Anaferon tabletka nə üçündür?
Anaferon (böyüklər üçün) - Qrip zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün istifadə olunan dərmandır.

Anaferon tabletka qiyməti
Anaferon qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Anaferon qiyməti 8 azn - 10 azn arasında dəyişir.
- Anaferon tabletka qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Anaferon tabletka nə üçündür?
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Anaferon tabletka qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
ANAFERON homeopatik sorma tabletlər
ANAFERON
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,003 q* insanın qamma interferonuna qarşı affin təmizlənmiş anticisimlər vardır.
Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat.
* təsiredici maddənin aktiv formasının 10-15 nq/q artıq olmayaraq tərkibli su-spirt qarışığı şəklində laktoza monohidrata çəkilir.
Təsviri
Yastısilindrik formalı, üzərində xətti olan, iti kənarlı, ağ rəngdən demək olar ki, ağ rəngə qədər tabletlərdir. Üzərində xətt olan yastı tərəfində MATERIA MEDICA, digər yastı tərəfində isə ANAFERON yazısı vardır.
Farmakoterapevtik qrupu
İmmunomodulyatorlar. Virusəleyhinə vasitələr.
ATC kodları: L03, J05AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Profilaktik və müalicəvi istifadəsi zamanı preparat immunomoduləedici və virusəleyhinə təsir göstərir. Qrip, paraqrip, 1-ci və 2-ci tip sadə herpes viruslarına (labial herpes, genital herpes), digər herpes-virusları (suçiçəyi, infeksion mononukleoz), enteroviruslar, gənə ensefaliti virusu, rotavirus, koronavirus, kalisivirus, adenovirus, respirator-sinsitial (RS virus) virusa qarşı effektivliyi təcrübi və klinik olaraq müəyyən edilmişdir. Preparat zədələnmiş toxumalarda virusun konsentrasiyasını azaldır, endogen interferonlar və onlarla əlaqəli sitokinlər sisteminə təsir göstərir, endogen “erkən” interferonların (İFN а/β) və qamma-interferonun (İFN γ) əmələ gəlməsini induksiya edir.
Humoral və hüceyrə immun cavabını stimulə edir. Antitellərin (sekretor IgA daxil olmaqla) istehsalını artırır, T-effektorların, T-helperlərin (Th) funksiyasını aktivləşdirir və onların nisbətini normallaşdırır. İmmun cavabda iştirak edən Th və digər hüceyrələrin funksional rezervlərini yüksəldir. Th1 və Th2 qarışıq tip immun cavabın induktorudur: Th1 (İFN γ, İL-2) və Th2 (İL-4, 10) sitokinlərin ifrazını yüksəldir, Th1/Th2 aktivliklərin balansını normallaşdırır (modulə edir). Faqositlərin və təbii hüceyrə-killerlərin (TK hüceyrələrin) funksional aktivliyini yüksəldir. Antimutagen xüsusiyyətlərə malikdir.
Farmakokinetikası
Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiyası, xromato-mass-spektrometriya) preparatın bioloji mayedə, orqan və toxumalarda Anaferon preparatının təsiredici maddəsinin tərkibini qiymətləndirməyə imkan vermir ki, bu da, farmakokinetikanının öyrənilməsini texniki cəhətdən qeyri-mümkün edir.
İstifadəsinə göstərişlər
Kəskin respirator virus infeksiyalarının (o cümlədən, qripin) profilaktikası və müalicəsi.
Herpes-virusların törətdiyi infeksiyaların (infeksion mononukleoz, suçiçəyi, labial herpes, genital herpes) kompleks terapiyası.
Xroniki herpes virus infeksiyasının residivlərinin, o cümlədən, labial və genital herpesin kompleks terapiyası və profilaktikası.
Gənə ensefaliti virusunun, enterovirusun, rotavirusun, koronavirusun, kalisivirusun törətdiyi kəskin və xroniki virus infeksiyalarının kompleks terapiyası və profilaktikası.
Bakterial infeksiyaların kompleks terapiyasının tərkibində istifadəsi.
Müxtəlif etiologiyalı ikincili immunçatışmazlığı vəziyyətlərinin kompleks terapiyası, o cümlədən, virus və bakterial infeksiyaların ağırlaşmalarının profilaktikası və müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq. Uşaqlara və 18 yaşdan aşağı şəxslərə “Uşaqlar üçün Anaferon” preparatı göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar anadangəlmə qalaktozemiyası, qlükozanın malabsorbsiyası sindromu və ya anadangəlmə laktaza çatışmazlığı olan pasiyentlərə təyin etmək məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu vaxta qədər digər dərman vasitələri ilə uyuşmazlıq halları qeyd edilməmişdir.
Ehtiyac olarsa, preparatı digər virusəleyhinə, antibakterial və simptomatik vasitələrlə birgə istifadə etmək olar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Anaferonun hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi öyrənilməyib. Preparatın qəbuluna ehtiyac yarandıqda risk/fayda nisbətini nəzərə almaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Anaferon preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri aşkar edilməyib.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir (qida qəbulu zamanı yox). Tablet tam həll olana qədər ağızda saxlanmalıdır.
KRVİ, qrip, bağırsaq infeksiyaları, herpesvirus infeksiyaları, neyroinfeksiyalar
Müalicənin ilk günündə 8 tablet aşağıdakı szem üzrə qəbul edilir: ilk 2 saat ərzində hər 30 dəqiqədən bir 1 tablet (2 saata cəmi 5 tablet), daha sonra elə həmin gün ərzində 1 tablet bərabər intervallarla 3 dəfə qəbul edilir. 2-ci gün və sonralar tam sağalma baş verənə qədər gündə 3 dəfə 1 tablet təyin edilir.
Kəskin respirator virus infeksiyalarının və qripin preparat ilə müalicəsinin üçüncü günü yaxşılaşma olmadıqda həkimə müraciət etmək lazımdır.
Epidemik mövsümdə profilaktik məqsədlə preparat 1-3 ay ərzində hər gün, gündə 1 dəfə qəbul edilir.
Genital herpes
Genital herpesin kəskin təzahürləri zamanı preparat bərabər zaman fasilələri ilə aşağıdakı sxem üzrə qəbul edilir: 1-3 gün- gündə 8 dəfə 1 tablet, sonra 3 həftədən az olmayaraq gündə 4 dəfə 1 tablet.
Xroniki herpes virus infeksiyasının residivlərinin profilaktikası üçün gündə 1 tablet təyin edilir.
Profilaktik kursun məsləhət görülən davametmə müddəti fərdi təyin edilir və 6 aya qədər davam edə bilər.
İmmunçatışmazlığı vəziyyətlərinin müalicəsi və profilaktikası üçün preparatın istifadəsi zamanı bakterial infeksiyaların kompleks terapiyasında gündə 1 tablet qəbul etmək lazımdır.
Ehtiyac olduqda, preparatı digər virusəleyhinə və simptomatik vasitələrlə birgə istifadə etmək olar.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslığın baş verməsi mümkündür.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar olan dispeptik təzahürlər mümkündür.
Buraxılış forması
Sorma üçün homeopatik tabletlər.
20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada.
1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi və Rusiya Federasiyası ərazisində iradları qəbul edən təşkilat
“Materia Medika Holdinq” EİŞ” MMC.
Rusiya, 127473, Moskva ş., 3-cü Samoteçnıy dalanı, ev 9.
Tel.:/Faks: +7 (495) 684-43-33.
“Qaynar xətt” telefonları: +7 (495) 681-09-30, +7 (495) 681-93-00.
E-mail: [email protected]
Ünvan
Rusiya, 454139, Çelyabinsk ş., Buquruslanskaya k., ev 54.
Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.
Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp.15
Tel.:+994124886892.
E-mail: [email protected]
Anaferon tabletka nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Virus infeksiyası əleyhinə dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
- Homeopatik dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






