerdən demək olar ki, keçmir.
Xaric olması
Lizinopril metabolizmə məruz qalmır və orqanizmdən, dəyişilməmiş halda sidiklə xaric olunur. Lizinoprildən dəfələrlə təkrar istifadə etdikdə, effektiv yarımxaricolma dövrü 12,6 saat təşkil edir. Sağlam könüllülərdə lizinoprilin klirensi təxminən 50 ml/dəqiqədə təşkil edir. Qan zərdabında preparatın konsentrasiyasının aşağı düşməsi uzadılmış terminal mərhələyə malikdir və bu hal, təsiredici maddənin orqanizmdə toplanmasına səbəb olmur. Ehtimal olunur ki, həmin terminal mərhələ AÇF ilə AÇF ilə doymuş birləşmədir və doza ilə qeyri-proporsionaldır.
Xüsusi pasiyent qruplarında farmakokinetik xarakteristikaları
Qaraciyər çatışmazlığı
Qaraciyər sirrozundan əziyyət çəkən pasiyentlərdə qaraciyər funksiyalarının pozulması, lizinoprilin sorulmasının aşağı düşməsinə (sidiklə xaricolması barədə məlumatlara əsasən, təxminən 30%) gətirib çıxarır, lakin, klirensin aşağı düşməsi hesabına sağlam könüllülərlə müqayisədə, sistem ekspozisiyası artır (təxminən 50%).
Böyrək çatışmazlığı
Böyrək funksiyalarının pozulması, böyrəklər vasitəsi ilə xaric olunan lizinoprilin xaricolmasını azaldır, lakin, həmin bu azalma yalnız borucuq filtrasiyasının sürəti 30 ml/dəqiqədən aşağı olduğu halda klinik əhəmiyyət kəsb edir. Ağır dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi 5-dən 30 ml/dəqiqəyə qədər) orta AUC göstəricisinin 4,5 dəfə artdığı müşahidə olunduğu halda, yüngül və orta dərəcəli böyrək çatışmazlığı zamanı (kreatinin klirensi 30-dan 80 ml/dəqiqəyə qədər) orta AUC göstəricisi yalnız 13% artmışdır. Lizinopril orqanizmdən dializ vasitəsi ilə xaric oluna bilər. 4 saat müddətində davam edən hemodializ prosedurasından sonra, qan plazmasında lizinoprilin konsentrasiyası orta hesabla 60% aşağı düşmüşdür, dializ klirensi isə 40-dan 55 ml/dəqiqəyə qədər təşkil etmişdir.
Ürək çatışmazlığı
Sağlam könüllülərlə müqayisədə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə qan plazmasında lizinoprilin konsentrasiyası daha yüksək olmuşdur (AUC göstəricisinin orta hesabla 125% artması), lakin, sidiklə xaricolması barədə məlumatlara əsasən, sağlam könüllülərlə müqayisədə, həmin pasiyentlərdə lizinoprilin sorulması təxminən 16% aşağı düşür.
Uşaq yaşlı pasiyentlər
Lizinoprilin farmakokinetik profili yumaqcıq filtrasiyasının sürəti (YFS) 30 ml/dəq/1,73 m2-dən yüksək olan arterial hipertenziyadan əziyyət çəkən 6-yaşdan 16 yaşa qədər 29 pasiyentdə tədqiq olunmuşdur. Lizinoprili 0,1-dən 0,2 mq/kq-a qədər dozada qəbul etdikdən sonra, lizinoprilin qan plazmasında maksimal tarazlıq konsentrasiyası 6 saat müddətində əldə olunmuşdur; sorulma dərəcəsi isə, sidiklə xaricolması barədə məlumatlara əsasən, təxminən 28% təşkil etmişdir. Bu göstəricilər, əvvəllər böyüklərdə əldə olunan nəticələrlə analoji olmuşdur.
Göstərilən tədqiqatda uşaqlarda AUC və Cmax göstəriciləri, böyüklər üçün əldə olunan göstəricilərlə müqayisə oluna bilər.
Yaşlı pasiyentlər
Daha gənc pasiyentlərlə müqayisədə, yaşlı pasiyentlərdə qan plazmasında lizinoprilin daha yüksək konsentrasiyası və farmakokinetik əyrisi altındakı sahənin daha yüksək göstəriciləri (təxminən 60% artıq) müşahidə olunur.
Amlodipin
Sorulması, paylanması və qan plazmasının zülalları ilə birləşməsi
Terapevtik dozalarda daxilə qəbul edildikdən sonra amlodipin yaxşı sorulur, daxilə qəbul edildikdə, qan plazmasında maksimal konsentrasiyası 6-12 saatdan sonra əldə olunur. Mütləq biomənimsənilməsi 64%-dən 80%-ə qədər təşkil edir. Paylanma həcmi təxminən, 21 l/kq təşkil edir. İn vitro şəraitdə aparılan tədqiqatlar onu göstərmişdir ki, dövr edən amlodipinin təxminən 97,5%-i qan plazmasının zülalları ilə birləşmişdir.
Qida qəbulu amlodipinin sorulmasına təsir göstərmir.
Biotransformasiyası və xaricolması
Qan plazmasından terminal yarımxaricolma dövrü təxminən 35-50 saat təşkil edir və preparatın sutkada 1 dəfə qəbuluna müvafiqdir. Amlodipin qaraciyərdə, qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə, intensiv metabolizmə məruz qalır; bu zaman, ilkin birləşmənin 10%-i və metabolitlərin 60% sidiklə xaric olunur.
Xüsusi pasiyent qruplarında farmakokinetik xarakteristikaları
Qaraciyər çatışmazlığı
Amlodipinin qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə istifadəsi barədə klinik məlumatlar çox məhduddur. Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə amlodipinin klirensi aşağıdır ki, bu da yarımxaricolma dövrünün uzanmasına və AUC göstəricisinin təxminən 40-60% artmasına gətirib çıxarır.
Yaşlı pasiyentlər
Qan plazmasında amlodipinin maksimal konsentrasiyasının əldə olunması müddəti yaşlı pasiyentlərdə və daha gənc pasiyentlərdə demək olar ki, eynidir. Amlodipinin klirensinin aşağı düşməsinə meyllilik müşahidə olunur ki, bu da yaşlı pasiyentlərdə AUC göstəricisinin artmasına və yarımxaricolma dövrünün uzanmasına gətirib çıxarır.
Durğunluq ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə AUC göstəricisinin artması və yarımxaricolma dövrünün uzanması, tədqiq olunan yaş qrupu üçün gözlənilən göstəricilərə müvafiq olmuşdur.
Uşaq yaşlı pasiyentlər
Amlodipini sutkada 1 və ya 2 dəfə 1,25-dən 20 mq-a qədər dozalarda qəbul edən arterial hipertenziyadan əziyyət çəkən 1 yaşdan 17 yaşa qədər 74 pasiyentin (34 pasiyent 6-12 yaşlı və 28 pasiyent 13-17 yaşlı) iştirakı ilə farmakokinetik tədqiqat aparılmışdır. Daxilə qəbul edildikdə, 6-12 yaşlı uşaqlarda və 13-17 yaşlı yeniyetmələrdə klirens (CL/F), oğlanlar üçün müvafiq olaraq 22,5 və 27,4 l/saat və qızlar üçün 16,4 və 21,3 l/saat təşkil etmişdir. Qan plazmasında amlodipinin konsentrasiyasında əhəmiyyət kəsb edən fərdi dəyişkənlik müşahidə olunmuşdur. Amlodipinin 6 yaşa qədər uşaqlarda istifadəsi barədə məhdud məlumatlar mövcuddur.
Fiksasiya olunmuş dozalı kombinəolunmuş preparat
Ekvator preparatının təsiredici maddələri arasında heç bir farmakokinetik qarşılıqlı təsir təsvir olunmamışdır. Preparatın farmakokinetik göstəriciləri (AUC, Cmax, Tmax, T½), təsiredici maddələrin ayrı-ayrılıqda istifadəsindən sonra müvafiq göstəricilərdən fərqlənməmişdir.
Qida qəbulu Ekvator preparatının MBT-də (mədə-bağırsaq traktında) sorulmasına təsir göstərmir.
İstifadəsinə göstərişlər
Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi.
Ekvator preparatının istifadəsi, lizinoprilin və amlodipinin göstərilən dozalarda eyni zamanda qəbulu fonunda arterial təzyiqə adekvat nəzarət olunan yetkin yaşlı pasiyentlərdə əvəzedici müalicə vasitəsi kimi göstərişdir.
Əks göstərişlər
Lizinopril ilə əlaqəli:
- lizinoprilə və ya hər-hansı digər angiotenzinçevirici ferment (AÇF) inhibitoruna qarşı yüksək həssaslıq;
- anamnezdə AÇF inhibitorları ilə əvvəllər aparılan müalicə ilə əlaqəli angionevrotik ödem;
- irsi və ya idiopatik angionevrotik ödem;
- hamiləliyin 2-ci və 3-cü trimestrləri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax);
- şəkərli diabetdən və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (YFS < 60 ml/dəq/1,73 m2), Ekvator preparatının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə bax);
- sakubitril/valsartan ilə eyni zamanda istifadəsi. Sakubitrilin/valsartanın sonuncu dozasının istifadəsindən sonra 36 saatdan tez Ekvator preparatının qəbulunu başlamaq olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).
Amlodipin ilə əlaqəli:
- amlodipinə və ya hər-hansı digər dihidropiridin törəməsinə qarşı yüksək həssaslıq;
- ağır dərəcəli arterial hipotenziya;
- şok (o cümlədən, kardiogen şok);
- sol mədəciyin çıxarıcı traktının obstruksiyası (ağır dərəcəli aortal stenoz);
- kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Ekvator preparatı ilə əlaqəli:
Hər iki komponentin istifadəsi ilə əlaqəli yuxarıda göstərilən bütün əks göstərişlər həmçinin, kombinəolunmuş Ekvator preparatına da aiddir.
“Tərkibi” bölməsində qeyd olunan istənilən köməkçi maddələrdən hər-hansına qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ayrı-ayrı komponentlərin istifadəsi ilə əlaqəli aşağıda qeyd olunan bütün xəbərdarlıqlar həmçinin, kombinəolunmuş Ekvator preparatına da aiddir.
Lizinopril ilə əlaqəli
Simptomatik arterial hipotenziya
Ağırlaşmamış arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə nadir hallarda simptomatik arterial hipotenziya müşahidə olunur. Pasiyentdə dövr edən qanın həcmi, məsələn, diuretiklərin istifadəsi, qidada xörək duzunun məhdudlaşdırılması ilə pəhrizin saxlanılması, dializ, diareya və ya qusma nəticəsində aşağı düşdükdə və ya renindən asılı ağır dərəcəli hipertenziya müşahidə olunduqda, lizinoprildən istifadə edən arterial hipertenziyadan əziyyət çəkən pasiyentlərdə arterial hipotenziyanın baş verməsi daha çox ehtimal olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax). Böyrək çatışmazlığı ilə müşayiət olunan və ya müşayiət olunmayan ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə simptomatik arterial hipotenziya müşahidə olunmuşdur. Göstərilən hal, daha ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir və ilgək diuretiklərinin daha yüksək dozalarının istifadəsinin, hiponatriemiyanın və ya funksional böyrək çatışmazlığının nəticəsi kimi meydana çıxır. Müalicənin əvvəlində və dozanı korreksiya etdikdə, simptomatik arterial hipotenziyanın inkişaf etməsi üzrə risk qrupunda olan pasiyentlərin vəziyyətlərinin hərtərəfli monitorinqini aparmaq lazımdır. Eyni tövsiyələr, arterial təzyiqin həddindən artıq aşağı düşməsi infarkt miokardına və ya beyin qan dövranının kəskin pozulmasına gətirib çıxara bilən ürəyin işemik xəstəliyindən və ya serebrovaskulyar xəstəlikdən əziyyət çəkən pasiyentlərə də aiddir.
Arterial hipotenziya inkişaf etdiyi halda, pasiyenti arxası üstə uzatmaq və zərurət yarandıqda, fizioloji məhlulun venadaxili infuziyasını həyata keçirmək lazımdır. Qısamüddətli hipotenziv reaksiya lizinoprilin növbəti istifadəsi üçün əks göstəriş deyil, adətən, dövr edən qanın həcmi artırıldıqdan və arterial təzyiq bərpa olunduqdan dərhal sonra, preparatı istifadə etmək olar. Arterial təzyiq normal və ya aşağı olan ürək çatışmazlığından əziyyət çəkən bəzi pasiyentlərdə lizinoprildən istifadə etdikdə, əlavə olaraq, sistem arterial təzyiqin aşağı düşməsi müşahidə oluna bilər. Göstərilən effekt gözləniləndir və adətən, müalicənin dayandırılmasını tələb etmir. Atrerial hipotenziyanın klinik təzahürlərı şiddətləndıkdə, dozanın aşağı salınması və ya lizinoprilin istifadəsinin dayandırılması tələb oluna bilər.
Kəskin miokard infarktı zamanı arterial hipotenziya
Kəskin miokard infarktı zamanı, vazodilatatorlarla müalicədən sonra gələcəkdə hemodinamikanın ciddi pisləşməsi riski ilə üzləşə bilən pasiyentlərdə, lizinopril ilə müalicəyə başlamaq olmaz. Belə pasiyentlərə sistolik arterial təzyiq 100 mm.c.s. və daha aşağı olan və ya kardiolgen şok keçirən pasiyentlər aiddir. Sistolik arterial təzyiq 120 mm.c.s. və ya daha aşağı olduqda, miokard infarktından sonra ilk 3 gün müddətində preparatın dozasını aşağı salmaq lazımdır. Sistolik arterial təzyiq 100 mm.c.s. və ya daha aşağı olduqda, dəstəkləyici dozaları 5 mq-a qədər və ya müvəqqəti olaraq, 2,5 mq-a qədər aşağı salmaq lazımdır. Arterial hipotenziya (sistolik arterial təzyiq 1 saatdan çox müddət ərzində 90 mm.c.s. səviyyəsində saxlanıldıqda) saxlanıldığı halda, lizinoprilin istifadəsini dayandırmaq lazımdır.
Aortal və mitral qapaq stenozu/hipertrofik kardiomiopatiya
Digər AÇF inhibitorlarının istifadəsi zamanı olduğu kimi, mitral qapağın stenozu və aortal stenoz və ya hipertrofik kardiomiopatiya kimi, sol mədəciyin çıxarıcı traktının obstruksiyası müşahidə olunan pasiyentlərə lizinoprili ehtiyatla təyin etmək lazımdır.
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəqiqədə) lizinoprilin başlanğıc dozasını pasiyentin kreatinin klirensindən asılı olaraq və gələcəkdə pasiyentin aparılan müalicəyə reaksiyasından seçmək lazımdır. Kaliumun miqdarına və kreatinin konsentrasiyasına planlı nəzarət, belə pasiyentlərin müalicəsinin standart tibbi təcrübəsinin bir hissəsidir.
AÇF inhibitorları ilə müalicəyə başladıqdan sonra, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə müşahidə olunan arterial hipertenziya gələcəkdə böyrək funksiyalarının pisləşməsinə gətirib çıxara bilər. Belə hallarda, bir qayda olaraq, müvəqqəti kəskin böyrək çatışmazlığı halları barədə məlumatlar daxil olmuşdur.
Angiotenzinçevirici ferment inhibitorları qəbul edən, böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu olan bəzi pasiyentlərdə, qanda sidik cövhərinin və qan zərdabında kreatinin konsentrasiyalarının yüksəlməsi müşahidə olunmuşdur; bu hal, bir qayda olaraq, müalicə dayandırıldıqdan sonra aradan qalxır. Bu vəziyyət xüsusilə, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir.
Eyni zamanda vazorenal arterial hipertenziya olduğu halda, ağır dərəcəli arterial hipotenziyanın və böyrək çatışmazlığının inkişaf etmə riski yüksəlir. Belə pasiyentlərdə müalicəni, ciddi tibbi nəzarət altında, aşağı dozaların istifadəsi ilə başlamaq və dozanı ehtiyatla artırmaq lazımdır. Diuretiklərlə aparılan müalicənin yuxarıda göstərilən vəziyyətin dərinləşməsinə səbəb ola biləcəyini nəzərə alaraq, onların istifadəsini dayandırmaq və eyni zamanda, lizinopril ilə müalicənin ilk həftələrində böyrək funksiyalarına nəzarət etmək lazımdır.
Əvvəlcədən şiddətli vazorenal hipertenziya ilə müşayiət olunmayan arterial hipertenziyalı bəzi pasiyentlərdə, xüsusilə lizinoprilin diuretiklə eyni zamanda istifadə edildiyi hallarda, qanda sidik cövhərinin və qan zərdabında kreatininin konsentrasiyasının, adətən əhəmiyyət kəsb etməyən və tranzitor yüksəlməsi qeyd olunmuşdur. Bu vəziyyət xüsusilə, əvvəlcədən böyrək çatışmazlığı müşahidə olunan pasiyentlərdə daha çox ehtimal edilir. Diuretikin və/və ya lizinoprilin dozasının aşağı salınması və/və ya istifadəsinin dayandırılması tələb oluna bilər. Kəskin miokard infarktı zamanı böyrək çatışmazlığı əlamətləri, xüsusilə, qan zərdabında kreatinin konsentrasiyasının 177 mkmol/l-dən çox yüksəlməsi və/və ya proteinuriyanın 500 mq/sutkada göstəricidən çox artması müşahidə olunan pasiyentlərdə lizinoprilin istifadəsi ilə müalicəni başlamaq olmaz. Lizinoprillə müalicə müddətində böyrək funksiyalarının pozulması inkişaf etdiyi halda (qan zərdabında kreatinin konsentrasiyası 265mkmol/l-dən yüksək olduqda və ya müalicədən əvvəl müvafiq göstərici ilə müqayisədə iki dəfə artıq olduqda), həkim lizinoprilin istifadəsinin dayandırılmasının məqsədə uyğun olduğunu nəzərdən keçirməlidir.
Yüksək həssaslıq, angionevrotik ödem
Lizinopril daxil olmaqla, angiotenzinçevirici ferment inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə nadir hallarda üz nahiyəsinin, əllərin və ayaqların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödeminin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Angionevrotik ödem müalicənin istənilən mərhələsində meydana çıxa bilər. Belə hallarda, lizinoprilin istifadəsini dərhal dayandırmaq, müvafiq müalicə təyin etmək və pasiyent evə buraxılana qədər bütün simptomların tamamilə aradan qalxmasına əmin olmaq üçün onun tibbi nəzarət altında saxlanılmasını təmin etmək lazımdır. Tənəffüs çatışmazlığı ilə müşayiət olunmayan, yalnız dil nahiyəsində ödem meydana çıxdığı halda, pasiyentə uzunmüddətli müşahidə tələb oluna bilər, çünki antihistamin preparatlarla və kortikosteroidlərlə müalicənin aparılması kifayət etməyə bilər.
Qırtlaq ödemi və ya dilin odemi ilə əlaqəli angionevrotik ödem nəticəsində, ölüm halları barədə çox nadir məlumatlar mövcuddur. Dilin, səs yarığının və qırtlağın zədələnməsi müşahidə olunan pasiyentlərdə, xüsusilə, əvvəllər tənəffüs yolları üzərində əməliyyat keçirmiş pasiyentlərdə tənəffüs yollarının obstruksiyası meydana çıxa bilər. Belə hallarda, dərhal təcili tibbi yardım göstərmək lazımdır. Təcili yardım adrenalinin yeridilməsini və/və ya tənəffüs yollarının sərbəst keçiriciliyinin dəstəklənməsini əhatə etməlidir. Simptomlar tam və stabil aradan qalxana qədər, pasiyent ciddi tibbi nəzarət altında saxlanılmalıdır.
Angiotenzinçevirici ferment inhibitorları, digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödemin inkişaf etməsinə daha tez-tez səbəb olurlar.
AÇF inhibitorları ilə əvvəllər aparılan müalicə ilə əlaqəli olmayan angionevrotik ödem müşahidə edilən pasiyentlər, AÇF inhibitorlarından istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsi ilə üzləşə bilərlər (“Əks göstərişlər” bölməsinə bax).
Angionevrotik ödemin inkişaf etmə riski ilə əlaqəli, AÇF inhibitorlarının sakubitril/valsartan ilə eyni zamanda istifadəsi əks göstərişdir. Lizinoprilin sonuncu dozasının istifadəsindən sonra 36 saatdan tez sakubitrilin/ valsartanın ilk dozasını qəbul etmək olmaz. Lizinopril ilə müalicəni, sakubitrilin/valsartanın sonuncu dozasının istifadəsindən sonra 36 saatdan tez başlamaq olmaz (“Əks göstərişlər” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).
AÇF inhibitorlarının və rasekadotrilin, mTOR inhibitorlarının (məsələn, sirolimus, everolimus, temsirolimus) və həmçinin, vildaqliptinin eyni zamanda istifadəsi, angionevrotik ödemin (məsələn, tənəffüs çatışmazlığı ilə müşayiət olunan və ya onsuz, tənəffüs yollarının və dilin ödemi) inkişaf etmə riskini yüksəldə bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə rasekadotrillə, mTOR inhibitorları ilə və həmçinin, vildaqliptinlə müalicəni ehtiyatla başlamaq lazımdır.
Hemodializ proseduraları qəbul edən pasiyentlərdə anafilaktoid reaksiyalar
Yüksək keçiriciliyə malik yüksək axarlı dializ membranlarının (məsələn, AN 69) istifadəsi ilə dializ proseduraları qəbul edən və eyni zamanda AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə anafilaktoid reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Belə pasiyentlərdə digər növ dializ membranının və ya fərqli sinifdən olan hipotenziv preparatın istifadəsinin məqsədəuyğun olmasını nəzərdən keçirmək lazımdır.
Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) aferezi zamanı anafilaktoid reaksiyalar
Dekstran sulfatın istifadəsi ilə aparılan ASLP-in aferezi zamanı, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyalar meydana çıxmışdır. Hər bir aferez prosedurasından əvvəl, AÇF inhibitorlarının qəbulunun müvəqqəti dayandırılması yolu ilə, bu cür reaksiyaların qarşısını almaq olar.
Desensibilizasiya
Zarqanadlıların zəhəri (məsələn, Hymenoptera venom) ilə desensibilizasiya aparılan müddət ərzində, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə davamlı anafilaktoid reaksiyaları meydana çıxa bilər. Belə pasiyentlərdə AÇF inhibitorlarının istifadəsini müvəqqəti dayandırmaqla anafilaktoid reaksiyaların qarşısını almaq mümkün olmuşdur və həmin dərman preparatını təsadüfən təkrar qəbul etdikdən sonra, bu reaksiyalar yenidən inkişaf etmişdir.
Qaraciyər çatışmazlığı
AÇF inhibitorlarının istifadəsi, çox nadir hallarda xolestatik sarılıqdan başlayan və fulminant nekroza qədər proqressivləşən sindromla müşayiət olunmuşdur və (bəzi hallarda) ölüm nəticəsinə gətirib çıxarmışdır. Göstərilən sindromun inkişaf etmə mexanizmi aydın deyil. Lizinoprilin istifadəsi fonunda sarılıq inkişaf etməsi və ya “qaraciyər” fermentlərinin aktivliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə olunan pasiyentlərdə lizinoprilin istifadəsini dayandırmaq və pasiyenti müvafiq tibbi müşahidə altında saxlamaq lazımdır.
Neytropeniya/aqranulositoz
AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiyanın inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Digər ağırlaşdıran faktorlar olmadığı halda böyrək funksiyaları normal olan pasiyentlərdə, neytropeniya nadir hallarda inkişaf edir. Neytropeniya və aqranulositoz müvəqqəti xarakter daşıyırlar və AÇF inhibitorunun istifadəsi dayandırıldıqdan sonra aradan qalxırlar.
Birləşdirici toxumanın sistem xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə immunodepressantlarla, allopurinolla və ya prokainamidlə müalicə aparıldıqda və ya göstərilən ağırlaşdırıcı faktorlar birlikdə olduqda, xüsusilə əvvəlcədən böyrək funksiyalarının pozulması müşahidə olunduğu halda, lizinoprili ehtiyatla təyin etmək lazımdır. Həmin pasiyentlərin bəzilərində, bəzi hallarda antibiotiklərlə intensiv müalicəyə cavab verməyən ağır dərəcəli infeksion xəstəliklər inkişaf etmişdir. Belə pasiyentlərdə lizinoprilin istifadəsi ilə aparılan müalicə müddətində, vaxtaşırı laborator tədqiqatlar aparmaq (leykositar formulun hesablanması ilə qan analizi) və həmçinin pasiyentlərə, infeksion xəstəliyin ilk əlamətlərinin meydana çıxması barədə həkimi məlumatlandırmağın vacib olduğunu bildirmək tövsiyə olunur.
Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası
Təsdiq olunmuşdur ki, AÇF inhibitorlarının və angiotenzin II reseptorları blokatorlarının və ya aliskirenin eyni zamanda istifadəsi arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyalarının aşağı düşməsi (o cümlədən, kəskin böyrək çatışmazlığı daxil olmaqla) riskini yüksəldir. Beləliklə, AÇF inhibitorlarının, angiotenzin II reseptorları blokatorlarının və ya aliskirenin eyni zamanda istifadəsi nəticəsində RAAS-nin ikili blokadası tövsiyə olunmur (“Digər dərman vasitələrilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə bax).
RAAS-ın ikili blokadası üçün mütləq zərurət yarandıqda, preparatların istifadəsi yalnız mütəxəssisin nəzarəti altında, böyrək funksiyalarının, qanda elektrolitlərin miqdarının və arterial təzyiqin monitorinqi ilə aparılmalıdır.
Diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarının və angiotenzin II reseptorları blokatorlarının eyni zamanda istifadəsi əks göstərişdir.
İrq
Angiotenzinçevirici ferment inhibitorları, digər irqlərdən olan pasiyentlərə nisbətən, neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödemin inkişaf etməsinə daha tez-tez səbəb olurlar.
Digər AÇF inhibitorlarının istifadəsi zamanı olduğu kimi, neqroid irqindən olan pasiyentlərdə, lizinopril, digər irqlərdən olan pasiyentlərə nisbətən, arterial təzyiqin aşağı salmasına görə daha az effektiv ola bilər ki, bunun da arterial hipertenziyadan əziyyət çəkən neqroid irqindən olan pasiyentlərdə renin miqdarının aşağı olması hallarının daha yüksək tezliyi ilə əlaqədar olması ehtimal edilir.
Öskürək
AÇF inhibitorlarından istifadə etdikdə, öskürək barədə məlumatlar daxil olmuşdur. Adətən, qeyri-məhsuldar, sürəkli öskürək müşahidə olunur və preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxır. Öskürəyin differensial diaqnostikası aparıldıqda, AÇF inhibitorlarının istifadəsi nəticəsində meydana çıxan öskürəyi nəzərə almaq lazımdır.
