DUASLİFE tab N30
DUASLİFE tablet preparatının təsiri tərkibindəki komponentlərin xüsusiyyəti ilə izah olunur.

DUASLİFE tab N30 - İmmunostimulyator
Buraxılış forması
DUASLİFE tablet N30
DUASLİFE tab N30 Tərkibi
Hər 1 tabletdə:
- Vitamin E --------------------- 25 mq
- Beta – qlükan----------------- 75 mq
- Vitamin C --------------------- 60 mq
- Selen---------------------------25 mkq
- Sink sulfat----------------------7,5 mq
Farmakoloji xüsusiyyətlər
DUASLİFE tab N30 nə üçübdür?
DUASLİFE preparatının təsiri tərkibindəki komponentlərin xüsusiyyəti ilə izah olunur.
Vitamin E –güclü antioksidantdır. Sərbəst radikalların zədələyici təsirini önləyir, yağ turşularının doymamış karbon rabitələrini qoruyur, qırmızı qan hüceyrələrini müxtəlif virusların təsirindən müdafiə edir.İltihaba təkan verən leykotrienlərin hasilini azaldır. Betaqlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqibsiz vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadan tam biomənimsənilir. Betaqlükan orqanizmdə virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyi həyata keçirir. Qaraciyərdə sistem immun sitokinlərinin (interleykin və interferonların) sürətli sintezini reallaşdırır. Bununla da, beta qlükan orqanizmə daxil olmuş antigenlərin və genetik olaraq yad maddələrdən orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə beta qlükanın istənilən növ immunçatışmazlıqlarda istifadəsi mümkündür.
Vitamin C –Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.Selen – insan orqanizmində müxtəlif liposaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir.Sink müxtəlif fermentlərin tərkib hissəsidir, sümüklərin, saçların, dırnaqların, dərinin, görmə qabiliyyətinin, beynin normal idrak funksiyasını, neyrogenez və neyroötürücülüyün saxlanmasına kömək edir. Makrofaqları, faqositozu, T və B hüceyrələrinin böyüməsini və fəaliyyətini təsir etdiyi üçün immunitet üçün çox vacibdir. Sink çatışmazlığı ilə sitokinlərin ifrazı və funksionallığı azalır.
DUASLİFE tab N30 İstifadə qaydası
14 yaşdan yuxarı uşaqlar və böyüklər- gündə 1-2 dəfə 1 tablet daxilə qəbul edilir.
Digər hallarda həkim məsləhətilə qəbul oluna bilər.
İstifadəsi üçün göstərişlər
- Qrip və KRVİ müalicəsi və profilaktikası: bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, gingivit.
- Virus infeksiyalarının (o cümlədən COVİD-19) profilaktikası və kompleks müalicəsi zamanı
- Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsi zamanı
- Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşayiət edilən hallarda
- Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: uretrit, sistit, pielonefrit
- Onkoloji xəstəliklər zamanı əməliyyat önü və əməliyyatdan sonra radio və kimya terapiya müalicəsinin effektivliyinin artırılması məqsədi ilə.
- Xroniki yorğunluq və fiziki tükənmə zamanı
- Diabetli xəstələrdə oksidativ stressin və immunitet zəifləməsinin qarşısını almaq məqsədi ilə
DUASLİFE tab N30 Əks göstərişlər
Preparatın hər hansı komponentinə həssaslıq
Aptekdən buraxılma şərti
Reseptli
DUASLİFE tab N30 Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
PHARMANOR İlaç San. Tic. Ltd. Şti., Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






