Kartil super krem istifadə qaydası necədir?
Kartil super krem - Oynaq və əzələ ağrılarında, yumşaq toxumaların zədələnmələri zamanı, sınıqlar zamanı istifadə olunan preparatdır.

Kartil super krem haqqında məlumat
Kartil super krem qiyməti
Kartil super krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kartil super krem qiyməti 11 azn - 13 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kartil krem qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Natrium xondroitin sulfat 5%
- Essensial fosfolipidlər 1%
- Krem əsası k.q.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası
Yalnız xaricə istifadə üçündür.
Kartil Super Krem gündə 2-3 dəfə dəriyə çəkilir və tam sorulana qədər masaj hərəkətləri ilə sürtülür. İstifadədən sonra dərhal əllərinizi yuyun. Terapiya kursu 2-3 həftədən 2 aya qədərdir. Ehtiyac olduqda terapiya kursu təkrarlanır.
Xüsusi göstərişlər
- zədələnmiş dəri sahələrinə çəkmək olmaz;
- preparatın gözlərə və ya bədənin digər həssas sahələrinə düşməsinə yol verməmək lazımdır.
Əlavə təsirləri
Allergik reaksiyalar olarsa preparatın istifadəsini dərhal dayandırmaq lazımdır.
Buraxılış forması
50q krem olmaqla tubda. 1 tub içlik vərəqi ilə birgə karton qutuda.
Saxlanma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
«Nabros Pharma Pvt. Ltd.» - firmasıdır.
National Highway №8
Kheda - 387 411, Hindistan
Kartil super krem nə üçündür?
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- Yumşaq toxumaların zədələnmələri
- Sınıqlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






