Anaferon tabletka uşaqlar üçün istifadə qaydası necədir?

Anaferon tabletka (uşaqlar üçün) - Qrip zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, virus infeksiyası zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Nov 26, 2024 - 17:25
Nov 26, 2024 - 17:24
 0
Anaferon tabletka uşaqlar üçün istifadə qaydası necədir?
Anaferon tabletka uşaqlar üçün

Anaferon tabletka (uşaq üçün) haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Anaferon tabletka qiyməti

Anaferon uşaqlar üçün qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Anaferon qiyməti 9 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Anaferon tabletka qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

UŞaqlar üçün ANAFERON    homeopatik sorma tabletlər

ANAFERON for children

 

Tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində  0,003 q*  insanın qamma interferonuna qarşı affin təmizlənmiş anticisimlər vardır.

Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.

* təsiredici maddənin aktiv formasının 10-16 nq/q artıq olmayaraq tərkibli su-spirt qarışığı şəklində laktoza monohidrata çəkilir.

 

Təsviri

Yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, ağ rəngdən demək olar ki, ağ rəngə qədər tabletlərdir. Üzərində xətt olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində isə ANAFERON KID yazısı vardır.

 

Farmakoterapevtik qrupu

İmmunomodulyatorlar. Virusəleyhinə vasitələr.

ATC kodları: L03, J05AX.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Profilaktik və müalicəvi istifadəsi zamanı preparat immunomoduləedici və virusəleyhinə təsir göstərir. Qrip, paraqrip, 1-ci və 2-ci tip sadə herpes viruslarına (labial herpes, genital herpes), digər herpes-virusları (suçiçəyi, infeksion mononukleoz), enteroviruslar, gənə ensefaliti virusu, rotavirus, koronavirus, kalisivirus, adenovirus, respirator-sinsitial (RS virus) virusa qarşı effektivliyi təcrübi və klinik olaraq müəyyən edilmişdir. Preparat zədələnmiş toxumalarda virusun konsentrasiyasını azaldır, endogen interferonlar və onlarla əlaqəli sitokinlər sisteminə təsir göstərir, endogen “erkən” interferonların (İFN а/β) və qamma-interferonun (İFN γ) əmələ gəlməsini induksiya edir.

Humoral və hüceyrə immun cavabını stimulə edir. Antitellərin (sekretor  IgA daxil olmaqla) istehsalını artırır, T-effektorların, T-helperlərin (Th) funksiyasını aktivləşdirir və onların nisbətini normallaşdırır. İmmun cavabda iştirak edən Th və digər hüceyrələrin funksional rezervlərini  yüksəldir. Th1 və Th2 qarışıq tip immun cavabın induktorudur: Th1 (İFN γ, İL-2) və Th2 (İL-4, 10) sitokinlərin ifrazını yüksəldir, Th1/Th2 aktivliklərin balansını normallaşdırır (modulə edir). Faqositlərin və təbii hüceyrə-killerlərin (TK hüceyrələrin) funksional aktivliyini yüksəldir. Antimutagen xüsusiyyətlərə malikdir.

Farmakokinetikası

Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) preparatın bioloji mayedə, orqan və toxumalarda uşaqlar üçün Anaferon preparatının təsiredici maddəsinin tərkibini qiymətləndirməyə imkan vermir ki, bu da, farmakokinetikanının öyrənilməsini texniki cəhətdən qeyri-mümkün edir.

 

İstifadəsinə göstərişlər

Kəskin respirator virus infeksiyalarının (o cümlədən, qripin) profilaktikası və müalicəsi.

Herpes-virusların törətdiyi infeksiyaların (infeksion mononukleoz, suçiçəyi, labial herpes, genital herpes) kompleks terapiyası.

Xroniki herpes virus infeksiyasının residivlərinin, o cümlədən, labial və genital herpesin  kompleks terapiyası və profilaktikası.

Gənə ensefaliti virusunun, enterovirusun, rotavirusun, koronavirusun, kalisivirusun törətdiyi kəskin və xroniki virus infeksiyalarının kompleks terapiyası və profilaktikası.

Bakterial infeksiyaların kompleks terapiyasının tərkibində istifadəsi.

Müxtəlif etiologiyalı ikincili immunçatışmazlığı vəziyyətlərinin kompleks terapiyası, o cümlədən, virus və bakterial infeksiyaların ağırlaşmalarının profilaktikası və müalicəsi.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq. 1 aya qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar anadangəlmə qalaktozemiyası, qlükozanın malabsorbsiyası sindromu və ya anadangəlmə laktaza çatışmazlığı  olan pasiyentlərə təyin etmək məsləhət görülmür.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu vaxta qədər digər dərman vasitələri ilə uyuşmazlıq halları aşkar edilməyib.

Ehtiyac olduqda, preparatı digər virusəleyhinə, antibakterial və simptomatik vasitələrlə birgə istifadə etmək olar.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Uşaqlar üçün Anaferonun hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməyib. Preparatın qəbuluna ehtiyac yarandıqda risk/fayda nisbətini nəzərə almaq lazımdır.

 

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir (qida qəbulu zamanı yox). Tablet tam həll olana qədər ağızda saxlanmalıdır.

Uşaqlara 1 ayından təyin edilir. Kiçik yaşlı uşaqlara (1 ay-3 yaş) preparatın təyini zamanı tableti bir qədər (1 xörək qaşığı) otaq temperaturunda olan qaynanmış suda həll etmək məsləhət görülür.

KRVİ, qrip, bağırsaq infeksiyaları, herpesvirus infeksiyaları, neyroinfeksiyalar

Müalicənin ilk günündə 8 tablet aşağıdakı szem üzrə qəbul edilir: ilk 2 saat ərzində hər 30 dəqiqədən bir 1 tablet (2 saata cəmi 5 tablet), daha sonra elə həmin gün ərzində 1 tablet bərabər intervallarla 3 dəfə qəbul edilir. 2-ci gün və sonralar tam sağalma baş verənə qədər gündə 3 dəfə 1 tablet təyin edilir.

Kəskin respirator virus infeksiyalarının və qripin preparat ilə müalicəsinin üçüncü günü yaxşılaşma olmadıqda həkimə müraciət etmək lazımdır.

Epidemik mövsümdə profilaktik məqsədlə preparat 1-3 ay ərzində hər gün, gündə 1 dəfə qəbul edilir.

Genital herpes

Genital herpesin kəskin təzahürləri zamanı preparat bərabər zaman fasilələri ilə aşağıdakı sxem üzrə qəbul edilir: 1-3 gün- gündə 8 dəfə 1 tablet, sonra 3 həftədən az olmayaraq gündə 4 dəfə 1 tablet.

Xroniki herpes virus infeksiyasının residivlərinin profilaktikası üçün gündə 1 tablet istifadə edilir.

Profilaktik kursun məsləhət görülən davametmə müddəti fərdi təyin edilir və 6 aya qədər davam edə bilər.

İmmunçatışmazlığı vəziyyətlərinin müalicəsi və profilaktikası üçün preparatın istifadəsi zamanı bakterial infeksiyaların kompleks terapiyasında gündə 1 tablet qəbul etmək lazımdır.

Ehtiyac olduqda, preparatı digər virusəleyhinə və simptomatik vasitələrlə birgə istifadə etmək olar.

 

Əlavə təsirləri

Allergik reaksiyalar və preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslığın baş verməsi mümkündür.

 

Doza həddinin aşılması

Hazırkı dövrə qədər doza həddinin aşılması halları qeyd edilməyib. Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar olan dispeptik təzahürlər mümkündür.

 

Buraxılış forması

Sorma üçün homeopatik tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı  konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə  karton qutuya  qablaşdırılır.

 

Saxlanma şəraiti

25 °С-dən yüksək olmayan temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: [email protected]

 

Ünvan

Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54.

 

Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.

Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp.15

Tel.:+994124886892.

E-mail: [email protected]

Anaferon nə üçündür?

  1. Qrip zamanı istifadə olunan dərmanlar
  2. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  3. Virus infeksiyası əleyhinə dərmanlar
  4. Homeopatik dərmanlar
  5. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow