Solicaros kids

Solicaros kids orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə Ca, Mg, Zn, Mn və  D3, K2, C vitaminləri defisitini bərpa edərək sümük sıxlığını artırır

Jul 5, 2024 - 16:25
Jul 5, 2024 - 16:56
 0
Solicaros kids
Solicaros kids

Solicaros kids

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solicaros kids tərkibi

5 ml-də: 

  • Kalsium karbonat (Calcium carbonate)...................625 mq
  • D3 vitamini (Cholecalciferol)…….……………...........400 BV 
  • K2 vitamini MK-7 (Menaquinone-7).........................20 mkq
  • C vitamini (Ascorbic acid)...........................................80 mq
  • Maqnezium bisqlisinat (Magnesium bisglycinate)...100 mq 
  • Sink sulfat (Zinc sulphate)...........................................41 mq 
  • Manqan sulfat (Manganese sulphate)......................1,37 mq
  • L-lizin (L-Lysine)...........................................................10 mq
  • Bor turşusu (Boric acid)…......................……….....….5 mkq

Farmakoterapevtik  qrupu

Kalsium-fosfor mübadiləsinin tənzimləyicisi

Farmakoloji xüsusiyyətləri

Solicaros kids nə üçündür?

SOLİCAROS kids orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə Ca, Mg, Zn, Mn və  D3, K2, C vitaminləri defisitini bərpa edərək sümük sıxlığını artırır. Sümüklərin və dişlərin minerallaşmasında vacib rol oynayır.

Kalsium sümük toxumasının tamlığını və möhkəmliyini təmin edir, qanın laxtalanması proseslərində, miokardın və skelet əzələlərinin yığılma qabiliyyətinin normallaşmasında, bir sıra fermentlərin aktivləşməsində iştirak edir. SOLİCAROS kidsin tərkibində kalsium karbonat birləşməsi ən yüksək Ca konsentrasiyası olan birləşmədi, yəni 1 qram Ca karbonat duzunda 400 mq elementar Ca var. Kalsiumun asan absorbsiyası və maksimal terapevtik effekti üçün D3, K2, C vitaminləri, maqnezium, sink, manqan, L-lizin, Bor turşusunun olması lazımdır.

D3 vitaminini orqanizmdə bioloji oksidləşmə proseslərinə, kalsium və fosfor mübadiləsinə təsir edir, onların nazik bağırsaqdan sorulmasını təmin edir. Kalsium və D3 vitamininin defisiti nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, uşaqlarda sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə kalsium və fosfor mübadiləsi pozulduğundan sümüklərin tərkibində minerallar çatışmır.  Belə uşaqların ayaqları əyri olur, başı çox boyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur.

K2 vitamini (menaquinone 7; MK-7) yüksək biomənimsənilməyə malik, uzun müddət aktivliyini saxlayan, xüsusi ştam Bacillus subtilis natto bakteriyalarla fermentasiya olunaraq alınan “natural” MK-7 forma vitamindir. Ca-un bağırsaqdan mənimsənilib sümük toxumasına çatdırılmasında vacib vitamindir. Xüsusi zülalların - osteokalsin və matrix Gla-protein (MGP) aktivliyini artırır. K2 vitamini osteogenezdə vacib olan osteokalsinin sümükdəki minerallara bağlanmasını təmin edir, sümüklərdə kalsium itkisinin qarşısını alır, kalsiumu sümüklərdə və dişlərdə toplayaraq onların möhkəmliyini təmin edir. Osteogenez prosesini stimullaşdırır, həmçinin raxit xəstələrində sümüklərin mineral sıxlığını artırır, sümük əyilmələrinin, sınıqların qarşısını alır. Matrix Gla-protein (MGP) - K2 vitamininindən asılı olan Gla tərkibli zülallar ailəsinin üzvüdür (GLA - gamma-carboxyglutamic – K vitaminindən asılı karboksilləşmə). Kalsium ionlarına yüksək bağlanma qabiliyyətinə malikdir. Kalsiumun damar və böyrək toxumalarında toplanmasının qarşısını alır, onu (Ca-u) sümük toxumasının yaranmasına yönəldir, damarlarda kalsinatların, nəticədə işemiyanın yaranmasına imkan vermir.

C vitamini – vətərlər, oynaq qığırdaqları, sümüklər, dəri, qan damarlarında olan birləşdirici toxumalar üçün tikinti materialı olan kollagenin sintezi üçün lazımdır. C vitamini kollagen liflərinin çarpaz əlaqəsini kataliz edən 2 ferment - lizil hidroksilaz və prolil hidroksilaz üçün zəruri koenzimdir. Yaraların regenerasiyası və kapillyarların sağlamlığı üçün vacibdir. Həmçinin karnitin, serotonin, norepinefrin və digər bir sıra neyrotransmitterlərin biosintezində iştirak edir.

Maqnezium bisqlisinat – xelat birləşmədi, yəni 1 molekul maqneziumun 2 molekul qlisin amin turşusu ilə birləşməsidir (üzvi forma). Bunun sayəsində, qeyri-üzvi maqnezium duzlarına nisbətən daha yüksək biomənimsənilir, asan sorulur və defisiti tez kompensasiya edir. Maqnezium 2 qlisin amin turşusunun iştirakı ilə hüceyrəyə keçdiyindən absorbsiyası üçün mədə turşusu tələb olunmur. Mg orqanizmdə gedən fermentativ proseslərdə iştirak edir. Əzələlərin və sinir sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. O, sümüklərin və dişlərin tərkibinə daxildir, qaraciyərin, pankreasın, baş beynin işində, zülal və karbon mübadiləsində iştirak edir. Orqanizmdə maqneziumun 60% -i sümüklərdə və dişlərdədir. 1% qanda, digər % -i  əzələlərdə və yumşaq toxumalardadır. Maqnezium sümüklərin böyüməsi və minerallaşması proseslərində iştirak edir, sümük toxumasının tamlığını, möhkəmliyini təmin edir. Maqneziumun defisiti raxitin kəskinləşməsinə səbəb olur. Buna görə də, kalsium ilə yanaşı maqnezium da qəbulu sümük minerallaşması üçün lazımdır.

Sink-həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink - D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti raxit və boy inkişafının ləngiməsinə səbəb olur. Orqanizmdə müxtəlif fermentlərin tərkib komponentidir, normal boy inkişafını sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxumasının strukturunun bərpa olunmasını təmin edir.

Manqan sulfat – bir çox fermentlərin aktivləşməsində mühüm rol oynayan kofaktordur. Şəkər mübadiləsində (qlisemik tarazlıq), karbohidrat və xolesterin mübadiləsində, insulin hormonunun sintezində iştirak edir. Antioksidant təsiri ilə hüceyrələri oksidləşdirici stresdən qoruyur. Manqan uşaqlarda və yeniyetmələrdə sümük və oynaqların doğru formalaşmasında iştirak edərək sağlam böyüməni təmin edir. Kollagen sintezində iştirak edir. Dərinin elastikliyini, dırnaqların və saçların sağlamlığını təmin edir.

L-lizin - orqan və sistemlərin normal fəaliyyəti üçün vacib olan ən vacib amin turşusundan biridir. Orqanizmdə sintez olunmayan əvəzolunmaz (essensial) amin turşudu, orqanizm onu xaricdən alır. L-lizin defisiti zamanı uşaqlarda böyümə və toxumaların bərpası ləngiyir, sümüklər və qığırdaqlar möhkəmliyini itirir, fermentlərin və hormonların səviyyəsi aşağı düşür. L-lizin kalsiumun bağırsaqlardan absorbsiyasını yüksəldir, sümük sıxlığını artırır, Ca itkisinin, raxitin qarşısını alır. Vətərlər, oynaq qığırdaqları, sümüklər, dəri, qan damarlarında olan kollagenin sintezində mühüm rol oynayır. İltihab əleyhinə təsirə malikdir. Uşağın normal boy artımını təmin edir (lizin defisitində uşaq və yeniyetmənin boy artımı ləngiyir!). Azot mübadiləsini yaxşılaşdırmaqla əzələ zülalını toplayır, əzələ toxumasını qidalandırır və böyüməsini sürətləndirir (əzələ kütləsi zəif olan uşaqlara, intensiv idmanla məşğul olanlara tövsiyə olunur). Karnitin sintezini stimullaşdıraraq, artıq piylərin enerjiyə çevrilməsində iştirak edir.

Bor turşusu - kalsium, maqnezium, fosfor, sink, D vitamini mübadiləsinə təsir edir. Ca və Mg absorbsiyasını, sümük toxumasında toplanmasını artırır. D vitaminin sorulmasında və aktivləşməsində rolu var, defisiti zamanı D vitamini çatışmazlığı yaranır. Ca-un yumşaq toxumalarda (damar və böyrək toxumalarında) toplanıb kirəc yaratmasının qarşısını alır, onu (Ca-u) sümük toxumasında və dişlərdə toplanmasına yönəldir. Bor orqanizmdə oksalatların miqdarını azaltmaq xüsusiyyəti ilə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Bor, həmçinin paratiroid vəzin sintez etdiyi parathormona da təsir göstərir. Bu hormon orqanizmdə kalsium və fosforun normal səviyyədə saxlanmasını təmin edir.

İstifadəsinə göstərişləri

  • D3, K2, C vitaminləri defisiti, Ca, Mg, Zn, Mn defisiti və L-lizin defisiti
  • Raxitin müalicəsi və profilaktikası
  • Uşaqlarda dişlərin gec çıxması, dişlərin kariesi
  • Sümük sınıqları və çatları zamanı
  • D3, K2, C vitaminləri, Ca, Mg, Zn, Mn və L-lizinə tələbatının artdığı hallar – uşaqlarda sürətli inkişaf dövrü, yeniyetməlik dövrü, əzələ kütləsi zəif olan uşaqlar, intensiv idmanla məşğul olan uşaqlar
  • Uşaqların və yeniyetmələrin boy artımının ləngiməsi
  • Ca və digər vitamin-mineralların defsitində saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri xəstəlikləri
  • Qalxanabənzər vəzi xəstəlikləri - Hipotireoz
  • Şəkərli diabet xəstələrində Ca və digər vitamin-mineralların defisiti 
  • Malabsorbsiya; Enterit; Qlütenə həssaslıq zamanı Ca və digər vitamin-mineralların defisiti
  • Medikamentoz Ca və digər vitamin-mineralların defisiti (steroid, epilepsiya əleyhinə və s. preparatlar)
  • Ca defisitinə bağlı sinir-əzələ keçiriciliyinin pozulması - əzələ tonusunun zəifləməsi, əllərin titrəməsi, əzələ qıcolmaları, spastik ağrı, karpopedal spazm, mimik əzələlərinin spazmları, ağız ətrafında keyimə
  • Miopiya; Görmə zəifliyi

Solicaros kids dozalanması və istifadə qaydası

SOLİCAROS kids - Banan aromalı sirop

1 yaşa qədər uşaqlar: 2,5 ml;
1-3 yaş uşaqlar: 5,0 ml;
3-6 yaş uşaqlar: 7,5 ml;
6-12 yaş uşaqlar: 10 ml;

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. 

Solicaros kids əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri

Nadir hallarda halsızlıq və dispeptik əlamətlər

Buraxılış forması

200 ml flakon.

Solicaros kids qiyməti

Solicaros kids qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solicaros kids qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow