5 – nok tabletka istifadə qaydası necədir?

5 – nok böyrək və sidik  yollarının  iltihabında, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, sidik ifrazatı xəstəliklərində istifadə olunan preparatdır.

Aug 15, 2024 - 09:45
Aug 15, 2024 - 10:11
 0
5 – nok tabletka istifadə qaydası necədir?
5 – nok tabletka

5 – nok tabletka haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

5 – nok tabletka qiyməti

5 – nok tabletka qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə 5 – nok  qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan 5 – nok tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Nitroxoline

  • Təsiredici maddə: Hər bir tabletin tərkibində 50 mq nitroksolin vardır.
  • Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, qarğıdalı nişastası, laktoza monohidrat, susuz kolloidal silisium, povidon, talk, krospovidon, maqnezium stearat, ərəbistan kitrəsi, natrium karmelloza, sukroza, kalsium karbonat, titan dioksid (E171), narıncı rəngli boya maddəsi (E110) Al lakı, xinolin sarısı boya maddəsi (E104) Al lakı.

Təsviri

Yumru formada olan, iki tərəfi qabarıq, narıncı rəngli, parlaq, örtüklü tablet.

Digər mikrobəleyhinə preparatlar, oksixinolin.

ATC kodu: J01XX07.

Farmakoloji xüsusiyyətləri

Nitroksolin çoxsaylı qrammüsbət və qrammənfi bakteriyalara, həmçinin bəzi göbələklərə qarşı effektivdir. Nitroksolinin istifadəsinin spektri sidik yollarının infeksiyalarını törədən bir sıra mikroorqanizmləri əhatə edir. Aşağıda qeyd olunan mikroorqanizmlər nitroksolinə qarşı həssasdır: Escherichia coli, Ureaplasma urealyticum, Mycoplasma hominis, Candida spp., Torulopsis spp.. Bəzi mikroorqanizmlər nitroksolinə qarşı davamsız həssaslığa malikdir, həminlər isə davamlıdır.

  • Sidik yollarının Nitroksolinə qarşı həssas qrammənfi, qrammüsbət bakteriya və/yaxud göbələklərlə törədilmiş kəskin, xroniki və residivləşmiş infeksiyalarının müalicəsi;
  • Sidik yollarının residivləşən infeksiyalarının profilaktikası, xüsusilə uşaqlarda.

Əks göstərişlər

  • Katarakt;
  • Nitroksolinə və preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
  • Xinolinlərə qarşı yüksək həssaslıq;
  • Ağır böyrək və qaraciyər çatışmazlığı.
  • Preparatın kumulyasiyasını nəzərə alaraq, böyrək funksiyasının pozulmaları olan xəstələrdə ehtiyatla təyin edilir.
  • Hidroksixinolinin halogen törəmələrinin uzunmüddətli və ya yüksək dozalarda istifadəsi zamanı göz sinirinin zədələnməsi və periferik nevrit qeyd olunub. Nitroksolinin istifadəsi zamanı belə hallar qeyd olunmayıb.
  • Böyrək və qaraciyər funksiyalarının əlavə müayinəsi olmadığı hallarda müalicə kursu 4 həftədən çox təyin olunmamalıdır.
  • 5-NOK dərman vasitəsinin örtüyünə E110 sarı rəngləyici maddə daxil edilmişdir, buna görə də aspirinə qarşı həssas olanlar və karbohidrat mübadiləsinin pozulması xəstələr dərman vasitəsini ehtiyatla istifadə etməlidirlər.

İstifadə qaydası və dozası

Böyüklər üçün: Gündə 400-800 mq, doza 4 dəfəyə qəbul edilir. Orta doza gündə 400 mq təşkil edir. 

Gündə 4 dəfə yeməkdən əvvəl 2 tablet. Ehtiyac olduğu halda müalicə fasiləsiz və ya bir neçə kurs ilə keçirilir (1 ay müddətində 2 həftə ərzində).

Buraxılış forması

50 mq –lıq örtüklü tabletlər. 50 tablet, polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

5 – nok tabletka nə üçündür?

  1. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  2. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  3. Bakterial xəstəliklər əleyhinə dərmanlar
  4. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow