Pulmolor sirop
Pulmolor sirop bronxit, pnevmoniya zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Pulmolor sirop haqqında məlumat
Pulmolor sirop qiyməti
Pulmolor sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Pulmolor sirop qiyməti 7 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Pulmolor qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Gülxətmi kökünün qatı ekstraktı (Althaeae)------------------- 60 mq
- Şirin biyan kökünün qatı ekstraktı (Glycyrrhíza)-------------- 60 mq
- Razyana meyvələrinin distillatı (Foeniculum)------------------ 4 q
- Sürvə yarpaqlarının qatı ekstraktı (Sálvia)--------------------- 30 mq
Xüsusiyyətləri
Pulmolor tərkibindəki bitkilərin hesabına öskürək əleyhinə, bəlğəmgətirici, mukolitik, iltihab əleyhinə təsirlərə malikdir.
Gülxətmi kökünün qatı ekstraktının – bəlğəmgətirici, öskürək əleyhinə, bürüyücü, yumşaldıcı və iltihab əleyhinə təsiri bilavasitə, tərkibindəki bitki mənşəli selik, pektin ilə bağlıdır. Bu maddələr yuxarı və aşağı tənəffüs yollarının selikli qişalarının səthini uzun müddətə nazik təbəqə şəklində örtərək, onların qıcıqlanmasının qarşısını alır. Nəticədə, öskürək simptomları azalır. Gülxətmi spazmolitik təsiri sayəsində bronxlardan bəlğəmin ifraz olunmasını asanlaşdırır.
Şirin biyan kökünün qatı ekstraktı – bəlğəmgətirici, ağrıkəsici, spazmolitik, iltihab əleyhinə təsir göstərir. Aktiv komponenti olan saponinlər tənəffüs yolları epitelinin sekretor fəaliyətini artıraraq bəlğəmi durulaşdırır. Yerli olaraq ağız boşluğunda stafilokokları məhv edir. Quru öskürək zamanı bronxları bürüyür və bəlğəm əmələ gətirərək öskürəyi yumşaldır.
Razyana meyvələrinin distillatının – tərkibindəki yağlar öskürək əleyhinə təsir edir. Soyuqdəymə nəticəsində baş verən tənəffüs yollarının iltihabi xəstəliklərində istifadə olunur. Bronxların saya əzələlərinin spazmını aradan qaldırır. Razyana meyvələrinin distillatı, xüsusən yumşaldıcı efir yağları ilə zəngindir, bronxların mənfəzini bürüyür, yumşaldıcı təsir edir.
Sürvə yarpaqlarının qatı ekstraktı - efir yağları, turşular, mikroelementlər ilə zəngindir. Sürvə yarpaqları antibiotikəbənzər salvin adlı maddə ilə zəngindir. Salvin tənəffüs yollarına antibakterial, antifunqal, mukolitik təsir göstərir. Sürvə yarpaqları bronxların selikli qişasının qan dövranını artırır, spazmolitik təsir edir.
İstifadə qaydası
- 4-6 yaş uşaqlara 2,5-5 ml gündə 2dəfə
- 6-12 yaş uşaqlara 5-7,5 ml gündə 3 dəfə
- 12 yaşdan böyük uşaqlara və böyüklərə 7,5-10 ml gündə 3 dəfə tövsiyə olunur
Göstərişləri
- KRVİ zamanı yaranan bəlğəmli və quru öskürək
- Faringit, laringit, traxeit
- Aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri
- Ağciyər vərəmi
- Mukovissidoz (ağciyər forması)
- Tütün çəkmə zamanı
Pulmolor sirop nə üçündür?
- Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