Cərrahi müdaxilə/anesteziya
Genişmiqyaslı cərrahi müdaxilə aparılan pasiyentlərdə və ya arterial hipotenziyaya gətirib çıxara bilən preparatların istifadəsi ilə ümumi anesteziya aparıldıqda, reninin kompensator atılmasından sonra, lizinopril angiotenzin II-nin əmələ gəlməsini blokadaya ala bilər. Yuxarıda göstərilən mexanizm nəticəsidə arterial hipotenziya inkişaf etdiyi halda, dövr edən qanın həcmini artırmaqla korreksiyanı həyata keçirmək olar.
Hiperkaliemiya
AÇF inhibitorları aldosteronun azadolmasını blokadaya alırlar, bu səbəbdən, onlar qan zərdabında kaliumun miqdarının artmasına səbəb ola bilərlər. Bir qayda olaraq, böyrək funksiyaları normal olan pasiyentlərdə göstərilən effektin klinik əhəmiyyəti yoxdur. Bununla belə, böyrək funksiyalarının pozulmasından, 2-ci tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə və ya kalium tərkibli qida əlavələrindən, kaliumqoruyucu diuretiklərdən (məsələn, spironolakton, triamteren və ya amilorid) istifadə edən pasiyentlərdə və həmçinin, qan zərdabında kaliumun miqdarını yüksəldə bilən dərman preparatlarından (məsələn, heparin, trimetoprim və ya trimetoprim/sulfametaksozol adı ilə məlum kombinəolunmuş ko-trimoksazol preparatı və xüsusilə, aldosteron antaqonistləri və ya angiotenzin reseptorlarının blokatorları) istifadə edən pasiyentlərdə hiperkaliemiya müşahidə oluna bilər. AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə kaliumqoruyucu diuretikləri və angiotenzin reseptorlarının blokatorlarını ehtiyatla istifadə etmək lazımdır. Yuxarıda göstərilən preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, qan zərdabında kaliumun miqdarına və böyrək funksiyalarına müntəzəm nəzarət etmək vacibdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər
Hipoqlikemik preparatları daxilə qəbul edən və ya insulindən istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, AÇF inhibitorları ilə müalicənin ilk ayı müddətində, qlikemiyanın ciddi nəzarətini həyata keçirmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Litium preparatları
Bir qayda olaraq, litium preparatları və lizinopril kombinasiyasının istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Hamiləlik dövrü
Hamiləlik dövründə AÇF inhibitorları ilə müalicəni başlamaq olmaz. AÇF inhibitoru ilə müalicənin davam etdirilməsi zəruri hesab edildiyi halda, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirmək lazımdır. Hamiləlik təsdiq olunduğu halda, AÇF inhibitoru ilə aparılan müalicəni dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır (“Əks göstərişlər” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə bax).
Amlodipin ilə əlaqəli
Amlodipinin hipertonik kriz zamanı istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Ürək çatışmazlığı
Ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin amlodipinlə müalicəsini ehtiyatla aparmaq lazımdır. Ağır dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin (NYHA, Nyu-York kardioloji assosiasiyası təsnifatına görə III-cü və IV-cü sinif) iştirakı ilə aparılan uzunmüddətli, plasebo-nəzarətli tədqiqatların gedişində, plasebo qrupu pasiyentləri ilə müqayisədə, amlodipin qəbul edən pasiyent qrupunda ağciyərlərin ödemi daha tez-tez qeydə alınmışdır (“Farmakodinamikası” bölməsinə bax).
Durğunluq ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərə kalsium kanallarının blokatorlarını, o cümlədən amlodipini, ehtiyatla təyin etmək lazımdır, çünki onlar ürək-damar ağırlaşmalarının inkişaf etmə riskini və gələcəkdə ölüm göstəricisini yüksəldə bilərlər.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə amlodipinin yarımxaricolma dövrünün uzanması və AUC göstəricisinin artması qeyd olunur, lakin, belə pasiyentlərdə preparatın dozalanması üçün tövsiyələr müəyyən edilməmişdir. Bu səbəbdən, amlodipinin istifadəsini, dozalanma diapazonunda minimal dozadan başlamaq lazımdır; həm müalicənin başlanması, həm də dozanın artırılmasını ehtiyatla həyata keçirmək lazımdır. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə dozanın tədricən artırılması və onlara ciddi nəzarətin aparılması tələb oluna bilər.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə preparatın dozasını ehtiyatla artırmaq vacibdir (“İstifadə qaydası və dozası” və “Farmakokinetikası” bölmələrinə bax).
Böyrək çatışmazlığı
Bu qrup pasiyentlərdə amlodipini adi dozalarda istifadə etmək olar. Qan plazmasında amlodipinin konsentrasiyalarının dəyişiklikləri böyrək çatışmazlığının dərəcəsi ilə korrelyasiya olunmur. Amlodipin orqanizmdən hemodializ vasitəsi ilə xaric olunmur.
Ekvator preparatı ilə əlaqəli
Göstərilən preparatın bir tabletinin tərkibində natriumun miqdarı 1 mmol-dan (23 mq) azdır, yəni demək olar ki, “preparatın tərkibində natrium yoxdur”.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Lizinopril ilə əlaqəli qarşılıqlı təsirlər
Hipotenziv preparatlar
Lizinoprilin digər hipotenziv preparatlarla (məsələn, nitroqliserinlə və digər nitratlarla və ya damargenişləndirici preparatlarla) eyni zamanda istifadəsi, arterial təzyiqin kəskin aşağı düşməsinə gətirib çıxara bilər.
Klinik tədqiqat çərçivəsində əldə olunan məlumatlar onu göstərir ki, AÇF inhibitorlarının, angiotenzin II reseptorları blokatorlarının və ya aliskirenin eyni zamanda istifadəsi nəticəsində renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikili blokadası, RAAS-a təsir edən preparatın sərbəst istifadəsi ilə müqayisədə, arterial hipotenziya, hiperkaliemiya və böyrək funksiyalarının aşağı düşməsi (o cümlədən, kəskin böyrək çatışmazlığı daxil olmaqla) kimi arzuolunmayan halların yüksək riski ilə əlaqədardır (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakodinamikası” bölmələrinə bax).
Angionevrotik ödemin inkişaf etmə riskini yüksəldə bilən preparatlar
Angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsini nəzərə alaraq, AÇF inhibitorlarının sakubitril/valsartan ilə eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax).
AÇF inhibitorlarının məməlilərin hüceyrələrində rapamisin hədəfi (mTOR) inhibitorları (məsələn, temsirolimus, sirolimus, everolimus), neytral endopeptidaza fermentin inhibitorları (məsələn, rasekadotril), plazminogenin toxuma aktivatoru və ya vildaqliptinlə eyni zamanda istifadəsi, angionevrotik ödemin inkişaf etməsi riskinin yüksəlməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Diuretiklər
Lizinopril ilə aparılan müalicəyə diuretik əlavə olunduqda, adətən, antihipertenziv effekt güclənir. Diuretiklərdən istifadə edən pasiyentlərə, xüsusilə diuretik preparat az müddət əvvəl təyin olunan pasiyentlərin müalicəsinə lizinopril əlavə etdikdə, nadir hallarda arterial təzyiqin həddindən artıq aşağı düşməsi müşahidə oluna bilər. Lizinoprildən istifadə etdikdə, simptomatik arterial hipotenziyanın baş vermə ehtimalını, lizinopril ilə müalicəyə başlamazdan əvvəl, diuretik preparatın istifadəsini dayandırmaqla minimuma endirmək mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “İstifadə qaydası və dozası” bölmələrinə bax).
Kalium tərkibli qida əlavələri, kaliumqoruyucu diuretiklər, kalium tərkibli duz əvəzediciləri və qan zərdabında kaliumun miqdarını artıra bilən digər preparatlar
Qan zərdabında kaliumun miqdarının adətən, norma göstəriciləri çərçivəsində qalmasına baxmayaraq, lizinoprildən istifadə edən bəzi pasiyentlərdə hiperkaliemiya müşahidə oluna bilər. Kaliumqoruyucu diuretiklərin (məsələn, spironolakton, triamteren və ya amilorid kimi), kalium tərkibli qida əlavələrinin və ya kalium tərkibli duz əvəzedicilərinin eyni zamanda istifadəsi, xüsusilə böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər. Lizinoprili qan zərdabında kaliumun miqdarını artıran digər preparatlarla, məsələn, trimetoprim və ko-trimoksazol (trimetoprim/sulfametoksazol) kimi preparatlarla eyni zamanda istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək vacibdir (nəzərə almaq lazımdır ki, trimetoprimin kaliumqoruyucu diuretik olan amilorid kimi təsir göstərməsi məlumdur). Beləliklə, lizinoprilin və yuxarıda göstərilən preparatların eyni zamanda istifadəsi tövsiyə olunmur. Həmin preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, onları ehtiyatla və qan zərdabında kaliumun miqdarının vaxtaşırı monitorinqini aparmaqla istifadə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Siklosporin: AÇF inhibitorlarının və siklosporinin eyni zamanda istifadəsi, hiperkaliemiyanın inkişaf etməsinə gətirib çıxara bilər. Qan zərdabında kalium miqdarının monitorinqinin aparılması tövsiyə olunur.
Heparin: AÇF inhibitorlarının və heparinin eyni zamanda istifadəsi, hiperkaliemiyanın inkişaf etməsinə gətirib çıxara bilər. Qan zərdabında kalium miqdarının monitorinqinin aparılması tövsiyə olunur.
Lizinoprili kaliumu qorumayan diuretiklə eyni zamanda istifadə etdikdə, diuretikin istifadəsi nəticəsində meydana çıxan hipokaliemiya azala bilər.
Litium preparatları
Litium preparatlarından və AÇF inhibitorlarından eyni zamanda istifadə etdikdə, qan zərdabında litiumun konsentrasiyasının müvəqqəti yüksəlməsi və toksiklik qeyd olunmuşdur. Tiazid diuretiklərin eyni zamanda istifadəsi, litium toksikliyinin inkişaf etməsi riskini yüksəldə bilər və AÇF inhibitorlarının istifadəsi fonunda artıq yüksəlmiş litium toksikliyini gücləndirə bilər. Lizinoprilin və litium preparatlarının eyni zamanda istifadəsi tövsiyə olunmur, lakin, göstərilən kombinasiyanın istifadəsi üçün zərurət təsdiq olunduğu halda, qan zərdabında litiumun konsentrasiyasına diqqətlə nəzarət etmək vacibdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP), o cümlədən, ≥ 3 q/sutkada dozada asetilsalisil turşusu
AÇF inhibitorlarını və qeyri-steroid iltihabəleyhinə preparatları (məsələn, iltihabəleyhinə dozalarda asetilsalisil turşusu, siklooksigenaza-2 (SOG-2) fermentinin inhibitorları və qeyri-selektiv QSİƏP) eyni zamanda istifadə etdikdə antihipertenziv effektin zəifləməsi müşahidə oluna bilər. AÇF inhibitorlarının və QSİƏP-in eyni zamanda istifadəsi, kəskin qaraciyər çatışmazlığı daxil olmaqla, böyrək funksiyalarının pisləşməsinin inkişaf etmə riskini yüksəldə bilər və həmçinin, xüsusilə böyrək funksiyalarının əvvəlcədən pozulması müşahidə olunan pasiyentlərdə qan zərdabında kaliumun miqdarının artması riskini artıra bilər. Adətən, həmin effektlər müvəqqətidir. Göstərilən qrup preparatlarının kombinasiyasını, xüsusilə yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Pasiyentlər kifayət qədər maye qəbul etməlidirlər və qeyd olunan qrup preparatlarının eyni zamanda istifadəsinə başladıqdan sonra və gələcəkdə vaxtaşırı böyrək funksiyalarının monitoriqinə xüsusi diqqət yetirmək lazımdır.
Qızıl preparatları
Tərkibində qızıl olan inyeksion preparatı (məsələn, natrium aurotiomalatı) AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərə yeritdikdən sonra, nitritoid reaksiyalar (çox ağır dərəcəli ola bilən hiperemiya, ürəkbulanma, başgicəllənmə və arterial hipotenziya daxil olmaqla, vazodilatasiya simptomları) daha tez-tez qeydə alınmışdır.
Trisiklik antidepressantlar/neyroleptiklər/anestetiklər
Bəzi anesteziyaedici preparatların, trisiklik antidepressantların və neyroleptiklərin AÇF inhibitorları ilə eyni zamanda istifadəsi, arterial təzyiqin davamlı aşağı düşməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Simpatomimetiklər
Simpatomimetiklər, AÇF inhibitorlarının antihipertenziv effektini aşağı sala bilərlər.
Diabetəleyhinə preparatlar
Epidemioloji tədqiqatlarda göstərilmişdir ki, AÇF inhibitorlarının və diabetəleyhinə preparatların (insulinlər, daxilə qəbul etmək üçün diabetəleyhinə preparatlar) eyni zamanda istifadəsi, hipoqlikemiyanın inkişaf etmə riski ilə müşayiət olunan, hipoqlikemik effektin güclənməsinə səbəb ola bilər. Bu halın inkişaf etməsi, preparatların kombinəolunmuş müalicəsinin ilk həftələrində və həmçinin, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir.
Asetilsalisil turşusu, trombolitiklər, beta-adrenoblokatorlar, nitratlar
Lizinoprili və asetilsalisil turşusunu (kardioloji dozalarda), trombolitikləri, beta-adrenoblokatorları və/və ya nitratları eyni zamanda istifadə etmək olar.
Amlodipin ilə əlaqəli qarşılıqlı təsirlər
Digər dərman preparatlarının amlodipinə təsiri
CYP3A4 izofermentin inhibitorları
Amlodipinin və CYP3A4 izofermentin güclü və ya orta dərəcəli inhibitorlarının (proteaza fermentinin inhibitorları, azol qrupundan olan göbələkəleyhinə preparatlar, makrolidlər, məsələn, eritromisin və ya klaritromisin kimi, verapamil və ya diltiazem) eyni zamanda istifadəsi, amlodipinin konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər ki, bu da arterial hipotenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb ola bilər. Göstərilən farmakokinetik göstəricilərin klinik təzahürləri yaşlı pasiyentlərdə daha şiddətli ola bilər. Bununla əlaqəli, hərtərəfli tibbi müşahidənin aparılması tövsiyə olunur və həmçinin, dozanın korreksiyası tələb oluna bilər.
Klaritromisin – CYP3A4 izofermentin inhibitorudur. Amlodipin qəbul edən pasiyentlərdə klaritromisinin istifadəsi, arterial hipotenziyanın inkişaf etmə riskini yüksəldir. Klaritromisini və amlodipini eyni zamanda istifadə edən pasiyentlərdə hərtərəfli müşahidənin aparılması tələb olunur.
CYP3A4 izofermentin induktorları
Eyni zamanda CYP3A4 izofermentin məlum induktorlarından istifadə etdikdə, qanda amlodipinin konsentrasiyası dəyişə bilər. Bununla əlaqəli, göstərilən preparatların, xüsusilə, CYP3A4 izofermentin güclü induktorlarının (məsələn, rifampisin, Hypericum perforatum) birlikdə istifadəsi müddətində və istifadə sona çatdıqdan sonra, arterial təzyiqə nəzarət etmək və zərurət yarandığı halda, preparatların dozalarını korreksiya etmək lazımdır.
Amlodipinin qreypfrutla və ya qreypfrut şirəsi ilə birlikdə istifadəsi tövsiyə olunmur; çünki, bəzi pasiyentlərdə preparatın biomənimsənilməsi yüksələ bilər və bunun nəticəsində hipotenziv effekt güclənə bilər.
Dantrolen (infuziyası)
Verapamilin istifadəsindən və dantrolenin vena daxilinə yeridilməsindən sonra, heyvanlarda ölümlə nəticələnən mədəciklərin fibrillyasiyası və hiperkaliemiya ilə müşayiət olunan ürək-damar çatışmazlığı müşahidə olunmuşdur. Hiperkaliemiya riskini nəzərə alaraq, bədxassəli hipertermiyanın inkişaf etməsinə meylli olan və bədxassəli hipertermiya ilə əlaqəli müalicə qəbul edən pasiyentlərdə, kalsium kanallarının blokatorlarının, o cümlədən, amlodipinin eyni zamanda istifadəsindən çəkinmək tövsiyə olunur.
Amlodipinin digər dərman preparatlarına təsiri
Amlodipinin antihipertenziv effekti, antihipertenziv xüsusiyyətlərə malik digər dərman preparatlarının effektlərini gücləndirir.
Takrolimus
Takrolimusu və amlodipini eyni zamanda istifadə etdikdə, qan plazmasında takrolimusun konsentrasiyası yüksəlir, lakin, göstərilən farmakokinetik qarşılıqlı təsirin mexanizmi tam məlum deyil. Amlodipindən istifadə edən pasiyentlərdə takrolimusun toksik təsirini aradan qaldırmaq məqsədi ilə, qanda takrolimusun konsentrasiyasına nəzarət etmək və zərurət yarandıqda, takrolimusun dozasını korreksiya etmək tələb olunur.
Məməlilərin hüceyrələrində rapamisin hədəfi (mTOR) inhibitorları
Sirolimus, everolimus, temsirolimus kimi mTOR inhibitorları CYP3A4 izofermentin substratlarıdır. Amlodipin – CYP3A4 izofermentin zəif inhibitorudur. Amlodipin mTOR inhibitorları ilə eyni zamanda istifadə edildikdə, qanda mTOR inhibitorlarının konsentrasiyasını artıra bilər.
Siklosporin
Böyrək köçürülən pasiyentlər (burada, siklosporinin qalıq konsentrasiyasının orta hesabla 0%-dən 40%-ə qədər yüksəlməsi müşahidə olunmuşdur) istisna olmaqla, sağlam könüllülərdə və ya digər pasiyent qruplarında siklosporinin və amlodipinin qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində heç bir klinik tədqiqatlar aparılmamışdır. Amlodipindən istifadə edən böyrək köçürülən pasiyentlərdə müalicə müddətində, siklosporinin konsentrasiyasının monitorinqinin aparılmasını nəzərdən keçirmək və zərurət yarandıqda, siklosporinin dozasını aşağı salmaq lazımdır.
Simvastatin
10 mq dozada amlodipinin və 80 mq dozada simvastatinin eyni zamanda dəfələrlə təkrar istifadəsi, simvastatinlə aparılan monoterapiya zamanı müvafiq konsentrasiya ilə müqayisədə, simvastatinin konsentrasiyasının 77% yüksəlməsinə gətirib çıxarmışdır. Amlodipin qəbul edən pasiyentlərdə, simvastatinin dozasını sutkada 20 mq məhdudlaşdırmaq lazımdır.
Klinik tədqiqatlarda amlodipin atorvastatinin, diqoksinin və ya varfarinin farmakokinetik parametrlərinə heç bir təsir göstərməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Hamiləlik dövrünün birinci trimestrində Ekvator preparatının istifadəsi tövsiyə olunmur; hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində göstərilən preparatın istifadəsi əks göstərişdir.
Lizinoprilin və amlodipinin hamilə qadınlarda istifadə təcrübəsinin öyrənilməsi istiqamətində adekvat nəzarət olunan klinik tədqiqatların aparılması barədə heç bir məlumat yoxdur. Lakin, hamiləlik dövründə hər iki təsiredici maddənin istifadəsi tövsiyə olunmur və ya əks göstərişdir (təsiredici maddələr barədə yuxarıda göstərilən məlumatlara bax).
Hamiləlik təsdiq olunduqda, Ekvator preparatının istifadəsini dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Hamiləlik dövründə Ekvator preparatının istifadəsinə başlamaq olmaz. Ekvator preparatı ilə müalicənin davam etdirilməsi zəruri hesab edildiyi halda, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirmək lazımdır.
Lizinoprilin istifadəsi
Hamiləlik dövrünün birinci trimestrində AÇF inhibitorlarının istifadəsi tövsiyə olunmur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində AÇF inhibitorlarının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax).
Hamiləlik dövrünün birinci trimestrində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli teratogen risk barədə mövcud epidemioloji məlumatlar inandırıcı deyil, lakin, riskin bir qədər yüksəlməsini istisna etmək olmaz. AÇF inhibitoru ilə müalicənin davam etdirilməsi həyat üçün əhəmiyyətli hesab edilmədiyi halda, hamiləliyi planlaşdıran pasiyentləri hamiləlik dövründə təhlükəsizlik profili məlum olan alternativ hipotenziv preparatların istifadəsinə keçirmək lazımdır. Hamiləlik təsdiq olunduqda, AÇF inhibitoru ilə aparılan müalicəni dərhal dayandırmaq və zərurət yarandıqda, alternativ müalicəyə başlamaq lazımdır.
Məlumdur ki, hamiləlik dövrünün ikinci və üçüncü trimestrlərində qadınlar tərəfindən AÇF inhibitorlarının istifadəsi, fetotoksikliyin (böyrək funksiyalarının aşağı düşməsi, dölyanı suların azalması, kəllə sümüklərinin bərkiməsinin ləngiməsi) və neonatal toksikliyin (böyrək çatışmazlığı, arterial hipotenziya, hiperkaliemiya) meydana çıxmasına səbəb olur. AÇF inhibitorunun istifadəsi hamiləlik dövrünün ikinci trimestrindən başlandığı halda, böyrəklərin və kəllənin ultrasəs müayinəsinin aparılması tövsiyə olunur. Hipotenziyanın vaxtında aşkar edilməsi məqsədi ilə, hamiləlik dövründə AÇF inhibitorlarından istifadə edən anaların körpələrini diqqətlə müşahidə etmək tövsiyə olunur (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax).
Amlodipinin istifadəsi
Amlodipinin hamilə qadınlarda istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib.
Heyvanlar üzərində aparılan tədqiqatlarda, yüksək dozalardan istifadə etdikdə, reproduktiv toksiklik müşahidə olunmuşdur.
Hamiləlik dövründə istifadəsi yalnız, daha təhlükəsiz alternativ müalicə olmadıqda və həmçinin, mövcud xəstəlik ana və döl üçün yüksək risk ilə əlaqəli olduğu hallarda tövsiyə olunur.
Laktasiya dövrü
Laktasiya dövründə lizinoprilin istifadəsi barədə heç bir məlumat yoxdur.
Amlodipin ana südünə nüfuz edir. Südəmər uşağın ana südü ilə birlikdə qəbul etdiyi amlodipinin miqdarı interkvartil genişliklə 3-7%, maksimum ilə 15% səviyyəsində qiymətləndirilir. Amlodipinin uşağa təsir göstərməsi qiymətləndirilməyib.
Laktasiya dövründə Ekvator preparatının istifadəsi tövsiyə olunmur və xüsusilə, yenidoğulmuş və ya vaxtından əvvəl doğulmuş uşaqları ana südü ilə qidalandırdıqda, müəyyən olunmuş təhlükəsizlik profilinə malik alternativ preparatların istifadəsinə üstünlük verilir.
Fertillik
Lizinoprilin və amlodipinin fertilliyə təsirinin öyrənilməsi istiqamətində adekvat nəzarət olunan klinik tədqiqatların aparılması barədə heç bir məlumat yoxdur.
Amlodipinin istifadəsi
Kalsium kanallarının blokatorlarından istifadə edən bəzi pasiyentlərdə spermatozoidlərin baş hissəsinin geri dönən biokimyəvi dəyişiklikləri barədə məlumatlar daxil olmuşdur. Amlodipinin fertilliyə mümkün təsiri barədə kifayət qədər klinik məlumat yoxdur. Siçovullar üzərində aparılan bir tədqiqatda, erkək siçovulların reproduktiv funksiyasına arzuolunmayan təsiri aşkar olmuşdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Lizinopril ilə əlaqəli
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, başgicəllənmənin və ya yorğunluğun inkişaf etmə ehtimalını nəzərə almaq lazımdır.
Amlodipin ilə əlaqəli
Amlodipin nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə əhəmiyyətsiz və ya mülayim təsir göstərə bilər. Amlodipindən istifadə edən pasiyentlərdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma müşahidə olunduğu halda, xüsusilə müalicənin əvvəlində, ehtiyat tədbirlərinə riayət etmək tövsiyə olunur. Pasiyentlərdə cavab reaksiyası pozula bilər.
Yuxarıda göstərilən məlumatları nəzərə alaraq, Ekvator preparatı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər (xüsusilə preparatla aparılan müalicənin əvvəlində).
İstifadə qaydası və dozası
Dozaları
Tövsiyə olunan doza: sutkada 1 tabletdir.
Maksimal sutkalıq doza: 1 tablet.
Bir qayda olaraq, fiksasiya olunmuş dozalı kombinəolunmuş preparatlar başlanğıc müalicə üçün uyğun olmurlar.
Ekvator preparatının istifadəsi yalnız o pasiyentlərə göstərişdir ki, onlara lizinoprilin və amlodipinin seçilmiş optimal dəstəkləyici dozaları müvafiq olaraq, Ekvator preparatının 10 mq/5 mq tabletləri üçün – 10 mq və 5 mq, Ekvator preparatının 20 mq/10 mq tabletləri üçün – 20 mq və 10 mq və həmçinin Ekvator preparatının 20 mq/5 mq tabletləri üçün – 20 mq və 5 mq təşkil edir.
Dozaların korreksiyası üçün zərurət yarandıqda, preparatın ayrı-ayrı komponentlərinin dozalarının seçilməsinin məqsədə uyğun olmasını nəzərdən keçirmək olar.
Xüsusi pasiyent qrupları
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə optimal başlanğıc dozanı və dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, preparatın ayrı-ayrı komponentlərinin – lizinoprilin və amlodipinin – istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır.
Ekvator preparatı ilə aparılan müalicə müddətində böyrək funksiyalarına, qan zərdabında kaliumun və natriumun miqdarına nəzarət etmək lazımdr. Böyrək funksiyaları pisləşdiyi halda, Ekvator preparatının istifadəsini dayandırmaq və onu, müvafiq qaydada seçilmiş preparatın ayrı-ayrı komponentləri ilə əvəz etmək lazımdır. Amlodipin orqanizmdən dializ vasitəsi ilə xaric olunmur.
Qaraciyər çatışmazlığı
Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün istifadə olunan dozalar barədə tövsiyələr hazırlanmayıb; bu səbəbdən bu qrup pasiyentlər üçün dozaların seçilməsini ehtiyatla həyata keçirmək və preparatın istifadəsini, dozalanma diapzonunda minimal dozadan başlamaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetikası” bölmələrinə bax). Qaraciyət çatışmazlığından əziyyət çəkən pasiyentlərdə optimal başlanğıc dozanı və dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, lizinoprilin və amlodipinin sərbəst kombinasiyasının istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır.
Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı amlodipinin farmakokinetikası öyrənilməyib. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə amlodipinin istifadəsini ən aşağı dozadan başlamaq və dozanı tədricən titrləmək lazımdır.
Uşaq yaşlı pasiyentlər (< 18 yaş)
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Ekvator preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Yaşlı pasiyentlər (> 65 yaş)
Yaşlı pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır.
Klinik tədqiqatlar zamanı amlodipinin və ya lizinoprilin effektivlik və ya təhlükəsizlik profilinin yaşdan asılı dəyişməsi aşkar edilməmişdir. Yaşlı pasiyentlərdə optimal dəstəkləyici dozanı müəyyən etmək üçün, dozaların seçimini, lizinoprilin və amlodipinin sərbəst kombinasiyasının istifadəsi ilə fərdi qaydada aparmaq lazımdır.
İstifadə qaydası
Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.
Qida qəbulunun preparatın sorulmasına təsir göstərməməsini nəzərə alaraq, Ekvator preparatını qida qəbulundan asılı olmayaraq, yəni, yeməkdən əvvəl, yemək zamanı və ya yeməkdən sonra qəbul etmək olar.
Əlavə təsirləri
Nəzarət olunan klinik tədqiqatın gedişində (n=195) hər iki təsiredici maddəni eyni zamanda qəbul edən pasiyentlərdə arzuolunmayan reaksiyaların tezliyi, təsiredici maddələrdən yalnız birini qəbul edən pasiyentlərdə müvafiq tezliyi aşmamışdır. Arzuolunmayan reaksiyalar amlodipinin və/və ya lizinoprilin qəbulu zamanı əvvəllər qeydə alınmış reaksiyalardan fərqlənməmişdir. Arzuolunmayan reaksiyalar adətən, yüngül, qısamüddətli olmuşdur və nadir hallarda müalicənin dayandırılmasına gətirib çıxarmışdır. Kombinəolunmuş preparatın istifadəsi zamanı ən tez-tez müşahidə olunan arzuolunmayan reaksiyalara baş ağrısı (8%), öskürək (5%) və başgicəllənmə (3%) aid olmuşdur.
Arzuolunmayan reaksiyaların tezliyi aşağıda göstərildiyi kimi müəyyən olunmuşdur: çox tez-tez (≥1/10), tez-tez (≥ 1/100-dən < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000), məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). Hər bir tezlik qrupunda arzuolunmayan reaksiyalar ağırlıq dərəcəsinin aşağı düşməsi istiqamətində göstərilmişdir.
Lizinoprilin və amlodipinin ayrı-ayrılıqda istifadəsi ilə aparılan müalicə müddətində aşağıda göstərilən arzuolunmayan dərman reaksiyaları (ADR) barədə məlumatlar daxil olmuşdur:
Orqanlar sistemi sinifi |
Tezlik |
Lizinopril üçün ADR |
Amlodipin üçün ADR |
Qan və limfa sistemində baş verən pozğunluqlar |
Nadir hallarda |
Hemoqlobinin miqdarının aşağı düşməsi, hematokritin aşağı düşməsi |
|
|
Çox nadir hallarda
|
Sümük iliyində qanyaranmanın tormozlanması, aqranulositoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), leykopeniya, neytropeniya, trombositopeniya, hemolitik anemiya, anemiya, limfadenopatiya |
Trombositopeniya, leykopeniya |
İmmun sistemdə baş verən pozğunluqlar |
Çox nadir hallarda |
Autoimmun xəstəlik |
Allergik reaksiyalar |
|
Məlum deyil |
Anafilaktik/anafilaktoid reaksiya |
|
Endokrin sistemdə baş verən pozğunluqlar |
Nadir hallarda |
Adiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu (ADH QASS) |
|
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar |
Çox nadir hallarda
|
Hipoqlikemiya
|
Hiperqlikemiya |
Psixikada baş verən pozğunluqlar |
Bəzən |
Əhval-ruhiyyənin dəyişməsi, yuxunun pozulması, hallyusinasiyalar |
Yuxusuzluq, əhval-ruhiyyənin dəyişməsi (o cümlədən, narahatlıq), depressiya |
Nadir hallarda |
Şüurun dumanlanması |
Şüurun dumanlanması |
|
Məlum deyil |
Depressiya simptomları |
|
|
Sinir sistemində baş verən pozğunluqlar |
Tez-tez |
Başgicəllənmə, baş ağrısı
|
Yuxuya meyllilik, başgicəllənmə, baş ağrısı (xüsusui ilə müalicənin əvvəlində) |
Bəzən |
Vertiqo, paresteziya, dadbilmə qabiliyyətinin pozulması |
Bayğınlıq, tremor, dadbilmə qabiliyyətinin pozulması, hipesteziya, paresteziya |
|
Nadir hallarda |
Qoxubilmə qəbiliyyətinin pozulması |
|
|
Çox nadir hallarda |
|
Hipertonus, periferik neyropatiya |
|
Məlum deyil |
Bayğınlıq |
Ekstrapiramid pozğunluqlar |
|
Görmə orqanında baş verən pozğunluqlar |
Bəzən
|
|
Görmə qabiliyyətinin pozulması (o cümlədən, diplopiya) |
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar |
Bəzən
|
|
Qulaqlarda küy |
Ürəkdə baş verən pozğunluqlar |
Tez-tez |
|
Ürək çırpınması hissi |
Bəzən
|
Miokard infarktı, ehtimal olunur ki, yüksək risk qrupundan olan pasiyentlərdə arterial təzyiqin həddindən artıq aşağı düşməsi fonunda inkişaf edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), taxikardiya, ürək çırpınması hissi |
Aritmiyalar (o cümlədən, bradikardiya, mədəcik taxikardiyası, qulaqcıqlıarın fibrillyasiyası) |
|
Çox nadir hallarda |
|
Miokard infarktı |
|
Damarlarda baş verən pozğunluqlar |
Tez-tez |
Ortostatik vəziyyətlər (o cümlədən, arterial hipotenziya) |
“Qan axınları”
|
Bəzən
|
Beyin qan dövranının kəskin pozulması, ehtimal olunur ki, yüksək risk qrupundan olan pasiyentlərdə arterial təzyiqin həddindən artıq aşağı düşməsi fonunda inkişaf edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), Reyno sindromu |
Arterial hipotenziya
|
|
Çox nadir hallarda |
|
Vaskulit |
|
Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar |
Tez-tez |
Öskürək |
Təngnəfəslik |
Bəzən
|
Rinit
|
Öskürək, rinit |
|
Çox nadir hallarda |
Bronxospazm, allergik alveolit/eozinofil pnevmoniya, sinusit |
|
|
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar |
Tez-tez |
Diareya, qusma |
Qarın nahiyəsində ağrı, ürəkbulanma, dispepsiya, defekasiya ritminin dəyişməsi (diareya və qəbizlik) |
Bəzən
|
Qarın nahiyəsində ağrı, ürəkbulanma, həzm pozğunluğu |
Qusma, ağızda quruluq |
|
Nadir hallarda |
Ağızda quruluq |
|
|
Çox nadir hallarda |
Pankreatit, bağırsağın angionevrotik ödemi |
Pankreatit, qastrit, damaqların hiperplaziyası |
|
Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar |
Çox nadir hallarda
|
Hepatit – qaraciyər-hüceyrəli və ya xolestatik, sarılıq və qaraciyər çatışmazlığı (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) |
Hepatit, sarılıq, “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi** |
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar |
Bəzən
|
Dəri üzərində səpgilər, dərinin qaşınması |
Alopesiya, dəri üzərində səpgilər, ekzantema, purpura, dərinin rənginin dəyişməsi, hiperhidroz, dərinin qaşınması, övrə |
Nadir hallarda |
Psoriaz, övrə, alopesiya, yüksək həssaslıq/angionevrotik ödem – üz nahiyəsinin, əllərin və ayaqların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödem (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) |
|
|
Çox nadir hallarda
|
Toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiform eritema, vulqar qovuqca, tər ifrazının yüksəlməsi, xoşxassəli dəri limfadenozu* |
Multiformalı eritema, angionevrotik ödem, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotosensibilizasiya |
|
Məlum deyil |
|
Toksik epidermal nekroliz |
|
Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar |
Tez-tez |
|
Topuqların ödemi, əzələlərin qıcolması |
Bəzən
|
|
Artralgiya, mialgiya, bel nahiyəsində ağrı |
|
Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar |
Tez-tez |
Böyrək funksiyalarının pozulması |
|
Bəzən
|
|
Sidik ifrazının pozulması, nikturiya, sidik ifrazı tezliyinin artması |
|
Nadir hallarda |
Kəskin böyrək çatışmazlığı, uremiya |
|
|
Çox nadir hallarda |
Oliquriya/anuriya |
|
|
Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar |
Bəzən
|
İmpotensiya |
İmpotensiya, ginekomastiya |
Nadir hallarda |
Ginekomastiya |
|
|
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər |
Çox tez-tez
|
|
Ödemlər
|
Tez-tez |
|
Yüksək yorğunluq, asteniya |
|
Bəzən
|
Yüksək yorğunluq, asteniya |
Döş qəfəsi nahiyəsində ağrı, ağrı, halsızlıq |
|
Laborator və instrumental tədqiqatlardan əldə olunan məlumatlar |
Bəzən
|
Qan zərdabında sidik cövhəri və kreatinin konsentrasiyasının yüksəlməsi, hiperkaliemiya, “qaraciyər” fermentlərinin aktivliyinin yüksəlməsi |
Bədən kütləsinin artması, bədən kütləsinin aşağı düşməsi
|
Nadir hallarda |
Hiperbilirubinemiya, hiponatriemiya |
|
* Aşağıda göstərilən simptomlardan birini və ya bir neçəsini əhatə edən simptomokompleks barədə məlumatlar mövcuddur: qızdırma, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə (ANA) qarşı müsbət reaksiya, eritrositlərin çökmə sürətinin (EÇS) yüksəlməsi, eozinofiliya və leykositoz, dəri üzərində səpgilər, fotosensibilizasiya və ya dəridə baş verən digər dəyişikliklər.
** Daha çox xolestaza müvafiqdir.
Klinik tədqiqatlar zamanı əldə olunan təhlükəsizlik barədə məlumatlar onu təsdiq edir ki, lizinopril, bir qayda olaraq, arterial hipertenziyadan əziyyət çəkən uşaq yaşlı pasiyentlər tərəfindən yaxşı qəbul edilir və göstərilən yaş qrupu pasiyentlərində lizinoprilin təhlükəsizlik profili yetkin yaşlı pasiyentlərdə lizinoprilin təhlükəsizlik profili ilə müqayisə edilə bilər.
Ehtimal edilən arzyolunmayan reaksiyalar barədə məlumatlar
Dərman preparatının qeydiyyatından sonra, ehtimal edilən arzyolunmayan reaksiyalar barədə məlumatın toplanması olduqca vacibdir. Bu, dərman preparatının fayda və risk nisbətinin monitorinqinin davam etdirilməsi üçün imkan verir. Səhiyyə işçilərindən, ehtimal edilən arzuolunmayan reaksiyalar barədə milli hesabat sistemi vasitəsi ilə məlumat vermək tələb olunur.
Doza həddinin aşılması
İnsanlarda Ekvator preparatının istifadəsi nəticəsində doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.
Lizinoprililin istifadəsi nəticəsində doza həddinin aşılması
İnsanlarda doza həddinin aşılması barədə əldə olunan məlumatlar məhduddur. AÇF inhibitorlarının istifadəsi nəticəsində doza həddinin aşılması ilə əlaqəli simptomlara arterial hipotenziya, sirkulyator şok, elektrolit balans pozğunluqları, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürək çırpınması hissi, bradikardiya, başgicəllənmə, həyəcan və öskürək aid ola bilər.
Doza həddinin aşılması baş verdikdə, vena daxilinə fizioloji məhlulun yeridilməsi tövsiyə olunur. Arterial hipotenziya inkişaf etdiyi halda pasiyenti arxası üstə uzatmaq və ayaqları bir qədər yüksək vəziyyətdə yerləşdirmək lazımdır.
Zərurət yarandıqda, həmçinin, infuziya şəklində angiotenzin II-nin və/və ya vena daxilinə katexolaminlərin yeridilməsinin məqsədəuyğun olmasını nəzərdən keçirmək olar.
Preparat az müddət əvvəl qəbul olunduğu halda, lizinoprilin orqanizmdən xaricolması üçün tədbirlərin aparılması (məsələn, qusmanın törədilməsi, mədənin yuyulması, sorbentlərin və natrium sulfatın yeridilməsi) vacibdir. Hemodializ prosedurasının aparılması yolu ilə lizinoprili sistem qan dövranından xaric etmək olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Dərman müalicəsinə qarşı davamlı bradikardiya inkişaf etdikdə, süni ritm aparıcısının yerləşdirilməsi göstərişdir. Həyat fəaliyyətinin əsas göstəricilərinə, qan zərdabında elektrolitlərin miqdarına və kreatininin konsentrasiyasına müntəzəm nəzarətin aparılması vacibdir.
Amlodipinin istifadəsi nəticəsində doza həddinin aşılması
İnsanlarda bilərəkdən doza həddinin aşılması barədə mövcud məlumatlar məhduddur.
Simptomları
Əldə olunan məlumatlara əsasən, doza həddinin aşılması, mümkün reflektor taxikardiya ilə müşayiət olunan həddindən artıq periferik vazodilatasiyaya gətirib çıxara bilər. Həmçinin, ölümlə nəticələnən şoka qədər inkişaf edən ağır dərəcəli və ehtimal olunur ki, uzunmüddətli arterial hipotenziyanın baş verməsi barədə məlumatlar daxil olmuşdur.
Müalicəsi
Amlodipindən istifadə etdikdə, doza həddinin aşılması nəticəsində klinik əhəmiyyətli hipotenziya meydana çıxdığı halda, ürək-damar və tənəffüs sistemlərinin göstəricilərinə tez-tez nəzarətin aparılması daxil olmaqla, ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsi üçün tədbirlərin aparılması vacibdir, aşağı ətrafların yüksək vəziyyətdə yerləşdirilməsini təmin etmək və dövr edən qanın həcminə və diurezə nəzarət etmək lazımdır.
Vazopressorların istifadəsi üçün heç bir əks göstəriş olmadığı halda, damar tonusunun və arterial təzyiqin bərpa olunması üçün vazopressorların yeridilməsi tələb oluna bilər. Kalsium qlükonatın vena daxilinə yeridilməsi, kalsium kanallarının blokadaya alınması nəticəsində meydana çıxan effektlərin əks inkişafına müsbət təsir göstərə bilər.
Bəzi hallarda mədənin yuyulması effektiv ola bilər. Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatlarda, 10 mq amlodipinin qəbulundan sonra 2 saat müddətində aktivləşdirilmiş kömürün qəbul edilməsi, amlodipinin sorulma sürətini aşağı salmışdır.
Amlodipinin qan plazmasının zülalları ilə əhəmiyyətli dərəcədə birləşməsini nəzərə alaraq, dializin aparılması effektiv deyil.
Ekvator preparatının istifadəsi zamanı doza həddinin aşılması, ağır dərəcəli hipotenziya ilə müşayiət olunan həddindən artıq periferik vazodilatasiya, kəskin damar çatışmazlığı, elektrolit balans pozğunluqları, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, ürək çırpınması hissi, bradikardiya, başgicəllənmə, həyəcan və öskürək kimi simptomların inkişaf etməsinə gətirib çıxara bilər. Simptomatik müalicənin aparılması tövsiyə olunur (pasiyenti arxası üstə uzatmaq, ürək-damar və tənəffüs sistemlərinin funksiyalarının, arterial təzyiqin, dövr edən qanın həcminin və elektrolit balansın və həmçinin, qan zərdabında kreatinin konsentrasiyasının monitorinqini aparmaq və zərurət yarandıqda, onları dəstəkləmək lazımdır). Ağır dərəcəli arterial hipotenziya inkişaf etdiyi halda, aşağı ətrafların yüksək vəziyyətdə yerləşdirilməsini təmin etmək vacibdir; mayenin yeridilməsi istənilən nəticəni vermədiyi təqdirdə, istifadəsi üçün heç bir əks göstəriş olmadığı halda, periferik vazopressorların yeridilməsi ilə dəstəkləyici müalicənin aparılması tələb oluna bilər. Müvafiq zərurət yarandıqda, həmçinin, infuziya şəklində angiotenzin II-nin yeridilməsinin məqsədəuyğun olmasını nəzərdən keçirmək olar. Kalsium qlükonatın vena daxilinə yeridilməsi, kalsium kanallarının blokadaya alınması nəticəsində meydana çıxan effektlərin əks inkişafına müsbət təsir göstərə bilər.
Hemodializ prosedurasının aparılması yolu ilə lizinoprili sistem qan dövranından xaric etmək olar. Dializ zamanı yüksək axarlı poliakrilonitril membranlarından istifadə etmək tövsiyə olunmur.
Buraxılış forması
10 tablet, blisterdə (PVX/PE/PVDX – alüminium folqa).
1, 3 və ya 6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, işıqdan və nəmdən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
10 mq/5 mq Ekvator® tabletləri – 4 il.
20 mq/5 mq Ekvator® tabletləri – 3 il.
20 mq/10 mq Ekvator® tabletləri – 3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Gedeon Richter” ASC
1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
İstehsalçının və ərizəçinin maraqlarını təmsil edən şirkət
“Gedeon Richter” ASC
1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
Qaynar xətt (zəng ödənişsizdir): 7-800-555-00777.
Elektron ünvan: [email protected]
Ekvator tablet nə üçündür?
- Hipertoniya zamanı istifadə olunan dərmanlar
- Stenokardiya zamanı istifadə olunan dərmanlar
- Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
- Miokard infarktı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






