Az yatmaq hansı xəstəliyi yaradır?

Gecə yuxusu vaxtının bir qədər azalması insulin müqavimətinə və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.
Doktorm.Az oxu.az-a istinadən bildirir ki, bu fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina deyib.
O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00-da yatmaq məsləhətdir, çünki məhz bu dövrdə orqanizm yuxu hormonu - melatonin istehsal edir. Onun maksimum dozası yığıldıqda, yuxuya getmək daha asandır.
"Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır", - deyə həkim izah edib.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






