DUASKAL 150 ml
DUASKAL sirop uşaq orqanizmində (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium mübadiləsini tənzimləyən kompleks preparat olub, farmakoloji təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur.

DUASKAL 150 ml - Kalsium əlavəsi
Buraxılış forması
DUASKAL 150 ml,sirop
DUASKAL Tərkibi
Hər 10 ml-də:
- Kalsium karbonat................... 400 mq
- Sink Sulfat............................5,5mq
- D3 vitamini ................ 5mkq (400BV)
Farmakoloji xüsusiyyətlər
DUASKAL sirop nə üçündür?
DUASKAL uşaq orqanizmində (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium mübadiləsini tənzimləyən kompleks preparat olub, farmakoloji təsiri tərkibindəki komponentlərin xüsusiyyətləri ilə izah olunur.
Kalsium orqanizmdə sümük toxumasının qurulmasında, sümüklərin və dişlərin mineralizasiyasında, sinir impulslarının ötürülməsində, sinirsistemi, əzələsistemi, dayaq –hərəkətsistemi, hüceyrə membranı və kapilyar keçiriciliyi üçün əsas element hesab olunur. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümük və dişlərin payına düşür, digər 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərinin tənzimlənməsini həyata keçirir.
Sink həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteoporozun inkişafına və boy atmanın dayanmasına səbəb olur.DNT,RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün normal boy artımını və inkişafı sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
Vitamin D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. D3 vitamininin aktiv transport fəaliyyəti nəticəsində kalsiumun nazik bağırsağın proksimal hissəsindən sürətli sorulması təmin olunur.
DUASKAL İstifadə qaydası
- 0-1,5 yaş - 2,5 ml gündə 1 dəfə
- 1,5-4 yaş-2,5 ml gündə 2 dəfə
- 4-12 yaş -5 ml gündə 2 dəfə
- 12 yaşdan yuxarı uşaqlar və böyüklərdə 10 ml gündə 2-3dəfə daxilə qəbul edilir. İstifadədən əvvəl flakon çalxalanmalıdır.
İstifadəsi üçün göstərişlər
- Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə. Raxit xəstəliyinin müalicəsi və profilaktikası
- Spazmofiliya
- Sümük sınıqlarının müalicəsi
- Əzələ zəifliyi, hipotoniyası
- Dişlərdə kariyes
- Yeniyetmələrdə intensiv inkişaf dövrü
- Sümük sınıqlarının müalicəsini sürətləndirmək məqsədilə
DUASKAL Əks göstərişlər
Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibində ki hər hansı komponentə qarşı hiper həssaslıq.
Aptekdən buraxılma şərti
Reseptli
DUASKAL 150 ml Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
PHARMA STANDART, Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






