Prointes

Prointes bağırsaqların mikroflorasını normallaşdıran simbiotik, həmçinin immunostimulyator effektə malik kombinə olunmuş preparatdır.

Jul 3, 2024 - 19:56
Jul 3, 2024 - 20:02
 0
Prointes
Prointes

Prointes preparatı haqqında məlumatlar      

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prointes tərkibi

  • Bifidobacterium bifidum...............0,25 Х 10 9
  • Bifidobacterium longum………....0,25 Х 10 9
  • Lactobacillus acidophilus……..…0,25 Х 10 9
  • Lactobacillus helveticus………....0,25 Х 10 9
  • Lactobacillus casei………….....…0,25 Х 10 9 
  • Lactobacillus plantarum…….…...0,25 Х 10 9
  • Lactobacillus rhamnosus………...0,25 Х 10 9
  • Enterococcus faecium…………....0,25 Х 10 9
  • Streptococcus thermophilus….....0,25 Х 10 9
  • Saccharomyces boulardii ……..…… 2 Х 10 8
  • İnulin………………………………......…100 mq
  • Beta Qlükan ((Beta Glucan 1,3/1,6).......50 mq
  • C vitamini (Ascorbic acid)………............30 mq
  • Sink oksid (Zinc oxide)......................31,25 mq 
  • Şüyüd ekstraktı (Anethum graveolens)...2 mq

Farmakoterapevtik  qrupu

Simbiotik; İmmunostimulyator

Farmakoloji xüsusiyyətləri

Prointes nə üçündür?

PROİNTES bağırsaqların mikroflorasını normallaşdıran simbiotik, həmçinin immunostimulyator effektə malik kombinə olunmuş preparatdır.

Bifidobakteriyalar bağırsaqda həzmi, vitamin və aminturşu sintezini aktivləşdirir, bağırsağın qoruyucu funksiyasını və orqanizmin immun qorumasını gücləndirir.

Bifidobacterium bifidium - Patogen (şigella, salmonella, qızılı stafilokokk və s) və şərti-patogen (protey, klebsiella və s) mikroorqanizmlərə antaqonist təsir göstərərək diareya əleyhinə effekə malikdir. Bağırsağın normal mikroflorasını tez bərpa edir, toksinlərin orqanizmə keçməsinin qarşısını alır. Təbii biosorbentdir, böyük miqdarda toksiki maddələri toplayır və orqanizmdən xaric edir

Bifidobacterium longum - Bağırsağa qida ilə düşən, yaxud hüceyrədaxili fermentativ fəaliyyət nəticəsində yaranan nitratları metabolizə edərək antimutagen aktivlik göstərir.

Laktobakteriyalar infeksion xəstəliklərdən və antibiotikoterapiyadan sonra bağırsağın normal mikroflorasını bərpa edir.

Lactobacillus acidophilus - C. difficile, E.coli, Sl. typhimurium, St. aureus və s. ingibə edir. Kliniki tədqiqatlar L. acidophilusun salmonella və dizenteriya xəstəliklərinin müddətini və səviyyəsini azaltmasını göstərib. Mədədə iltihabi prosesi yaradan və xora xəstəliyinin inkişafına səbəb olan Helicobacter pylorini ingibə etmək xüsusiyyətinə malikdir. Patogen mikroorqanizmlərin çoxalmasını, uretra və uşaqlıq yolunun selikli qişasına adgeziyasını ingibə edir. Zülalların və yağların parçalanmasında iştirak edən proteaza və lipaza fermentlərinin sintezini artırır.

Lactobacillus helveticus - laktobasillərin ümumi səviyyəsini artıraraq bağırsaqda tarazlığı bərpa edir. Mədə-bağırsaq infeksiyalarının qarşısının alınması və müalicəsində antibiotiklərə alternativ hesab olunur. Tədqiqatlar göstərmişdir ki, L. helveticus və B. longumun kombinasiyası həyəcan və depressiya əlamətlərini azaldır, yuxunu normallaşdırır. Atopik dermatitin müalicəsində müsbət nəticə verir. L. helveticus və S. thermophilusun birləşməsi inək südündə olan allergenə qarşı və laktozaya dözümsüzlükdə effektivdir.

Lactobacillus casei- Digər probiotik ştammlarla müqayisədə Listeria cinsindən olan təhlükəli bakteriyalara qarşı yüksək antaqonist aktivliyə malikdir.

Lactobacillus plantarum- istehsal etdiyi antimikrob maddələr qram + və qram – bakteriyaların çoxalmasının və mədə-bağırsaq pozğunluqları yaratmasının qarşısını alır.

Lactobacillus rhamnosus- Laktozaya qarşı dözümsüzlük, virus və bakterial diareya, qəbizlik, bağırsağın iltihabi xəstəlikləri, qida allergiyası kimi mədə-bağırsaq pozğunluqlarının müalicəsində istifadə olunur. Streptakokkların inkişafını ingibə edir.

Enterococcus faecium- nazik bağırsaqda kolonizasiya yaradır. Yüksək fermentativ aktivlik göstərir, şərti-patogenlərə güclü antaqonizm təşkil edir, öd turşusunun təsirinə qarsi davamlidir.

Streptococcus thermophilus – bakterisid təsirə malikdir, bağırsaqda patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Nəticədə, xüsusilə uşaqlarda mədə-bağırsaq pozğunluqları riskini azaldır.

Saccharomyces boulardii - patogen və şərti-patogen bakteriyalara qarşı yüksək antibakterial təsirə malikdir. Öz membranında mannoza sintez edərək infeksiyaları ozünə birləşdirir və onların nəcislə xaric olunmasını həyata keçirir.

Proteazaların miqdarını artırmaqla Clostridium difficile-nin toksinlərini neytrallaşdıraraq onların bağırsaqların kirpikli epitelisinə nüfuz etməsinin qarşısını alır. Faqositlərin fəaliyyətini aktivləşdirməklə bağırsaqların selikli qişasinda immunoqlobulin A-nın sintezini artıraraq yerli immuniteti yüksəldir. İltihabi mediatorların sekresiyasını zəiflətməklə iltihab əleyhinə təsir göstərir.

İnulin – Prebiotikdir, bifido- və laktobakteriyaların inkişafına şərait yaradır, aktivliyini stimullaşdırır. Orqanizmdə vitaminlərin və mineralların mənimsənilməsinə şərait yaradır, əsasən də yoğun bağırsaqdan Ca sorulmasını artırır. Orqanizmdən şlakları və toksinləri xaric edir. Lipidlərin-xolesterin, triqliseridlər və fosfolipidlərin mübadiləsini yaxşılaşdırır. Diabetiklərdə şəkərin səviyyəsini azaldır, II tip ŞD inkişafının qarşısını alır. İmmunomodulyator effekti var.                                

Beta Qlükan – təbii polisaxarid kompleksidir, orqanizmin təbii immun cavabının formalaşmasında və immun mexanizmlərin aktivləşməsində rolu vardır. Nazik bağırsağın Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, onların virus, bakteriya, göbələk  və parazitlərə qarşı təbii immun cavabı aktivləşdirir. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta-qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

C vitamini - metabolik təsirə malikdir, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı immun müqavimətini artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

Sink – immunitetin formalaşmasında iştirak edir. Timus vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Şüyüd ekstraktı  (Anethum graveolens) – əsas tərkib komponentləri fenxol, kamfen, anetol, dipenten, alfa-pinen maddələridir. İltihab əleyhinə, spazmolitik, köp əleyhinə, antioksidant və hepatoprotektor xüsusiyyətlərə malikdir. Həzm sisteminin fəaliyyətini aktivləşdirir, ürəkbulanma, meteorizm və qəbizliyi aradan qaldırır. Tərkibindəki efir yağları orqanizmi şlak və toksinlərdən təmizləyir.

Prointes-in tərkibinə daxil olan komponentlər nazik bağırsağın qələvi mühitində azad olur, çünki onlar mədə şirəsinin təsirindən qorunan və nazik bağırsaqda həll olan İsveçrənin Lonza şirkətinin xüsusi intestinal kapsulları - DRcaps®da qablaşdırılıb.

İstifadəsinə göstərişləri

  • Bağırsaq disbakteriozu, vaginal disbioz 
  • Antibakterial preparatlarla müalicə zamanı
  • Kəskin bağırsaq infeksiyaları
  • Uşaqlarda və böyüklərdə kəskin və xroniki diareyalar zamanı (Viral, bakterial, antibiotiklə əlaqəli diareyalar)
  • Lyamblioz və helmintozların müalicəsində
  • Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, müxtəlif etiologiyalı kolitlər, xroniki enterokolit.
  • Qıcıqlanan bağırsaq sindromu
  • Həzm pozğunluqları: ishal, qəbizlik, meteorizm
  • Müxtəlif mənşəli zəhərlənmələr zamanı
  • Ağız boşluğu və bağırsaq mikozları
  • İmmunodefisit vəziyyətlər
  • Natamam və balanslaşdırılmamış qidalanma (pəhriz) zamanı
  • Atopik (allergik) xəstəliklər (atopik dermatit/neyrodermit, allergik rinokonyuktivit)
  • Dərinin xroniki iltihabi xəstəlikləri
  • Stres, həyəcan və depressiya zamanı

Prointes dozalanması və istifadə qaydası 

  • 0-3 yaşa qədər uşaqlara həkim məsləhəti ilə;
  • 3-12 yaş uşaqlar: 1 kapsul gündə 1 dəfə;
  • 12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 2 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.
  • Antibiotikoterapiyada: 1 kapsul gündə 1-2 dəfə antibiotikdən 2 saat sonra daxilə qəbul edilir.
  • Uşaqlar kapsulu uda bilmədikdə 10-15 ml isti olmayan suda həll etməklə, həmçinin isti olmayan yeməklərinə qarışdırmaqla təyinatı mümkündür.  
  • Müalicə müddəti: 2-4 həftə.
  • Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

Hamiləlik və laktasiya zamanı istifadəsi

Mümkündür.

Əlavə təsirləri

Nadir hallarda dispeptik əlamətlər ola bilər

Prointes əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması  

30 DRcaps intestinal kapsul

Prointes qiyməti

Prointes qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prointes qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

Disbakterioz zamanı istifadə olunan dərmanlar


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow