Asiklovir maz nə üçündür? istifadə qaydası necədir?
Asiklovir maz nə üçündür? istifadə qaydası necədir? - Asiklovir maz cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, dəri infeksiyaları zamanı, dəmrov zamanı istifadə olunan preparatdır.

Asiklovir maz haqqında məlumat
- Asiklovir maz qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Asiklovir maz nə üçündür?
Asiklovir maz qiyməti
Asiklovir krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Asiklovir maz qiyməti 1 azn - 3 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Asiklovir qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ASİKLOVIR xaricə istifadə üçün məlhəm ACYCLOVIR
Beynəlxalq patentləşdirilməmiş adı: Acyclovir Tarkibi
Təsiredici maddə: 1q məlhəmin tərkibində 50 mq asiklovir vardır.
Köməkçi maddələr: makroqol 400, makroqol 1500, emulsion mum.
Təsviri
Ağ rəngli, praktik olaraq qoxusuz məlhəmdir.
Farmakoterapevtik qrupu
Virusəleyhinə dərman vasitələri.
ATC kodu: D06BB03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Asiklovir virusəleyhinə dərman vasitəsidir. I və II tip Herpes simplex (HSV) virusuna qarşı in vitro güclü aktivliye malikdir. Herpes virusu ile yoluxmuş hüceyrəyə düşdükdən sonra asiklovir aktiv birləşmə olan asiklovir trifosfota qeder fosforlaşır. Bu prosesin ilk mərhələsi HSV-timidinkinazanın kodlaşdırılmış fermentinin iştirakından asılıdır. Asiklovir trifosfat virus DNT-nin növbəti sintezinə mane olaraq, herpes spesifik DNT polimerazasına inhibitoru ve substrat təsir göstərir, bu zaman normal hüceyrə proseslərinə təsir etmir.
Farmakokinetikası
Farmakoloji tədqiqatlar asiklovir məlhəminin təkrar istifadəsi zamanı minimal sistem absorbsiyasını göstermişdir.
İstifadəsinə göstərişlər
Herpes simplex virusu ilə törədilən dodaq və üz dərisinin (dodaqların residivləşən herpesi) viruslu infeksiyalarının müalicəsi.
Əks göstərişlər
Preparatın istenilen komponentine, valasiklovira qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla
Hamiləlik, laktasiya dövrü.
Xaricə istifadə üçün Asiklovir məlhəmi, yalnız dodaq və üz dərisinin herpesi zamanı istifadə edilməlidir. Ağız boşluğunun, gözlərin və uşaqlıq yolunun selikli qişasında istifadə etmək məsləhət görülmür. Genital herpesin müalicəsi məqsədilə istifadə edilməməlidir. Məlhəmin gözlərə düşməsindən çəkinmək lazımdır.
Residivləşən herpesin ifadəolunmuş təzahürü zaman həkimlə məsləhətləşmək məsləhət görülür. Dodaq herpesi olan pasiyentlər virus ötürülməsindən çəkinməlidirlər, xüsusilə aktiv zədələnmə olduqda.
Immundefisit vəziyyətində olan pasiyentlərdə xaricə istifadə üçün Asiklovir məlhəmindən istifadə etmək məsləhət görülmür. Belə pasiyentlər istenilen infeksion xəstəliyin müalicəsi zaman həkim məsləhətinə riayət etməlidirlər.
Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlər
Baxmayaraq ki, asiklovir əsasən böyrəklər vasitəsilə xaric olur, xaricə istifadəsindən sonra onun sistem absorbsiyasi əhəmiyyətsiz dərəcədədir. Müvafiq olaraq, böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozanın dəyişdirilməsina ehtiyac yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Xaricə istifadəsi zaman digər dərman vasitələrilə klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
İstifadəsi, yalnız o zaman mümkündür ki, ehtimal edilən fayda potensial və naməlum riskdən üstün olsun, lakin məlhəmin yerli istifadəsi zamanı sistem ekspozisiyası çox kiçikdir.
Asiklovirin qeydiyyatından sonrakı istifadəsinin təcrübəsi nəticəsində Asiklovir preparatının istenilen derman formasını qəbul edən qadınlarda hamiləliyin nəticəsi üzrə məlumat alınmışdır. Melumatlar, ümumi populyasiya ilə müqayisədə asiklovirle müalicə alan pasiyentlər arasında anadangəlmə qüsurların inkişafının sayının artdığını nümayiş etdirməmişdir və ümumi səbəbə işarə edən unikal və ya daimi əlamətlər ilə xarakterizə olunan anadangəlmə qüsurlar qeyd edilməmişdir. Qadın hamilə olduqda və ya hamilə olduğunu ehtimal etdikdə və ya planlaşdırdıqda, laktasiya dövründə istifadədən əvvəl hakimlə məsləhətləşməsi vacibdir.
