DUASKAL N30 tablet
DUASKAL tablet orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium mübadiləsini tənzimləyən kompleks preparat olub, farmakoloji təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur.

DUASKAL N30 tablet - Kalsium
Buraxılış forması
DUOSKAL tablet No30
DUASKAL N30 tablet Tərkibi
Hər 1 tabletdə:
- Kalsium karbonat................... 400 mq
- Maqnezium...............................60mq
- Sink......................................5 mq
- D3 vitamini ................ 5mkq (400BV)
Farmakoloji xüsusiyyətlər
DUASKAL N30 tablet nə üçündür?
DUASKAL orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium mübadiləsini tənzimləyən kompleks preparat olub, farmakoloji təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur.
Kalsium orqanizmdə sümük toxumasının qurulmasında, sümüklərin və dişlərin mineralizasiyasında, sinir impulslarının ötürülməsində, sinir sistemi, əzələ sistemi, dayaq –hərəkət sistemi, hüceyrə membranı və kapilyar keçiriciliyi üçün əsas element hesab olunur. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümük və dişlərin payına düşür, digər 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərinin tənzimlənməsini həyata keçirir.
Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Sink həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteoporozun inkişafına və boy atmanın dayanmasına səbəb olur. DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
Vitamin D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur.
DUASKAL N30 tablet İstifadə qaydası
Böyüklərdə: Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəsi məqsədi ilə isə 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 2 tablet, 2-6 yaş arası uşaqlarda 1⁄2 tablet gündə 1 dəfə.
Digər hallarda ozalanma həkim məsləhəti ilə dəyişdirilə bilər.
İstifadəsi üçün göstərişlər
- Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə.
- Hamiləliyin planlaşdırılması, hamilələik və laktasiya dövrü
- Yeniyetmələrdə intensiv inkişaf dövrü
- Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə Sümük sınıqlarının müalicəsini sürətləndirmək məqsədilə
- Dializ xəstələrində hipokalsemiyanın qarşısını almaq məqsədilə.
DUASKAL N30 tablet Əks göstərişlər
Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibində ki hər hansı komponentə qarşı hiper həssaslıq.
Aptekdən buraxılma şərti
Reseptli
DUASKAL N30 tablet Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Smart Pharma, Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