Laktasiya dövrü
Məhdud məlumatlar göstərir ki, preparat müntəzəm istifadəsi zamanı ana südünə nüfuz edir. Lakin ana südünde körpənin aldığı doza əhəmiyyətsiz dərəcədədir.
Naqliyyat vasitəsini ve digər potensial təhlükəli mexanizmləri idarəetme qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmleri idarəetmə qabiliyyetine tesiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Yalnız xaricə istifadə edilir.
Preparatı, yalnız təlimatda qeyd edilən göstərişə və istifadə qaydasına müvafiq tətbiq edilməlidir.
Böyüklər ve uşaqlar
Preparati gündə 5 dəfə, gecə vaxtı istisna olmaqla, təqribən hər 4 saatdan bir, zədələnmiş və onun əhatəsində olan dəri nahiyyəsinə sürtmək məsləhət görülür. Müalicəni mümkün qədər tez, yaxşı olar ki, ilk simptomlar təzahür etdikdə (prodro- mal dövrde ve ya qızartı zamanı), başlamaq vacibdir.
Müalicə, eləcə də, daha gecikmiş mərhələdə başlana bilər (papula və ya qabarcıqlar).
Müalicə müddəti 4 gündən az olmamalıdır. Sağalma müşahidə edilmədikdə, müalicə 10 günə qədər davam etdirilə bilər. Xəstəliyin simptomlarının 10 gündən artıq saxlanması zamanı həkimə müraciət etmək lazımdır.
Vəziyyətin pisləşməsinə yol verməmək və infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə preparati istifadə etmazdan avval ve sonra əlləri yumaq vacibdir, dərinin zədələnmiş nahiyəsini sürtmək və ona dəsmalla toxunmaq olmaz.
Əlavə təsirləri
Əlavə təsirlər organlar sistemi ve tezliyi üzrə təsnif edilmişdir. Əlave tesirlerin tezliyi aşağıdakı sadalanan kimi müəyyən edilir çox tez-tez (2 1/10), tez-tez (2 1/100-< 1/10); bezen (2 1/1000-<1/100); nadir hallarda (≥ 1/10000-<1/1000); çox nadir hallarda (< 1/10000).
Dəridə və dərialtı toxumada baş verən pozuntular
Bəzən-preparatın istifadə nahiyəsində qısamüddətli yanma, sancma, azacıq quruluq və ya qabıqlanma, qaşınma,
Nadir hallarda qızartı, istifadesinden sonra asiklovira nisbətən köməkçi maddələrə qarşı reaksiya ilə əlaqədar olan kontakt dermatit
immun sistemdə baş veren pozuntular
Çox nadir hallarda dərhal yaranan yüksek hassaslıq reaksiyaları, o cümlədən, angionevrotik ödem, övrə
Pasiyentde içlik vərəqədə qeyd edilen ve ya dərinləşən əlavə təsirlər qeyd edildikdə və ya təlumatda göstərilməyən istenilen digər arzuolunmaz effekt təzahür etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Doza həddinin aşılması
Minimal sistem təsirine göre, Asiklovir məlhəminin istehlakçı qablaşmasının tam tutumunun daxilə qəbulu və ya yerli istifadəsi zamanı əlavə təsirlərin yaranması gözlənilmir. Doza həddinin aşılmasına şübhə olduqda, həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
Xaricə istifadə üçün 5%-li məlhəm.
10q məlhəm, aluminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmek olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
"Tatximfarmpreparati SC, Rusiya Federasiyası.
420091, Tatarstan Respublikası, Kazan ş.. Belomorskaya k., ev 260.
Tel.: 8800 20198 88.
Tel.:/Faks: +7 (843) 571-85-58.
e-mail: [email protected]
Qeydiyyat vasoqəsinin sahibi/İstehlakçılardan iradlan qəbul edən təşkilat
"Tatximfarmpreparati SC, Rusiya Federasiyası.
420091, Tatarstan Respublikası, Kazan ş, Belomorskaya k., ev 260.
Tel.: 8800 201 98 88.
Tel.:/Faks:+7 (843) 571-85-58.
e-mail: [email protected]
Asiklovir maz nə üçündür?
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Dəmrov zamanı istifadə olunan dərmanlar
- Virus infeksiyası əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






